Əbədiyaşar İçərişəhər...

 

Və burada çəkilmiş “Brilliant əl”in 40 yaşı...

 

İçərişəhərin qədim Misir labirintlərini xatırladan dolanbac küçələri, dalanları, döngələri, dəcəl uşaqlar kimi bir-birinin belində evləri, nadir arxitektura üslübü və nəhayət, bənzərsiz şərq koloriti təkcə tarixçilərin, etnoqrafların, sənətşünasların, rəssamların, turistlərin deyil, həm də kinematoqrafçıların diqqətini daim cəlb edib. Bu cazibədar məkan milli kinematoqrafçılarımızın yaradıcılığında mühüm rol oynamış, burada neçə-neçə unudulmaz, bu gün böyük maraqla baxılan filmlər çəkilmişdir. Fəxrlə xatırlanası digər bir məqam isə ondan ibarətdir ki, İçərişəhər dünyanın nəhəng kinostudiyaları ilə bir sırada dayananMosfilmkimi tanınmış bir kino nəhənginin dönə-dönə müraciət etdiyi məkanlardan biri olub. Təsadüfi deyil ki, adı çəkilən kinostudiyanın istehsalı olanAmfibiya adam”, “Tehran- 43”, “Brilliant əl”, “Dronqo digər məşhur filmlərin ən yaddaqalan, ən maraqlı epizodları məhz paytaxt Bakıda, - İçərişəhərdə çəkilmişdir.

Bu ekran əsərlərinin sırasında tanınmış kinorejissor Leonid Qaydayın çəkdiyi “Brilliant əlkinokomediyası xüsusi yer tutur. Kinosevərlərə məlumdur ki, komediya janrında çəkilmiş bu filmin ən maraqlı yaddaqalan epizodları məhz İçərişəhərdə, görkəmli aktyorlar Yuri Nikulin, Andrey Mironov, Anatoli Papanov, Nonna Mordyukova, Svetlana Sveliçnaya digər tanınmış kinoktyorların iştirakı ilə çəkilmişdir.

Bu il, indiyədək 80 milyona yaxın tamaşaçının mühakiməsindən keçmiş “Brilliant əlfilminin ekranlara buraxılmasının 40-cı ili tamam olur. Milli tariximizin şöhrət çələngi sayılan İçərişəhərin 40 il bundan əvvəlki görkəmini bu gün gözlərimiz qarşısında canlandıran bu film, heç şübhəsiz ki, hər bir azərbaycanlı üçün əzizdir. Məlum olduğu kimi “Brilliant əlyaşadığımız bu günkü günlərdə adiləşmiş bir mövzudan,- qaçaqmalçıların həyatından bəhs edir. Proloq epiloqdan ibarət bu filmdə cərəyan edən hadisələrin mərkəzində sovetlər zamanında cənub şəhərlərindən birindəyuva salmışqaçaqmalçıların həyatından təsadüf nəticəsində bu fırıldaqçıların toruna düşən namuslu sovet vətəndaşı Semyon Semyonoviç Qorbunkovun başına gələn macəralardan bəhs olunur. “I əməliyyatı, yaxud Şurikin yeni macəraları”, “Qafqaz əsiri”, İvan İvanoviç peşəsini dəyişir”, “12 stul bu qəbildən olan digər kokinokomediyaların yaradıcısı kimi tanıdığımız kinorejissor Leonid Qaydayın olduqca baxımlı, son dərəcə sənətkarlıqla lentə alınmış “Brilliant əlfilminin Bakıda - İçərişəhərdə çəkilmiş epizodlarına baxdıqca, 40 illik bir zaman fasiləsindən bu günümüzə işıq salan qüdrətli sənətin sənətkarların unudulmaz simalarını minnətdarlıq hissiylə xatırlayırsan. Qırx il əvvəl milli kino ustalarımızın da yaxından köməkliyi iştirakı ilə çəkilmiş “Brilliant əlfilmi bu gün bizlərə həm belə bir həqiqəti xatırlatmaqdadır ki, öz milli-tarixi sərvətlərini qoruyub saxlamayan, ona yiyəlik edə bilməyən xalq mədəni xalq sayıla bilməz. Maraqlıdır ki. bu yaxınlarda YUNESKO İçərişəhəri mühafizə olunan dünya tarixi abidələri siyahısından çıxarıb. Əlbəttə bu məsələyə münasibət heç birmənalı deyildir, Bəzi mütəxəssislər bunu müsbət hal kimi dəyərləndirərək alqışlayırlar. Onların fikrincə, bu fakt İçərişəhərin artıq təhlükəli bir durumda olmadığının təsdiqidir. lakin bu fikirlə daban-dabana ziddiyyət təşkil edən mövqe sahibləri az deyildir. Bu məsələdə kimin haqlı, kimin haqsız olduğunu söyləməkdən uzaq olsaq da, inanırıq ki, İçərişəhər kimi unikal tarixi abidəmizi bundan 40 il, 400 il, 4000 il sonra da gələcək nəsillər yalnız kinoekranlarında deyil, real həyatda, bu gün olduğu kimi görüb fəxr edə biləcək.

   

 

Cəlal Tağıyev

 

Mədəniyyət.- 2009.- 7 avqust.- S. 4.