«Aşur» ya «Ləzgi məscidi»

 

İçərişəhərin tarixi mərkəzində Qız Qalası ilə Sınıq qala abidəsi arasında hər kəsin «Ləzgi məscidi» kimi tanıdığı bir abidə var. Öz memarlıq quruluşu ilə qədim şəhərə xüsusi görkəm verən bu tikili bu gün insanlarda maraq doğurur. İçərişəhərin ən qədim abidələrindən olan məscid olduğu kimi qorunub-saxlanılır hazırda da öz funksiyasına uyğun fəaliyyət göstərir.

 

Məscid 1169-cu ildə ustad Aşur İbrahim oğlu tərəfindən tikildiyindən xalq arasında «Aşur məscidi» adlanıb. Tikilinin ikinci adı, yəni «Ləzgi məscidi» ya XIX əsrdə, ya da XX yüzilliyin əvvəllərində yaranıb.

Abidə kiçik ölçülü zirzəmi üst ibadət salonundan ibarətdir. Məscidə daxil olmaq üçün sağ tərəfdən kiçik pilləkənlərlə aşağı düşmək lazım gəlir. Uzunsov biçimli olan ibadət salonunun iki mehrabı var. Salonun oxunda yerləşən köhnə mehrab zəngin dekorludur. Üstündəki kitabədə məscidin tikilmə tarixi onun memarının adı yazılıb. İbadət salonu tağbəndlə örtülüb. Salonun ortası bir tağ qurşağı ilə vizual olaraq iki yerə ayrılıb. Salonun ensiz divarlarında kiçik taxça, mehrabın üstündə kiçik pəncərə gözü var. Ümumilikdə məscidin çöl tərəfə olan pəncərələri kiçikdir üzəri daş şəbəkə ilə örtülüb.

Aşur məscidibayırdan sadə prizmatik tutum şəklindədir. Daş hörgü sisteminə diqqətlə baxdıqda hiss olunur ki, onun üst hissəsi sonralar yenidən tikilib. Daha qədim hörgü - məscid divarlarının alt hissəsi nisbətən iri müxtəlif ölçülü daşlardan ustalıqla yerinə yetirilib. Divarların üst qatı isə kiçik ölçülü daşlardan bərabər ölçülü hörgü sırasıyla ucaldılıb. Məscidin içində mehrab olan cənub divarı İçərişəhərin baş ticarət küçəsinə yönəlir. Abidənin baş fasadı saya profilli karnizlə tamamlanır. Baş fasadın simmetriya oxunda sivri biçimli tağvari işlənmiş kiçik bir daş qoyulub. Onun taxçası içərisində kufi xəttlə «Allah» sözü yonulub. Bakının ən qədim məscidlərindən olanAşur məscidinin ikiqatlı quruluşu Məhəmməd məscidi Xıdır məscidi (1301) kimi İçərişəhərin enişli relyefinə uyğun yaranıb.

Məscid Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il taixli qərarı ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilib.

 

 

Mədəniyyət.- 2009.- 28 avqust.- S. 16.