Bir verlişin
sorağı ilə
Eldən elə, dildən dilə
Teleməkan bu gün həyatımızın bir parçasına çevrilib.
Əslində bu vizual
məkan insanın virtual
yaşamının yaradıcısına çevrilib.
Çağırılmamış qonaq
sayılan televiziya bu
və ya digər aspektlərdən həm
təbliğat aparır, həm bilgi verir, həm də... nəyi isə diktə
edir. Və bu diktə
ilə razılaşanlar və razılaşmayanlar var. Nəzərə alsaq ki, televiziya müasir mədəniyyətin xüsusi
sahəsidir, onda bizə təqdim edilən
televerilişlərə cəmiyyət olaraq
ictimai diqqət göstərmək də vacib amil
sayılmalıdır. Bir qəzet olaraq biz də ictimaiyyət
arasında müzakirələrə səbəb olan, medianın diqqətinə düşən
tele-verilişlərə məhz bu
baxımdan yanaşmanı təbii saydıq.
El içində
yayılan söhbət
ATV telekanalında yayımlanan və əhəmiyyətli
dərəcədə reytinqə malik «El içində» tok-şousunun
daha bir
buraxılışı ölkədə böyük
rezanons yaratdı. Verilişdə özəl
klinikaların vəziyyəti və vətəndaşlara təklif
etdiyi xidmətlərin səviyyəsi
müzakirəyə çıxarılmışdı.
Verilişdən əvvəl proqram
müəllifləri kiçik bir eksperiment apararaq klinikalarda analizlərin
hazırlanma səviyyəsini müəyyənləşdirməyə
çalışıb. Adi su məhlulunu sarı rəngli maddə ilə
qarışdırılaraq sidiyin analizi kimi bir
çox özəl tibb
müəssisəsinə təqdim edib. Nəticə
şok yaradıb. Hər halda,
bu nəticənin şok
yaratdığı elə verilişdəcə elan edildi. Burada
deyildi ki, bir çox özəl klinikalar qarışıq məhlulun sidik olduğunu təsdiqləməklə
yanaşı, müxtəlif xəstəliklərin mövcudluğu barədə arayış
veriblər. Hətta klinikaların verdiyi
deyilən rəsmi blanklar da
verlişdə nümayiş etdirildi. Verilişdən müəyyən
müddət keçsə də, ünvanlarına səslənən
ittihamlarla razılaşmayan özəl klinika rəhbərlərinin
narazılıqları səngimir. Onlar tibb kimi ciddi
sahəni şoulaşdırmaq naşılığından, verilişin təşkilatçıları isə
bu ciddi sahənin
naşılarından narazıdırlar. Müəyyən məlumatlara
görə isə bu narazılıqlar
artıq “El içində” verilişinin məhkəməyə verilməsinə
doğru yönəlib. Hüquqi
dövlətdə məhkəmə adi bir prosesdir. Lakin bizi bir
şey daha çox düşündürür:
Necə olsun,
sağlamlığımızı özəl klinikalara
etibar etməyəkmi?! Gəlin, tərəfləri
dinləyək.
Su, yoxsa...?
Əvvəlcə ünvanına ittihamlar
səslənmiş “Biomed Spektr”
tibb mərkəzinin həmən
verilişdə iştirak etmiş
nümayəndəsi Arzu Hüseynovanı
dinləyək: “Sözügedən verilişin
çəkilişlərindən 4 gün
əvvəl - 04.04.09 tarixdə sidik analizi ilə bağlı 1989-cu il təvəllüdlü Yaqubov
Zaur adlı vətəndaş mərkəzimizə
müraciət etmişdir. Qaydalara
uyğun olaraq o , 32 saylı kartla qeydiyyata götürülüb.
Qeyd edək ki, pasiyent və onun təqdim
etdiyi material haqda bütün məlumatlar
həm kompyuterin yaddaşına daxil edilir, həm də qeydiyyat jurnalına yazılır. Materialın
müayinəsi həm analizator, həm də
mikroskop vasitəsilə aparılır.
Müraciət etmiş şəxsin sidik-analiz müayinəsi aparılmış və
nəticələr müəyyən edilmişdir.
Verilişdə ünvanımıza səslənən ittihamlar əsasızdır. Verilişin
gedişində guya mərkəzimizin analiz cavabı olan blank nümayiş etdirilmişdir və qeyd edilmişdir ki, bu sidiyin deyil
rəngli su məhlulunun analizidir.
Halbuki, blankda
yalnız mərkəzimizin loqotipi
vardı. Əslində isə ən savadsız şəxs belə
analiz cavablarının klinikanın möhürü ilə təsdiqləndiyini, orada həkim imzasının
atıldığını bilir. Bizim klinikada isə bundan əlavə müayinənin nəticələri
həkim-laborant tərəfindən yazılır. Nümayiş etdirilən blankda isə bunlar olmamışdır. Çəkiliş
bitdikdən sonra nümayəndəmizin həmin
blankın surətini əldə etmək istəyinə rədd
cavabı verilmişdir. Əgər bu material həqiqətən
də sidik deyildisə, nə üçün analizin
cavabı verilən gün məsələ
qaldırılmayıb? Onlar
bu materialın laboratoriyada saxlanma müddətinin bitməsini
gözləyiblər ki,
material atılsın?
Bu bir daha
sübut edir ki, laboratoriyaya verilən material onların
dedikləri kimi qatqı deyil, sidik olub. Gəlin, özünüz şahid olun, bizim klinika
müasir texniki avadanlıqlarla təchiz olunub, aparatlar xüsusi kurslar keçmiş mütəxəssislər
tərəfindən idarə
olunur.”
Narazılığın nümayişi
İttiham hədəfinə çevrilmiş
digər səhiyyə
ocağının -Nəsrəddin
Tusi adina klinikanın laboratoriya həkimi Afət Məmmədli telefon zəngimizə «El içində»
verilişində bizim
ünvanımıza səsləndirilən
ittihamlar tamamilə əsassızdır” deyərək
bir qədər əsəbi şəkildə
daha bu barədə
danışmaq istəmədiyini
söylədi.
“Uzun ömür”ün akkordları
Verilişdə tənqid hədəfinə
çevrilmiş “Uzun
ömür” Sağlamlıq
Mərkəzinin baş
həkimi Vidadi Əliyev onların mövqelərinə aydınlıq
gətirdiyimiz üçün
təşəkkür edərək
fikirlərini bizimlə
bölüşdü.
“Bəzi kütləvi informasiya vasitələrində “Uzun
ömür” Sağlamlıq
Mərkəzində hepatit
B və C virusunun laborator instrumental müayinəsinin
aparılması və
kimdəsə aşkarlanması,
bununla bağlı müalicə metodikasının
tətbiqi barədə
yanlış informasiyalar
verilib. Çünki “Uzun ömür”
tibb deyil, yalnız sağlamlıq mərkəzidir. Burada sağlamlıqla
bağlı məsələlərə
yer verilib, yəni, fitnes, üzgüçülük hovuzu
təşkil olunur, fizioterapevtik proseduralar aparılır”. Baş
həkimin sözlərinə
görə, mərkəzdə
tətbiq edilən fizioterapevtik üsullar əsasən onurğa sütunu xəstəliklərinin
müalicəsi üçün
tətbiq edilir: “Amma bəzi KİV-lər nədənsə belə bir fikir
formalaşdırır ki,
“Uzun ömür”də
laboratoriya var və biz burada diaqnoz qoyuruq. Bizim mərkəzdə nəinki
laboratoriya, hətta laborator instrumental diaqnostikaya
aid olan heç nə yoxdur. Ona görə ki, bura tibb mərkəzi
deyil”.
Belə fikirlərin nəyə
istinadən yayıldığını
bilmədiyini söyləyən
V. Əliyev deyib ki, indiyə qədər ona həmin məlumatları təsdiqləyən nə
sənəd təqdim
olunub, nə kimsə müraciət edib. Baş həkimin sözlərinə
görə, belə məlumatlar yayan KİV-lər təkzib verməzsə, onları məhkəmə vermək
məcburiyyətində qalacaqlar.
Elçin Əlibəyli: “...bizi hədələyiblər”
“El içində”
verilişinin aparıcısı
Elçin Əlibəyli
isə sözügedən
verilişin cəmiyyətimizin
müxtəlif sosial sahələrinə diqqət
ayırdığını, baxış bucağının
çox geniş olduğunu söyləyərək
ünvanlarına söylənilən
“ucuz şou” ittihamlarına cavab verdi. “Belə araşdırma aparmaq bütün dünyada var, əlimizdə olan faktlar isə mövcud reallıqları
əks etdirirdi. Biz elə yerindəcə
daha çox ittiham olunan tibb mərkəzlərinin
nümayəndələrinə bildirdik ki, əgər
bu məlumatların yanlış olduğunu deyirlərsə, gedib araşdırma apara bilərik. Onlar da sözdən
yayındılar”. O, həmçinin
bildirdi ki, biz həmin verilişlə mövcud reallığı
üzə çıxartdıq.
“Sidiklə başqa
bir qarışığı
ən adi həkim də ayırmaya bilməz” sorğumuza isə müsahibimiz fikirlə razılaşdığını, lakin bu halın
klinikaların məhz
insan sağlamlığına
məsuliyyətsizlikdən yarandığını bildirdi.
“Klinikalar sizi qeyri-obyektlikdə günahlandırırlar”
sualımıza isə
Elçin Əlibəyli
belə cavab verdi:
“Sözsüz
ki, onlar etirafdan çox qaşı tərəfi günahlandıracaqlar. Hətta bu
məsələ ilə
əlaqədar bizi hədələyiblər, sonra
klinikalar reklam verək deyə, bu üsulla şirnikləşdirici təkliflər
irəli sürüblər.
Amma biz bu mövzuya qayıdacağıq. Hələ
35-40 özəl klinikalara
aid faktlar da əlimizdədir.”
Vətəndaş
mövqeyi
Məsələ ilə bağlı
bir çox vətəndaşların, eləcə
də özəl klinikaların xidmətindən
istifadə edənlərin
münasibətini öyrənməyə
çalışdıq. Müxtəlif rəylər
eşitsək də vurğulanan əsas məqam ondan ibarət oldu ki, problemlər var, lakin inanırıq
ki,səhiyyəmiz bu primitivlikdə olsun. Digər tərəfdən səhiyyəyə bu şəkildə yanaşmaq
heç də çatışmazlıqları üzə çıxarmır.
Həmsöhbətlərimizdən Rəhim Ağayevin fikri maraqlı olduğundan xüsusi qeyd etməyi qərara aldıq:
“Həmən
veriliş insanlarda daha çox çaşqınlıq yaratmağa
xidmət etdi.Əgər
orada konkret olaraq ziyan çəkmiş
vətəndaşların faktlı
çıxışları olsaydı, verilişi hazırlayanlarla razılaşmaq
olardı. Amma birtərəfli
mövqe ilə hansısa klinikanı günahlandırmaq olmaz.
Həmən reyd bitərəf
komissiyanın, yaxud ekspertlərin iştirakı
ilə keçirilsəydi
ciddi qəbul edilərdi”.
Sorağın sonu
Yeni rubrikanın ilk yazısını
başa çatdırırıq.
Səhiyyə insanın fiziki,
televiziya isə mənəvi sağlamlığında
durmalıdır. Biz də öz növbəmizdə onların
hər ikisinin sağlam olmasını və vətəndaşa layiqincə xidmət etməsinin tərəfdarıyıq.
Sabutay
Mədəniyyət. - 2009.- 29 aprel.- S. 4.