Qəbələdə keçirilən Beynəlxalq
Musiqi Festivalı başa çatıb
Avqustun 22-də Heydər
Əliyev Fondunun dəstəyi, Mədəniyyət və
Turizm Nazirliyinin və Azərbaycan Musiqi Xadimləri
İttifaqının təşkilatçılığı
ilə Qəbələdə keçirilən Beynəlxalq
Musiqi Festivalına yekun vurulub.
Festivalın
proqramına uyğun olaraq 10 gün ərzində
dünyanın 15 ölkəsindən gəlmiş musiqi xadimləri
və istedadlı gənc ifaçılar
bacarıqlarını nümayiş etdiriblər.
Bağlanış mərasimində
Milli Məclisin deputatı Fəttah Heydərov, Azərbaycan
Musiqi Xadimləri İttifaqının sədri, festivalın bədii
rəhbəri Fərhad Bədəlbəyli, İsrailin ölkəmizdəki
səfiri Mixail Lavon Lotemi çıxış ediblər.
Festivalın
bağlanış mərasimində İsrailin məşhur
Simfonik Orkestrinin müşayiəti ilə solistlər Daniel və
Aleksandr Qurfinkel (klarnet), Vyaçeslav Vaynorovski (tenor) və
Boris Berezovski (piano) çıxış edib. Konserti
tanınmış dirijor Dmitri Yablonski (ABŞ) idarə edib.
Sonda musiqi bayramı
münasibətilə atəşfəşanlıq olub.
Mədəniyyət.- 2009.- 26 avqust.- S. 2.