On bir ayın sultanı...

 

Avqustun 22-də müqəddəs Ramazan ayı başlayır

 

Bismillahir rəhmanir rəhim!

Qafqaz Müsəlmanları İdarəsindən verilən məlumata görə, İslamiyyat dünyasının ən müqəddəs ayı olan Ramazan ayı bu il avqust ayının 22-də başlanır. Bu ayın fəzilətləri onun bəşər cəmiyyətindəki əhəmiyyəti barədə indiyədək cildlərlə kitablar yazılmışdır. Ramazan ayının çox vaxt xalq arasında Orucluq ayı adlandırılması da təsadüfi deyildir. Çünki bu müqəddəs ayın əvvəlindən başlamış ta sonuncu gününədək dilindən, irqindən, yaşından, təhsilindən, ictimai mövqeyindən, sosial statusundan, vəzifəsindən asılı olmayaraq dünyanın bütün müsəlmanları müəyyən olunmuş qaydalara ciddi surətdə əməl etməli, sutkanın böyük bir hissəsini ac qalmalı, ağzına bir tikə yemək bir içim su da almamalıdır. Orucluq mahiyyət etibarilə bəşər cəmiyyətinin həm mənəvi, həm cismani tərbiyəsinə olduqca güclü mühüm təsir göstərən vacib ayindir.

Orucluq, yaxud başqa şəkildə desək oruc tutmaq həm də Allah-Təalanın yaratdığı bəndələrinin öz Tanrısı qarşısındakı imtahanı, həm də ötən bir il ərzində gördüyü işlərin və həyata keçirdiyi əmələrin bir növ hesabatıdır. Bu imtahanda iştirak etməyin necə vacib zəruri olduğu barədə müqəddəs kitabımız Qurani-Kərimdə digər dini risalələrdə kifayət qədər məlumat vardır. Odur ki, oruc tutmağın zəruriliyinin dərk edən hər bir müsəlman harada olmasından, harada yaşamasından, hansı fəslin girməsindən asılı olmayaraq oruc tutmalıdır.

Onu da qeyd edək ki, builki Ramazan ayı Azərbaycanda xüsusilə əlamətdar bir hadisə ilə eyni vaxta düşür. Məlum olduğu kimi, 2009-cu ildə Bakı həm İslam mədəniyyətinin paytaxtıelan olunub. Odur ki, bu ilki orucluq insanların yaddaşından uzun illər boyu çıxmayacaqdır. Əslində oruc tutmağın özü böyük bir mədəniyyətdir. Elə bu baxımdan da orucluq islami mədəniyyətin tərkib hissəsi kimi diqqəti xüsusilə cəlb edir. Təəssüf ki, bəzən orucluğu tibbi-bioloji amillərlə, insanların cismani sağlamlığı ilə, müxtəlif xəstəliklərə, xüsusən ifrat kökəlməyə, pəhriz saxlamağa, orqanizmin müxtəlifşlaklardan”- zərərli tullantılardan sair təmizlənməsi kimi prosedurlarla eyniləşdirirlər.Əslində orucluğa belə münasibət, ona sırf materialist cəhətdən yanaşmaq büsbütün yanlışdır. Orucluq heç bir halda arıqlamaq, pəhriz saxlamaq, yaxud incə vücuda malik olmaq, bədəni təmizləmək, tibbi mənada sağlamlığa yardım etmək naminə tutulmamalıdır. Məqsədli şəkildə arıqlamaq ya bədənini incəltmək naminə oruc tutanların orucları batildir onlar Allah Təbarəkü Təala tərəfindən qəbul olunmaz. Ən azı ona görə ki, orucluğun ən böyük fəziləti Allah qarşısında imtahan deməkdir. Belə isə bu imtahan insanın maddi mənəvi zövqünə, cismani rahatlığına xidmət edə bilməz. Oruc tutan hər bir kəs ilk növdədə Allah-Təalanın qarşısındakı borcu barədə düşünməli, öz axirəti haqqında fikirləşməlidir.

Digər tərəfdən orucluq yalnız yemək-içməkdən imtina etmək deyildir. Orucluq bütöv halda insanın maddi mənəvi keyfiyyətlərinin vəhdətindən doğan amillərlə bağlıdır. Məsələn, Ramazan ayı ərzində oruc tutan bir nəfərin ağzından ədəbsiz söz çıxırsa, söyüş-föhş eşidilirsə, yaxud oruclu bir müsəlman ləyaqətsiz bir nəsnəyə tamaşa edirsə, porno filmə baxırsa, demək onun orucunu da kamil hesab etmək olmaz. Elə ona görə çox zaman orucluq təkcəac qalmaqyox, həm göz orucu”-yəni müsəlmana qadağan edilmiş şeylərə baxmamaq, “qulaq orucu”- yəni müsəlmana yaraşmayan sözlərə qulaq asmamaq, “dil orucu” - yəni ləyaqəti təhqir edən sözlər danışmaq, naqis tərbiyənin göstəricisi olan söz-söhbətlərə rəvac vermək yaxud bu sözləri danışanların yanında dayanmağın günah olduğu anlamında da başa düşülür.

“Mədəniyyət” qəzeti redaksiyası bütün müsəlman bacı və qardaşlarımızı “On bir ayın sultanı” olan müqəddəs Ramazan ayının - orucluğun başlanması münasibətilə təbrik edir. Allah oruc-namazınızı qəbul etsin! Amin !

 

 

Məşədi Cəlal Yaquboğlu

 

Mədəniyyət.- 2009.- 21 avqust.- S. 3.