Heydər Əliyev parkı yeni görkəmdə

 

Respublikanın ikinci böyük sənaye şəhəri olan Gəncə son zamanlar dövlətin qayğısı nəticəsində çox dəyişib, yeniləşib. Şəhərə gələn qonaqlar özünəxas mədəniyyəti tarixi olan Gəncədə çox böyük yeniliklərin şahidi olur. Şəhər Gəncə ilk növbədə yaşıllıqları, park xiyabanları, yaraşıqlı qazonları, dekorativ milli ağacları olan şəhər kimi hamının diqqətini cəlb edir. Qeyd edək ki, şəhərdə aparılan abadlıq işləri indi davam edir. Yaxın zamanlarda Heydər Əliyev parkı da əsaslı şəkildə yenidən qurulacaq ki, bu da qədim şəhərin parklar salnaməsini daha da zənginləşdirəcək. Pakrın yenidən qurulması üçün artıq bir neçə layihə hazırlanıb, müzakirələr davam edir. Qəbul edilən layihənin icrasına isə gələn ilin əvvəlindən başlanılacaq. Onu da bildirək ki, istirahət guşəsi ən muasir standartlara cavab verəcək şəkildə qurulacaq. Parkın ərazisinə yeni dekorativ ağac gül kolları əkiləcək, müasir işıqlandırma sistemindən istifadə ediləcək. Bir sözlə, gələcəkdə Heydər Əliyev parkı şəhər sakinlərinin ən çox üz tutduğu məkanlardan birinə çevriləcək.  

 

 

Günay Asifqızı

 

Mədəniyyət.- 2009.- 7 avqust.- S. 4.