Qazax rayonunda
məscid bərpa olunub
Qədim qüllə və məbədin yenidənqurulması
da nəzərdə tutulur
Qazax rayonu
tarixi-memarlıq abidələri ilə zəngindir. Onlar Mədəniyyət
və Turizm Nazirliyinin qeydiyyatındadır, dövlət tərəfindən
qorunur. Nazirlikdən verilən məlumata görə, qurum tərəfindən
rayonda 1901-ci ildə inşa edilmiş Came məscidi yenidən
bərpa olunub.
Lakin Mədəniyyət
və Turizm Nazirliyi tərəfindən aparılan təmir-bərpa
işləri bununla yekunlaşmır. Belə ki,
il ərzində Qazaxda görülən işlər sırasına
1895-ci ildə Aslanbəyli
kəndində inşa
edilən Hacı Mahmud Əfəndi türbəsinin, VII əsrdə
inşa olunmuş Didivan qülləsi və VIII əsrə aid alban məbədinin
bərpası da daxildir. Bərpa işlərinə
yaxın aylarda başlanılacağı gözlənilir.
Qeyd edək ki, adıçəkilən
rayonda 112 tarixi abidə var. Onlardan 54-ü arxeoloji, 46-sı memarlıq, 7-si monumental-tarixi, 5-i isə dekorativ-tətbiqi incəsənət abidəsidir.
Fəxriyyə
Mədəniyyət.- 2009.- 21 avqust.- S. 3.