Multani karvansarası
- hindlilərin yadigarı
İçərişəhər, Qız Qalasının
yaxınlığında üzbəüz
qoşa karvansara
Bu karvansaralardan biri
- Multani tikilmə üslubuna görə qədim Bakı memarlığına xüsusi
rəng qatır.
Ənənəvi karvansara üslubundan
fərqli formada tikilən və Suraxanı Atəşgahını
xatırladan Multani elə vaxtilə Bakıya gəlmiş hindlilər tərəfindən
inşa edilib. Abidəyə daxil olduqda isə, göz önündə tamamilə
başqa bir aləm canlanır.
Multani karvansarası XIV əsrdə
hind tacirləri tərəfindən
tikilib. Tiklinin aşağı mərtəbəsi
yerin altında yerləşir. Üç böyük
zaldan ibarət olan və tacirlərin
satacaqları heyvanları
saxlamaq üçün
nəzərdə tutulan
alt mərtəbənin üç
qapısı var. Tacir
öz heyvanlarını
yalnız dənizə
tərəf açılan
qapıdan zirzəmiyə
daxil edə bilərdi. Bunun özü də
səbəbsiz deyil.
Belə ki, dəniz tərəfdən İçərişəhərə
daxil olanda yol yuxarı qalxdığından, salonun
digər qapısından
yalınz tacirlər pilləkənlə yuxarı,
yəni qonaq otaqlarına qalxa bilərmişlər. Alt mərtəbənin digər
zalının qapısı
Qız qalasına açılır. Karvansarada «Sim-sim»
adlanan zalın eyniadlı qapısı da qeyri-adi təsir
bağışlayır. Ona görə ki, qapı «Əlibaba və qırx quldur» filmindəki məşhur «Sim-sim» qapısını xatırladır.
Multani karvansarası öz qədimliyini demək olar ki, olduğu
kimi qoruyub saxlayıb. Sadəcə, daşlar bir
qədər ovulub tökülüb. Divarlarda qədim
Azərbaycan xalçaları,
bəzək əşyaları,
xalça və kilimlər, qədim Bakını təsvir edən rəsmlər asılıb. Burada isə
əsas məqsəd karvansaraya gələn əcnəbilərdə Azərbaycanın
qədim və zəngin tarixi haqqında təsəvvür
yaratmaqdır.
Zallara bir az müasirlik gətirən stol-stullar, kreslo və divanlardır. «Sim-sim»
zalının girişindəki
kiçik dəhlizdə
diqqəti çəkən
mənzərə
Orta əsrlərdə karvansaraya
gələn tacirlər
öz heyvanlarını
yerləşdirdikdən sonra
digər zala keçib pilləkənlə
yuxarı - qonaq otaqlarına qalxarmışlar.
Bu pilləkən ikinci mərtəbənin həyətinə çıxır.
Həyətdə qonaq otaqları
yerləşir. Multani karvansarası
10 otaqdan ibarətdir.
Maraqlıdır ki, bəzi əşyaları çıxmaq
şərti ilə otaqlar da öz
qədimliyini olduğu
kimi qoruyub saxlayıb.
Multani karvansarası 70-ci illərdən
«Restoran-karvansara kompleksi»
adı altında fəaliyyət göstərir.
Hazırda isə Azərbaycan
Mədəniyyət və
Turizm Nazirliyi tərəfindən ölkə
əhəmiyyətli memarlıq
abidəsi kimi qorunur.
Mədəniyyət.- 2009.- 12 avqust.- S. 16.