"Dövlət və
din" dərgisinin növbəti sayı nəşr olunub
Dini Qurumlarla İş
üzrə Dövlət Komitəsinin nəşri olan
"Dövlət və din" dərgisinin 4-cü sayı
işıq üzü görüb. Toplunun "Rəsmi guşə" bölümündə
prezident İlham Əliyevin "Təzəpir"
məscid kompleksinin yenidən istifadəyə
verilməsi mərasimindəki
iştirakı və nitqi, habelə din xadimlərinin çıxışları yer
alıb. Oxucular toplunun bu sayında Nailə Süleymanovanın "Azərbaycanda
təcvid elmi", Aynurə Məmmədovanın
"Azərbaycanda Quran
tədrisi və hafizlik", Günel Yusifinin "Dövlət-din münasibətlərinin
tənzimlənməsində Türkiyə təcrübəsi",
Radif Mustafayevin "İslamda cəmiyyət modeli", Zamin Məmmədovun "Dini qurumların qeydiyyatında
yeni mərhələ"
və s. yazıları ilə tanış ola bilərlər.
Jurnalın "İslam
həqiqətləri" bölməsinə Nəriman
Qasımoğlunun "İslam və millilik", Anar Əliyevin
"İslam sülh və barış dinidir", Tərxan
Paşazadənin "İslam fəlsəfəsi" adlı
məqalələri və digər yazılar daxil edilib.
Ənənəvi
"Dinlər, təriqətlər, cərəyanlar və təlimlər"
başlığı altında Abutalıb Məmmədovun
"Vəhhabi təfəkküründə şirkin
meyarı", Anar Əlizadənin "İlkin dini təsəvvürlər
səmavi dinləri inkar edirmi?" və Namiq Zeynəddinin
"Siqhizm" adlı məqaləsi çap olunub.
Mədəniyyət.- 2009.- 21 avqust.- S. 12.