Latviyanın birinci xanımı Beynəlxalq Muğam Mərkəzində olub

 

Azərbaycanda rəsmi səfərdə olan Latviya Prezidenti Valdis Zatlersin xanımı Lilita Zatlereyə avqustun 10-da Beynəlxalq Muğam Mərkəzində olub.

Mərkəz ilə yaxından tanış olan xanım Lilita Zatlere Azərbaycanın görkəmli muğam ifaçıları musiqi alətləri barədə ətraflı məlumatlar verilib.

Latviya Prezidentinin xanımı beynəlxalq muğam müsabiqəsinin laureatı Vəfa Orucovanın ifasında Azərbaycan muğamlarını dinləyib.

Sonra hörmətli qonağa Heydər Əliyev Fondunun təşəbbüsü ilə çap edilmişQarabağ xanəndələrialbomu, “Azərbaycan musiqi alətlərikitabı Bakıda keçirilmişMuğam aləmiBeynəlxalq festivalının diskləri təqdim edilib.

Xanım Lilita Zatlere öz növbəsində Beynəlxalq Muğam MərkəzinəLatviya klassik musiqi albomu”nu bu ölkədə 4 ildən bir keçirilən beynəlxalq musiqi festivalının diskini hədiyyə edib.

 

 

Mədəniyyət.- 2009.- 12 avqust.- S. 2.