Tomas Qoltzun
"Azərbaycan Gündəliyi"
mükafat aldı
Montana Universitetinin
professoru, "Azərbaycan Gündəliyi" kitabının
müəllifi Tomas Qoltzun Azərbaycanın "Qədim Şərq"
muğam qrupu haqqında çəkdiyi 15 dəqiqəlik sənədli
filmi Kaliforniyada keçirilən festivalda "Şərəf"
mükafatı alıb.
Təqdimat mərasimində
çıxış edən Professor T. Qoltzun vaxtilə
müharibə və siyasi fəlakət həddində olan
ölkənin indi mədəniyyət və incəsənətini
təbliğ etdiyinə görə şad olduğunu bildirb. Filmin
ərsəyə gəlməsində Azərbaycan-Avropa Birliyi
Cəmiyyətinin sədri Tale Heydərov, Montanada yaşayan
Dağlıq Qarabağdan olan məcburi köçkün
Vahid Ələkbərov, Azərbaycanın Los-Ancelesdəki
baş konsulu Elin Süleymanov iştirak ediblər.
Qeyd edək ki,
Kaliforniyanın La Jolla şəhərində keçirilən
festival bu il 15 illik yubileyini qeyd edir.
Mədəniyyət.- 2009.- 7 avqust.- S. 2.