75 ilinOğuz yurdu

 

Azərbaycanın ictimai həyatının ən mühüm hadisələrindən biri milli mətbuatımızın formalaşması olub. 1875-ci il iyulun 22-Əkinçiadı ilə naşiri, redaktoru, həm korrektoru Həsən bəy Zərdabi olan qəzetin ilk nəşri bütün Qafqazda böyük əks - səda doğurmuş Azərbaycanın milli demokratik zəmində gələcək inkişafı üçün böyük rol oynayıb. Bu gün respublikamızda dünya standartlarına cavab verən 650 - dən çox müxtəlif kütləvi informasiya vasitələri - qəzet, jurnal, informasiya agentlikləri fəaliyyət göstərir. Gündəlik həyatımızı dövri mətbuatsız təsəvvür etmək çətindir. Xüsusilə paytaxtdan uzaq bölgələrimizdə mətbuatın rolu daha çoxdur. Yerli qəzetlər isə rayon həyatının güzgüsü, görən gözü, döyünən ürəyidir.

Oguz yurdurayonumuzda çıxan yeganə qəzet, informasiya mənbəyidir. Qəzet nəşrə başladığı ilk illərdən rayonun ictimai-siyasi, sosial-iqtisadi mədəni həyatını özündə əks etdirmişdir. Bugünlərdə qəzetin yaranmasının 75 ili tamam olub.

Rayonun tanınmış ziyalıları qəzeti 75 illik yubileyi münasibətilə təbrik ediblər.Təbrik edənlər arasında Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Aydın Əlihüseynov da var. O, mətbuatın xalqın maariflənməsində, tərəqqi inkişafında böyük rolu olduğunu bildirib: ““Əkinçinin davamçıları olan kütləvi informasiya vasitələri, Azərbaycan mətbuatı milli-mənəvi dəyərlərin qorunmasına, xalqımızın müstəqillik ideyalarının güclənməsinə, müstəqil Azərbaycan dövlətinin möhkəmlənməsinə yaxından kömək etmişdir. Ümummilli liderimiz, mətbuatın dostu elan edilmiş Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət qayğısı mətbuatımızın sürətlə inkişaf etməsinə səbəb olmuşdur”.

KİV-lər arasında rayon qəzetləri mühüm yer tutur. Oğuz rayonunun ictimai-siyasi qəzeti olanOğuz yurdu ” 75 illik bir yol keçib. Qəzetin əməkdaşları rayonun ictimai-siyasi , iqtisadi mədəni həyatının salnaməsini yaratmışlar. Rayonun tarixi, burada baş verən ən mühüm hadisələr, aparılan tikinti-quruculuq işləri, keçirilən tədbirlər haqqında məlumatları rayon qəzetindən öyrənmək olar. Qəzet bu gün rayon həyatının hərtərəfli işıqlandırılmasına, aparılan tikinti, quruculuq, abadlıq işləri haqqında oxuculara ətraflı məlumat verilməsinə çalışır, rayon icra hakimiyyətinin yaxın köməkçisi kimi fəaliyyət göstərir.

Milli Mətbuatımız 134 ildir ki, şərəfli, məsuliyyətli bir yol gəlir.

Bu il 22 iyul rayon qəzeti redaksiyasının kollektivi, rayon ictimaiyyəti üçün ikiqat bayram hesab edildi. Rayon qəzeti 1934-cü ildəVartaşen kolxozçusuadı ilə nəşrə başlamış, sonralarVarlı həyat”, “ Lenin bayrağıadı ilə fəaliyyət göstərib. Bu adların hər üçü yuxarıdan verilib. QəzetinOğuz yurduadı isə Oğuz ziyalılarının, rayon ictimaiyyətinin tələbi ilə reallaşıb. 75 illik bir yolu mətinliklə qət etmiş qəzetimiz öz səhifələrində rayonun tarixinə, burada aparılan tikinti-quruculuq işlərinə, iqtisadiyyatın, həyatın müxtəlif sahələrinə aid yazıları, faktları şəkilləri, materialları yaşadır.

Ötən illərdə rayon qəzeti redaksiyasında onlarla qələm sahibi çalışmışdır. Redaksiyada müxtəlif vəzifələrdə çalışaraq maraqlı yazıları ilə oxucuların diqqətini həmişə cəlb edən əməkdaşların zəhmətini qeyd etməmək mümkün deyil.

Redaksiya rayon üçün kadr hazırlanmasında da mühüm rol oynayıb. Bir çox qəzet işçisi redaksiyada yetişdikdən sonra digər sahələrdə irəli çəkiliblər.

1980-ci illərin axırlarından başlayaraq, 5 mindən çox tirajla həftədə 3 dəfə buraxılan rayon qəzeti əvvəlcə həftədə bir dəfə, sonra ayda iki dəfə çap olunmağa başlayıb. Onu da qeyd edək ki, bir çox iri rayonların qəzetləri öz fəaliyyətini dayandırdığı dövrlərdə Oğuz rayon qəzeti çətinliklərə sinə gələrək özünü qorumuş, oxucularla görüşlərini dayandırmamışdır.

Qəzetimiz bu gün rayonda gedən tikinti, quruculuq, abadlıq işlərini , baş verən yenilikləri öz səhifələrində ətraflı işıqlandırır.

Qəzetimizin 75 illik yubileyi ilə bağlı bizi təbrik edənlərin hamısını əmin edirik ki, qəzetin bundan sonra da maraqlı və məzmunlu buraxılması üçün bütün imkanlardan istifadə ediləcəkdir.

 

 

Nazim Hüseynli

 

Mədəniyyət.- 2009.- 7 avqust.- S. 3.