Gənc Dədə Qorqud
Türk Dünyasının avazı - Bünyamin
Aksungur… O, böyük Türk coğrafiyasının nəğmələrini
könül diliylə səsləndirərək mədəniyyətimizi
yaşadır, şərqiləri ilə ruhumuza sərinlik
verir.
Onu çox vaxt Türk
Dünyasının “Gənc DədəQorqud”u adlandırırlar.
O, Azərbaycadan, Balkanlardan, Krımdan, Qafqazlardan, Kərkükdən
Türküstana qədər üfüqlərdə əks səda
verən səs sahibidir.
Köhnə dostum
Bünyamin Aksungurla XII Türk Boyları Kültür
Şölenində bir araya gəldik. Yalovadakı
görüşümüzdə Azərbaycandan qonaqlarımız
- Nigar Mənsimli və Əsəd Cahangir də vardı. Gecə
yarıya qədər çəkən söhbətimizdə
Aksungur nəğmələriylə könlümüzü
Türk Dünyası boyunca qarış-qarış gəzdirdi.
Hər millətin
özünəməxsus bir musıqi dili olduğunu deyən
Bünyamin Aksungur, “Çox geniş bir coğrafiyada, çox
fərqli dəyişikliklərlə
qarşı-qarşıya qalmağımıza rəğmən,
musiqi dilimiz hələ pozulmadı, pozulmamalıdır”, -
deyir.
Bünyamin Aksungur,
Türk dünyası musiqiləri içində Türkiyənin
yetişdirdiyi ən önəmli adlar arasında yer alır. Konsertləri, eləcə də
musiqi ilə bağlı keçirdiyi konfrans və seminarlarla,
Türkün olduğu bütün coğrafiyaların
müsiqilərini anladan və təhlil edən Aksungur,
Türk Dünyasına faydalı olmağa
çalışır. Hər millətin bir müsiqi dili
olduğunu və bu dilin hər mədəniyyətdə fərqli
əks olunduğunu deyən Aksungur, “Məsələn, bir
ispan musiqisilə yunan musiqisini bir-birindən ayıra bilərik.
Türk coğrafiyalarında söylənən müsiqi
növləri arasında da fərqliliklər olmasına rəğmən,
təməlində oxşarlıqlar görünür.
Türk müsiqisi, dünya musiqiləri içində
çox fərqli və xüsusi bir yerdə durur.
Bütün Türk Dünyasına baxdığımız
zaman bir-birinə bənzəyən türkülər və
instrumentlər diqqət çəkir.
Xalq mahnılarını bilməliyik
Türk
Dünyasındakı musiqi janrlarının ya not, ya da söz
olaraq bir-birinə oxşarlığı təəccüblü
olmamalıdır. Bünyamin Aksungura görə, “Həyata təpkimiz
eyni olduğu üçün, bu oxşarlıqlar ortaya
çıxır. Bir milləti çökdürmək
üçün öncə dilini yox etmək gərəkdir
bu bilinən bir gerçək. Bir millətin musiqisini yox etmək
istəsəniz, bir səsin yerini dəyişdirərək
bütün ahəngi yox edin. Türk Dünyasında,
bir-birini görmədən, tanımadan çalğı alətlərinə
eyni adı verən xalqları necə dəyərləndirirsiniz?
Ya da yenə eyni şəkildə bir-birini görmədən,
tanımadan eyni türküləri söyləmələri.. Buna
görə, Türk millətinin əsl özəlliklərini
yaxşı anlamaq və düzgün öyrənmək
üçün musiqi tarixinə də diqqətlə enmək
lazımdır”.
Simfoniyanın təməli ninnidi
Simfoniyanın təməlinin
ninni olduğunu iddia edən Bünyamin Aksungur, “Çox səsli
bütün musiqilər əslində tək səslidir” deyir və
davam edir: “Tək səslidir, amma çox səslə bəslənir.
Harmonik rəng
qatılır. Beləliklə, Şərqə uyğun musiqi
halını alır. Təməl səs, təməl nəğmə
ninnidir. Ninnilər mədəniyyət genlərinin
ötürücüsüdür. Ninni bizim səsimizdir.
Bütün dünyada da bu belə qəbul edilir.”
Türk
coğrafiyasındakı musiqilərin fərqli janrlarda
söyləndiyini dilə gətirən Aksungur, bu
türkülərin hamısında sevgi, ayrılıq,
igidlik, döyüş, xəyanət kimi
anlayışların çox işləndiyini bildirdi.
Bünyamin
Aksungur, 1957-ci ildə Manisada anadan olub. 1975-ci ildə ibtidai
sinif müəllimi olaraq Iqdırda işləməyə
başlayır. 1976-cı ildə İstanbul Universiteti ədəbiyyat
fakültəsinin türkoloji bölməsinə daxil olan
Aksungur, burada axşam oxuyaraq, gündüzləri müəllim
kimi işləyib.
Universiteti
bitirdikdən sonra o, 1986-cı ildə İstanbul Radiosuna təyin
edilib. Bir müddət prodüser kimi işlədikdən
sonra, TRT İstanbul Televiziyasına keçib. Əsl işi ilə
bərabər TÜRKSES adlı musiqi cəmiyyəti quraraq
Türk Dünyası musiqilərindən ibarət konsertlər
keçirən Bünyamin Aksungur, bir tərəfdən də
Türk dünyası musiqiləri haqqında tədqiqatlar
aparır.
Əhmət Tüzün
Mədəniyyət.- 2009.- 12 avqust.- S. 4.