111 yaşın “Cavad
xan”ı
Uzun müddətdən
sonra Sabir Rüstəmxanlının “Ölüm zirvəsi”
romanının motivləri əsasında lentə
alınmış, Mədəniyyət və Turizm Nazirliyinin
sifarişi ilə “Bizim Kino” prodüser mərkəzində
istehsal olunmuş “Cavad xan” filminin təqdimatı keçirildi.
2007-ci ildən
istehsalına başlanılan
film üzərində
2008-ci ilin sonlarından
tamamlama işləri gedirdi. “Cavad xan” bədii filminin quruluşçu operatoru Məhəmməd
Məcidi, bəstəkarı
Sərdar Fərəcov,
quruluşçu rəssamları
Rafis İsmayılov, Rafiq Nəsirov, prodüseri Heydər Dadaşovdur. Filmdə əsas rollarda xalq artistləri Amaliya Pənahova, Ramiz Novruz, Rafiq
Əzimov, aktyorlardan Salam İsmayılov, Nuriyyə Hüseynova, Rövşən Kərimdux,
Qabil Quliyev və başqaları çəkilmişlər.
Nəhayət, iyulun 31-də
filmin nümayişi Heydər Əliyev Sarayında Mədəniyyət
və Turizm Nazirliyinin təşkilatçılığı
ilə 2 avqust Milli Kino Günü çərçivəsində
Azərbaycan kinosunun 111 illiyi geniş şəkildə qeyd
edilərkən baş tutdu. Sarayın foyesində “Cavad xan” filminin
çəkilişlərini əks etdirən fotoşəkillər və
ekran əsərində
istifadə edilmiş
12 dəst qədim geyim nümayiş etdirildi. Milli Kino Gününə
həsr edilmiş tədbir Mədəniyyət
və Turizm Nazirliyinin son bir ildə Azərbaycan
mədəniyyətinin, incəsənətinin
inkişafı, təbliği
istiqamətində gördüyü
işləri əks etdirən videomaterialın
nümayişi ilə
başladı.
Səhnəyə isə
ilk olaraq mədəniyyət və turizm naziri Əbülfəs
Qarayev dəvət olundu. Tədbirdə çıxış
edən nazir bütün kino işçilərini peşə
bayramları münasibətilə təbrik edərək, son
illər Azərbaycanda mədəniyyətin inkişafı
istiqamətində atılmış addımlardan
danışdı.
O vurğuladı ki,
Prezident İlham Əliyevin “Azərbaycanda kino sənətinin
inkişaf etdirilməsi haqqında” 2007-ci il 23 fevral tarixli sərəncamı
milli kinomuzun maddi-texniki bazasının möhkəmləndirilməsinə
yeni təkan vermişdir: “Burada “Azərbaycanfilm”
kinostudiyasının binasının müasir tələblərə
cavab verən formada yenidən qurulması, ən yeni texniki
avadanlıqlarla təchiz edilməsi, kadr siyasətinin həyata
keçirilməsi və digər mühüm məsələlər
öz əksini tapmışdır. Bu sərəncamdan irəli
gələn məsələlər yaxın gələcəkdə
öz müsbət həllini tapacaq”.
Azərbaycan Dövlət
Film Fondunun yaradıldığını diqqətə
çatdıran Əbülfəs Qarayev bildirdi ki, hazırda
bu fondda 10 mindən artıq milli və xarici film saxlanılır.
Həmin filmlərin yüksək səviyyədə
qorunmasını təmin etmək məqsədilə Dövlət
Film Fondu üçün dünya standartlarına cavab verən
5 mərtəbəli bina inşa edilərək istifadəyə
verilmişdir.
Prezident İlham Əliyevin
Azərbaycan mədəniyyətinin inkişafı naminə
gördüyü böyük işlərdən
danışan nazir vurğuladı ki, yerli və xarici filmlərin
yüksək səviyyədə nümayiş etdirilməsi
üçün kinoteatrların dünya standartlarına
uyğun yenidən qurulması istiqamətində iş
aparılır.
Ə.Qarayev həmçinin
gənc rejissorların son illərdə çəkdikləri
filmlərin beynəlxalq festivallarda qazandığı
uğurlardan və bu filmlərin dünya ekranlarına
çıxarılması istiqamətində atılan
addımlardan söz açdı.
Bundan sonra səhnəyə
filmin yaradıcı heyəti: ssenari müəllifi, xalq
şairi Sabir Rüstəmxanlı, quruluşçu reyissoru
Rövşən Almuradlı, Cavad xan rolunun
ifaçıçı xalq artisti Nurəddin Mehdixanlı,
xalq artisti Ramiz Novruz (general Sisianov), xalq artisti Amalya Pənahova
(gürcü knyaginyası Danya) və digər aktyorlar
çıxdılar.
“Cavad xan” bədii
filminin ssenari müəllifi Sabir Rüstəmxanlı bu filmdə
xalqımıza məxsus qəhrəmanlıq, vətənpərvərlik
hisslərinin əks olunduğunu vurğuladı: “Bu ekran əsəri
XIX əsrin əvvəllərində Sisianovun
başçılıq etdiyi rus qoşunlarına qarşı
oğulları ilə birlikdə Vətən uğrunda mübarizə
aparan və mərdliklə həlak olan cəsur sərkərdə
Cavad xan haqqındadır”.
Tədbirdə
çıxış edən filmin quruluşçu rejissoru
Rövşən Almuradlı, Cavad xan rolunun
ifaçısı, xalq artisti Nurəddin Mehdixanlı və
başqaları bu ekran əsərinin çəkilişində
əməyi olan bütün insanlara, xüsusilə də Azərbaycan
Prezidenti İlham Əliyevə minnətdarlıqlarını
bildirdilər.
Sonra film nümayiş olundu. Ekran əsəri Gəncə xanının
sarayında Cavad xanın Qafqazdakı rus ordusunun komandanı
general Sisianovun elçisinin qəbulu səhnəsi ilə başlayır. General rus ordusunun təkliflərini
qəbul edib, istibdada boyun əyməyən Gəncə
xanına təhqiramiz
hədiyyələr və
hədə dolu məktub göndərir. Cavad xan eyhama
eyhamla cavab verərək (general xana arvad paltarı
tikdirmək üçün
parça göndərmişdi)
generalın təklifini
rədd edir. Sisianovun məktubuna “səni Peterburqdan bura əcəl gətirib" deyə məktubla və ağ kəfənlə cavab verən xan qürurunu sındırmır və işğalçı ruslara
boyun əyməyəcəyini
bildirir. Bundan sonra Cavad xanın
və Gəncə camaatının mübarizəsi
və əyilməzliyi
filmdə Sabir Rüstəmxanlının yazdığı
ssenari və Rövşən Almuradlının
quruluşu ilə davam edir.
İntiqam
Mədəniyyət.- 2009.- 7 avqust.- S. 10.