Yeni məscidlər
maraqlı turizm obyektidir
Dini Qurumlarla İş
üzrə Dövlət Komitəsindən mətbuata verilən
məlumata görə, dövlət tərəfindən
dini-tarixi abidələrimiz yüksək səviyyədə
yenidən qurulur və bərpa edilir. Hazırda ölkənin
müxtəlif bölgələrində 22 məscid tikilir. Təqribən
30-dək məscidin tikintisi isə maliyyə çətinliyinə
görə yarımçıq qalıb. İstifadəyə
verilmiş Bibiheybət ziyarətgahı, “İçərişəhər”
Cümə məscidi, “Əjdərbəy”, eləcə də
digər məscid və ziyarətgahlarda aparılan bərpa
işləri buna sübutdur. Bu yaxınlarda dövlət
başçısının iştirakı ilə tikinti və
əsaslı yenidənqurma işlərindən sonra “Təzəpir”
məscid kompleksi istifadəyə verilib.
Milli və dini ənənələrimizə,
dəyərlərimizə böyük önəm verən
Heydər Əliyev Fondu da məscidlərin bərpasına və
inşasına xüsusi diqqət göstərir. İndiyədək
fond tərəfindən 6 məscidin bərpası və
inşası həyata keçirilib.
Qeyd edək ki, müasir
üslubda yeni məscidlərin inşası eyni zamanda ölkəmizə
gələn turistlər üçün də maraqlı
obyektdir.
Fəxriyyə Abdullayeva
Mədəniyyət.- 2009.- 19 avqust.- S. 7.