Hacının 101 otaqlı yadigarı
Bina 1895-1902-ci illərdə
tikilib və Tağıyevin mülkü olub. Həmin vaxtdan bəri də Bakının memarlıq incilərindən biri olaraq qalır. Vaxtilə milyonçunun evinin birinci mərtəbəsində qulluqçuları,
ikinci mərtəbəsinin
28 otağında ailəsi,
üçüncü mərtəbəsində
isə mirzələri
və katibləri yaşayıb. Möhtəşəm
və gözəlliyi
ilə göz oxşayan Şərq və Avropa zalları da ikinci mərtəbədədir.
Hacı Şərq ölkələrindən
gələn qonaqlarını
Şərq zalında,
Avropadan gələn müsafirlərini isə eyniadlı zalda qarşılayardı. Bu zalların tikilişində
adət-ənənə,
milli ornament, zövq müxtəlifliyi milyonçu tərəfindən
nəzərə alınıb.
Tavanına 8 kiloqram qızıl işlədilən
Şərq zalının
nəhəng çilçırağı
kəndir vasitəsilə
aşağı endirilə
bilər. Çilçırağın
kənarları gül
ləçəkləri kimi
açılır. Orada
2-3 adam rahat oturub gizlənə bilər. Bunu hacının hansı məqsədlə sifariş
etdiyi naməlumdur. Qonaqları heyran edən Şərq zalının pəncərə
şüşələri də
xüsusi naxışlarla
bəzədilib. Həmin
naxışların arasında
isə ərəb əlifbasıyla "Hacı
Zeynalabdin Tağıyev"
yazılıb. Sonralar
bolşeviklər şüşələrdən
bu adı silməyə cəhd göstərsələr də,
mümkün olmayıb.
Çünki həmin
şüşələr Fransada
Bakı milyonçusu
üçün xüsusi
hazırlanıb və
onun adı şüşələrə həkk
olunub.
Bu bina o zaman şəhərdə
ən gözəl interyerə malik idi. Ailəsi, özü
və yaxın qohumları burada cəmi 18 il xoşbəxt yaşaya bilib. 1920-ci ildə bolşevik hökumətinin
gəlişi ilə kasıbların pənah yeri olan Hacı
Zeynalabdin Tağıyev
böyük vəsait
xərclədiyi və
yüksək zövqlə,
min arzu ilə inşa etdirdiyi evindən Mərdəkandakı
bağına sürgün
edilib.
1920-ci ildən məşhur
neft sahibkarı və xeyriyyəçinin mülkündə
muzey yerləşdirilib və həmin ilin oktyabr ayının
25-dən Azərbaycan SSR Dövlət Muzeyi adı ilə fəaliyyət
göstərməyə başlayıb. 1921-ci ilin may ayında ilk ziyarətçilərini
qəbul edib. İndiyədək bura gələnlər Azərbaycan
ərazisində mövcud
olmuş Atropatena, Albaniya, Şirvanşahlar,
Ağqoyunlular, Səfəvilər
dövlətləri dövrünə
aid maddi mədəniyyət nümunələri
ilə tanış olublar. Binanın zahiri kimi daxili də,
içərisində toplanmış
eksponatlar da qədim mədəniyyətimiz,
folklorumuz, məişətimiz,
adət-ənənələrimiz
haqqında maraqlı hekayət danışır.
Binanın ölkə prezidenti
İlham Əliyevin sərəncamı ilə
dövlət vəsaiti
hesabına yenidən təmir olunması isə tariximizə qayğı, onun hər bir vətəndaşa
məxsus olması, paytaxtımızın qonaqlarına
təbliğ edilməsi
istiqamətində görülən
təqdirəlayiq işlərdəndir.
Mədəniyyət.- 2009.- 19 avqust.- S. 16.