«“Erməni uydurması beynəlxalq müstəvidə: maraqlar
və ziddiyyətlər”
Qənirə Paşayeva: “Ermənilər
tarixi faktlarla və sənədlərlə danışmaqdan
qaçırlar”
Bugünlərdə “Trend” Xəbərlər
Şirkətinin Mətbuat
Mərkəzində Türkiyə
Unversitetləri Məzunları
İctimai Birliyinin təşkilatçılığı ilə “Erməni uydurması beynəlxalq müstəvidə: maraqlar
və ziddiyyətlər”
mövzusunda mətbuat
konfransı keçirildi. Konfransda ermənilərin
azərbaycanlılara qarşı
törətdiyi haqsızlıqlardan,
Türkiyə və Azərbaycan münasibətlərindən
danışıldı və
erməni uydurmalarının
beynəlxalq müstəviyə
çıxarılmasının vacibliyini vurğulandı.
Birliyin sədri Çingiz Bayramov çıxış
edərək ermənilərin
türk millətinə,
o cümlədən Azərbaycan
xalqına qarşı
həyata keçirdikləri
soyqırım siyasətindən
danışdı. O qeyd etdi ki,
hələ XX əsrin
əvvəllərindən başlayaraq
öz havadarlarına arxalanan ermənilər tarixən Oğuz-Türk yurdu olmuş Azərbaycan ərazilərində,
eləcə də qardaş Türkiyə torpaqlarında kütləvi
qətllər törədərək
aborigen əhalini məhv etməyə başlayıblar: "Dənizdən-dənizə uydurma "Böyük Ermənistan"
xülyasını gerçəkləşdirməyə
çalışan ermənilər
Osmanlı imperiyasının
I Dünya müharibəsində
düşdüyü çətin
vəziyyətdən istifadə
edərək onu parçalamağa çalışıblar.
Bu məqsədlə Osmanlı imperiyası ərazisində yaşayan
və "Milləti-sadiq" adlandırılan
ermənilər silahlanaraq
türklərə xəyanət
ediblər - arxadan zərbə vurublar. Bu zaman isə
yerli hökumət tərəfindən separatizmin
qarşısı alınıb
və həmin ermənilər ölkənin
bir hissəsindən başqa bir hissəsinə köçürülüblər...”
Tədbirdə iştirak
edən millət vəkili Qənirə Paşayeva ermənilərin
türk insanına, müsəlmanlara olan iyrənc əməllərindən
danışdı: “Niyə
ermənilər sənədlərlə
danışmırlar?,
Onlar tarixi faktlarla danışmağa
razı olmurlar. Ona görə ki, tarixi faktlarda
onların iyrənc əməlləri həkk
olunub... Dünyanın hansı coğrafi
nöqtəsində yaşamasından
asılı olmayaraq ermənilərin yalanı
ilə mübarizə
aparmalı və qarşısı alınmalıdır.
Çünki ermənilər
uydurma soyqırımın
100 illiyi münasibətilə
onu dünyanın 100 ölkəsində tanıtmaq
siyasəti yürüdür,
bununla da Türkiyənin, ümumilikdə
isə türk millətinin əleyhinə
qərarlar almaq istəyirlər. Bununla onlar türk milləti haqqında vəhşi, qatil və insanlıqdan kənar millət fikrini formalaşdırmağa
çalışırlar. Hər il
aprelin 24-də ermənilər qondarma soyqırım gününü
qeyd edir, tarixi faktları saxtalaşdırır, Ankaraya
münasibətdə əsassız
faktlarla çıxış
edirlər. 2006-cı ildə
Türkiyənin baş
naziri Rəcəb Tayyib Ərdoğan Ermənistan prezidentinə
birgə komissiyanın
yaradılması haqında
təklif vermiş, ancaq erməni tərəfi bu hadisənin tədqiqatında
heç bir şübhələri olmadığını
bildirərək imtina
etmişdi. "Erməni soyqırımı"nı sübut edən heç bir tarixi fakt
yoxdur və buna görə də ermənilər Türkiyənin arxivləri
birlikdə tədqiq etmək təklifindən imtina edir, "soyqırım"ı təsdiq edən siyasi qərarların qəbul edilməsinə çalışırlar”.
Türkiyənin Azərbaycandakı
səfirliyinin təhsil
müşaviri Xalis Koyuncuoğlu bildirdi ki, Osmanlı imperiyasında ermənilər
"Milləti-sadiq" adını
alaraq çox yaxşı şəraitdə
yaşayıblar: "Ermənilər
müxtəlif vəzifələrə
təyin olunub, hər cür işdə işləyiblər.
Onların heç
bir çatışmazlıqları
olmayıb. Lakin başqa güclərin köməyinə arxalanaraq
Osmanlı imperiyasına
xəyanət ediblər.
Minlərlə Osmanlı
türkünü qətlə
yetirərək dövləti
zəiflətməyə çalışıblar.
Osmanlı dövləti
isə bu qətliamın qarşısını
almaq üçün
həmin erməniləri
ölkənin başqa
bir ərazisinə köçürüb. Hələ
üstəlik onlar üçün həkimlər
də ayrılıb ki, köç zamanı azyaşlı uşaqlar tələf olmasın. Əgər bu soyqırımdırsa o zaman dövlət
tərəfindən ermənilərə
həkim niyə ayrılıb? Onlar əvvəlcə "erməni
soyqırımı" zamanı
300 min erməninin qətlə yetirildiyini iddia ediblər. Sonralar isə bu rəqəm şişirdilərək 500 minə,
1 milyona, müasir dövrümüzdə isə
ölənlərin sayı
2 milyona çatdırılıb.
Sanki, ölünün
də artımı olub. Tarixi faktlar
ermənilərin "erməni
soyqırımı" barədə
söylədiklərinin yalan
olduğunu sübut edir. Buyursun dünya alimləri Türkiyəyə gəlsin
və arxiv materiallarını araşdırsınlar.
O zaman həqiqət bir daha öz
təsdiqini tapar".
Konfransda iştirak edən tarix elmləri doktoru,
professor Musa Qasımlı, millət vəkili Həvva Məmmədova və başqaları da çıxış
edərək ermənilər tərəfindən dəfələrlə türk millətinə
qarşı
qətliamlar həyata keçirildiyini diqqətə çatdırdılar.
ELMİN
Mədəniyyət.- 2009.- 29 aprel.- S. 3.