Yeni Musiqi
Məktəbi qonaq qarşılayır
Heydər Əliyev
Fondunun dəstəyilə Ağdaşda yeni istifadəyə
verilən musiqi məktəbi rayon sakinlərinə ilk
sürprizini təqdim edib. Yeni istifadəyə verilən
İncəsənət Mərkəzi Qəbələdə
keçirilən musiqi festivalının iştirakçılarına
ev sahibliyi edir. 7 illik Uşaq Musiqi Məktəbi həmin təhsil
ocağının yetirməsi, tanınmış kaman
ustası, xalq artisti Habil Əliyevin adını
daşıyır. Üçmərtəbəli binanın
50-dək sinif otağı, qazanxanası və yeməkxanası
var. İncəsənət müəssisəsində yeni tədris
ilindən başlayaraq 445 məktəbli fortepiano, tar,
kamança, qarmon və klarnet ixtisasları üzrə təhsil
alacaq. Müəssisə Heydər Əliyev Fondu hesabına
müasir tələblərə uyğun maddi-texniki baza ilə
təmin olunub. Məktəbin direktoru Mövsümə
Hüseynova tədris ocağının tikintisində hər
bir xırda detala belə diqqət yetirildiyini bildirib. Məhz
bu səbəbdən də qonşu Qəbələ rayonunda təşkil
olunan Beynəlxalq Musiqi Festivalı və piano müsabiqəsinə
cəlb olunan xarici iştirakçılar almaniyalı,
yaponiyalı, amerikalı və çinli musiqiçilər əvvəl
gündən məşq üçün bu müəssisayə
üz tutublar.
Mədəniyyət.- 2009.- 19 avqust.- S. 2.