Onun adı
Aslandır
Budur, Aslanın direktor
olduğu «Dostluq» mədəniyyət evi. Məni həyətdə qarşılayır. Həmişəki
kimi şən və gülərüzdü.
Köhnə dostlar kimi görüşürük.
Cəld və çevik addımlarla düşür qabağa.
Gəlirik Aslan Fətullayevin iş otağına. Otururuq üzbəüz, çay
içə-içə
başlayırıq söhbətə.
- Hə, qardaş, necəsən? İşlərin necə gedir?
- Demək, məndən məqalə yazmaq istəyirsən. Çox əcəb, çox
pakizə. Məndən
çox adam
yazmaq istəyib, razı olmamışam. Ancaq sənə hər şeyi olduğu kimi danışacağam. Yaz ki, iyirmi beş
ildən çoxdur səhnədəyəm. Gəzmədiyim,
görmədiyim yer qalmayıb. Həmişə
təriflənmişəm, başqa ölkələrdə
mənə qalmaq, işləmək təklif
ediblər, razı olmamışam. Heç bir fəxri adım yoxdur.
- Yalan demirsən ki?
- Bu nə sözdür, canım. Mən boyda adama (əli ilə sinəsinə vurur) yalan danışmaq yaraşar? Hər ikimiz gülürük.
- Aslan, sənə güc-bəla ilə 40 yaş vermək olar. Ancaq deyirsən 25 ildir
səhnədəyəm.
- Hə da bə.
- Mənə sataşırsan?
- (Gülür). Canın üçün yox.
Dostlarımın çoxu naxçıvanlıdı.
Mən də vərdiş eləmişəm, onlar kimi danışıram.
İyirmi beş
ildir deyəndə lap
uşaqlıqdan mədəniyyət
sahəsindəyəm. Televizorun
qabağından əl
çəkmirdim. Bütün
günü oturub gözlərimi dikərdim
ekrana.
- Ən çox
nəyə baxırdın?
- Hər şeyə. Televizorda nə göstərirdilər
ona. Konsertə, teatra, xırda
səhnəciklərə. Baxandan sonra gördüklərimi
təkrarlayırdım - oynayırdım,
oxuyurdum.
- Təkbaşına?
- Bə nə (gülür). Məni dəli hesab
eləyənlər də
olurdu. Elə dəli kimi
bir şey idim. Sənətin dəlisi, teatrın
divanəsi. Amma yolum
birbaşa İncəsənət
İnstitutuna düşmədi.
Əvvəlcə Bakı Mədəni-Maarif
Texnikumuna qəbul olundum. Buranı bitirəndən sonra
instituta qəbul olundum. Özü də klub işinin təşkili fakültəsinə.
- Bəlkə, özün haqqında oxucularımıza
məlumat verəydin.
- Baş üstə. Buyur
Bu çoxdu axı. Bir
səhifəlik xasiyyətnamədi.
- Onda əsas yerlərini
oxu.
- Oxuyaram. Fətullayev
Aslan Miri oğlu 1956-cı il oktyabr ayının 20-də Lerik
rayonunun Çayrud kəndində anadan olub. 1974-cü ildə
N.K.Krupskaya adına
Bakı Kitabxanaçılıq
Texnikumunun mədəni-maarif
fakültəsinə daxil
olmuş, özfəaliyyət
teatr kollektivinin rəhbəri ixtisasını
fərqlənmə diplomu
ilə bitirmişdir.
1977-ci ildə M.A.Əliyev
adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun
mədəni-maarif fakültəsinə
daxil olmuş, 1982-ci ildə oranı bitirmişdir.
Hələ orta məktəbdə
oxuyarkən teatr sənətinə həvəs göstərən
Aslan Fətullayev kənd mədəniyyət evində 7
yaşındaykən Y.Əzimzadənin «Nəsrəddin»
komediyasında İnkir rolunda oynamış və o vaxtdan səhnəyə
bağlanmışdır.
19 yaşı tamam
olmamış Azərbaycan teatr tarixində yaratdığı
obrazı ilə Qızıl fonda düşən ilk aktyordur. O,
televiziyanın «Səhər görüşləri», «Gecə
kanalı», «Komediyalar aləminə səyahət», «45 dəqiqə»
kimi populyar verilişlərinin daim iştirakçısı
olmuş və yaddaqalan obrazlar yaratmışdır.
Kino sahəsində də
öz istedad və bacarığını nümayiş etdirən
Aslan Fətullayev «Mosfilm»in çəkdiyi «Oğlan və
Maral» filmində fotorepartyor, «Azərbaycanfilm»
kinostudiyasının istehsal etdiyi «Cin mikrorayonda» filmində
kiçik cin, «Papaq»da papaqçının dostu, «Qorxma, mən
səninləyəm»də İvan Spirodonoviç, «Qətl
günü»ndə zindanban, «Mozalan»ın çəkdiyi
«Kapitan» satirik kino jurnalında basketbol komandasının
kapitanı kimi yaddaqalan obrazlar yaratmışdır. 1979-cu ildən taleyini
Sumqayıtla bağlayan
Aslan Fətullayev əvvəlcə «Gənclik»
klubunda bədii rəhbər olmuş,
1984-cü ildən isə
«Dostluq» mədəniyyət
evinin direktorudur.
Mədəniyyət evinin
mahnı və rəqs ansamblı, sirk incəsənət kollektivi Norilskdə, Arxangelskdə, Rustavidə,
Rumıniyada, Almaniyada
qastrolda olmuş, Çexoslovakiyadan isə rəqs ansamblının iki üzvü «Qızıl Praqa» medalı ilə vətənə qayıtmışdır.
Respublika tarixində ilk
dəfə olaraq Aslan Fətullayev Azərbaycan dilində «Yuxu»
adlı rok qrupu yaradıb və kollektiv 1989-cu ildə
Bakıda keçirilən «Qızıl payız-89»un qalibi
olub. Onun yaratdığı «Yuxu» rok kollektivi 1990-cı ildə
Almaniyada keçirilən «MAYEN - ROK-90» beynəlxalq
festivalının qalibi olmuş, Avropanın ən
güclü rok kollektivi adına layiq görülərək
diskləri buraxılmışdı
Sevindirici haldır ki,
«Dostluq» mədəniyyət evinin bədii özfəaliyyət
kollektivi 1995-ci ildə Türkiyədə Novruz bayramı
münasibətilə keçirilən festivalda
respublikamızı təmsil etmişdir.
«Dostluq» mədəniyyət
evi yeganə mədəniyyət müəssisəsidir ki,
1985-ci ildən indiyədək Abşeron ərazisindəki
bütün hərbi hissələrə, Saray qəsəbəsindəki
7 saylı internat məktəbə mədəni hamilik xidməti
göstərir.
Aslan Fətullayev
İstanbul Universiteti Etnomüzikoloji Araşdırma və
Uyğunlama Mərkəzi ilə əlaqə saxlayaraq beynəlxalq
etnomüzikoloji simpozium və festivalda iştirak etmək
üçün ilk dəfə olaraq Azərbaycanı -
Sumqayıt şəhərini beynəlxalq kitabçaya
saldırmış və bütün dünyaya
yaymışdır. Sumqayıt şəhərində dövlət
səviyyəsində keçirilən bütün tədbirlərdə
onun rəhbərlik etdiyi «Dostluq» mədəniyyət evinin bədii
özfəaliyyət kollektivi iştirak edir.
Azərbaycan Akademik Milli
Dram Teatrının aktyoru kimi bir-birindən maraqlı obrazlar
yaradan Aslan Fətullayev həmişə
tamaşaçılar tərəfindən sevilib və bu
gün də sevilir.
- Səhnə həyatında
ən çox yadda qalan hadisəni
danışmağınızı istərdim.
- Unudulmaz
hadisələr çoxdur.
Ancaq onlardan biri xüsusilə
yadımda qalıb.
«Sonqulunun sərgüzəştləri»ndə qızın zırpı qardaşını
oynayırdım. Məşqlərin
qurtarmasına az qalmışdı.
Oturub fikirləşirdim ki, nə geyinib çıxım səhnəyə.
Rol çox xoşuma gəlmişdi. İstəyirdim lap təbii alınsın.
Elə bu dəmdə Coratda yaşayan iki dostum girdi
içəri. Birinin başında
«aerodrom» kepka, o birinin əlində təsbeh. Aslan müəllim, sənə
nə qulluq edək? Dedim: - qulluq sahibi olasınız,
kepkanı da, təsbehi də verin mənə. Verdilər.
«Aerodromu» qoydum
başıma, təsbeh
də əlimdə.
Elə o
cür də çıxdım səhnəyə.
Operatordan da xahiş etdim ki, qızın zırpı qardaşını
bir az
iri planda götürsün. Bilirsən, nə
qiyamət alındı.
Baxanda özümə də ləzzət elədi.
İbrahim
Mədəniyyət.- 2009.- 26 avqust.- S. 9.