Təbiət hadisələrini dərk edən insan
Zəlzələ bütün dövrlərdə
olduğu kimi, bu gün də alimlərin,
ixtiraçıların tədqiqat obyektidir. Bu istiqamətdə
aparılan araşdırmaların nəticələri, 2 mütəxəssis
fikirləri, rəyləri bəzən
mübahisələrə səbəb olur. Gündəmdə
öz aktuallığı ilə seçilən zəlzələnin
qarşısının alınmasında ehtimallar irəli
sürənlər əminliklə çıxış edənlərdən
daha çoxdur.
Kiçik
yaşlarından sərbəst şəkildə təbiət
hadisələrini öyrənməklə məşğul
olan mühəndis - hidrotexnik, ixtiraçı Nəbi Həmidov
isə məqsədyönlü təcrübələri
zamanı əldə etdiyi nəticələrə əsaslanaraq
bildirir ki, təbiət hadisələrini dəqiqliklə dərk
edib, ondan bəşəriyyətin nəinki xilasına, hətta
xeyrinə istifadə etmək mümkündür. "Mən bir ixtiraçı kimi
bütün bu proseslərin qarşısını almağa qadirəm"-
deyən ixtiraçı sübutlarla
çıxış edir.
Onun dediyinə görə,
əslində təbiət özü bizə bu hadisələri
açmaq imkanı yaradır. Lakin Azərbaycanda "Kəşflər
haqqında" qanun qəbul edilmədiyinə görə,
onun bu addımına qeyri-ciddi yanaşılır: "Dünyanı lərzəyə
salan təbiət hadisələrini kəşflərimlə
ram etmək iqtidarındayam.
Birmənalı şəkildə zəlzələ təbiətin
ən qorxunc və dəhşətli hadisəsi kimi qəbul
olunur. Yer qabığında baş verən titrəyişlər
bir sıra hallarda yeraltı uğultular yaradır. Yerin üst
hissəsində dalğavari hərəkətlərin
yayılmasına, o cümlədən çatların əmələ
gəlməsinə gətirib çıxarır. Mənim kəşfimin
köməyi ilə seysmik zonalarda ekspedisiya təşkil edərək,
həmin ərazilərdə baş verəcək zəlzələnin
qarşısını almaq mümkündür.
Çoxlarına fantaziya kimi görünə biləcək
uğurlu nəticələr əldə etməyə
arxayınlıqla söz verirəm".
Tədqiqatçılar
2000-ci il noyabrın 25-də Bakıda baş verən zəlzələnin
yüz ildə bir dəfə baş verə biləcəyini
qeyd edirlər. Özü də bu zəlzələnin episentri
dənizdə olduğundan elə bir dəhşətli
dağıntı müşahidə edilmədiyi də
bildirildi. N.Həmidov hazırladığı qurğu vasitəsilə
həmin ərazilərdə tədqiqat aparılacağı təqdirdə
uğurlu nəticə alınacağı ilə
yanaşı, təkcə bir kəşfi istehsalatda tətbiq
etməklə, əldə edilən gəlirlə 80 milyon
insanı yaşatmağın mümkünlüyünü
qeyd edir: "Bir faktı deyim,
təkcə Fransada 57 atom elektrik stansiyası var. Atlantik okeanda
uzunmüddətli sunamilər baş verir. Həmin mənbələrin
fəaliyyəti pozulub. Bu da gec-tez Hind okeanında baş verən
dəhşətli sunami kimi hadisələrə gətirib
çıxaracaq. Sahilboyu atom elektrik stansiyalarının
düzüldüyünü nəzərə alsaq, qəflət
qabarma nəticəsində ən azı 5-10 atom
stansiyasının dağılması suda və quruda radiasiya
yaradacaq. Mənim bu kəşfimlə də məmləkətimizə
xeyir gətirmək olar. Hind okeanında baş vermiş hadisə
IV təbiət prosesinin çox nadir hallarda törətdiyi
"Qəflət dəniz qabarması" təbiət hadisəsidir
ki, insanlar onu əfsanə adlandırırlar. Bu, "Dünya
üzünü su basması", "Nuhun tufam",
"Atlantidanın məhvi" kimi hadisələrin baş
verməsinə səbəb olmuşdu".
İxtiraçı
yaxın gələcəkdə "Qəflət okean
qabarması" təbiət hadisəsinin Atlantik okeanda
başvermə ehtimalının çox böyük
olduğunu qeyd edir (artıq IV prosesin özünəməxsus
əlamətləri özünü büruzə verir) və
bunun, - yaxın gələcəkdə lazımi tədbirlər
görülməzsə, okeanda və okean hövzəsi ərazisində
canlı aləmin əzablı məhvi ilə nəticələnəcəyini
vurğulayır.
Zəlzələni öncə heyvanlar hiss edir
Əksər hallarda IV
prosesin baş verməsi ərazidə təbii şəraitə
uyğun olaraq, relyef dəyişmələri və yer tərpənməsi
yaradır. Sunami dalğalarından fərqli olaraq "Qəfil
qabarma" zamanı böyük dalğa mənbədən
(episentr) onun parametri boyunca ani olaraq itələnir və hadisədən
sonra sualtı relyefdə kəskin dəyişikliklər
yaranır. "Zəlzələnin
başlıca səbəbi daim gərginlik altında olan Yer
qabığının ayrı-ayrı hissələrində
tarazlığın pozulmasıdır" kimi söz
yığınını qəbul etməyən
ixtiraçı deyir: "Heç
də təsadüfi deyil ki, seysmoloqlar zəlzələdən
sonra zəlzələnin "gücünü",
"hiposentr" və "episentr”ini, koordinatlarını təyin
etmək, baş vermiş fəlakətlər haqqında
statistik məlumatlar toplamaqla "seysmologiyanı" "zənginləşdirir",
daim gərginlik altında olan Yer qabığını daha da
oyadırlar. Halbuki zəlzələ ən adi təbiət
hadisələrindən biri olub, heyvanların hiss edə biləcəyi
əlamətlərdən sonra baş verir". Bu fikri əsas
gətirən ixtiraçı IV prosesin törətdiyi təbiət
hadisəsinin yetişməsi üçün uzunmüddətli
zaman - "hazırlıq dövrü" keçdlyini bir
daha xatırladır: «İlkin mənbənin
yarandığı, yaxud əsas mənbələrin
ayıldığı ilk andan başlayaraq qeyri-stabil III təbii
proseslə müşayiət olunan "hazırlıq
dövrü"nün özünəməxsus əlamətləri
baş verir ki, bu da təbiət hadisələrini, xüsusən
də zəlzələni (yerin quru səthi) çox
asanlıqla idarə etmək imkanı yaradır. Yəni zəlzələnin
labüdlüyünü göstərən təbii əlamətlər
ilk andan dəqiqliklə müşahidə edilir, mənbənin
və həmləötürücü sinirlərin
koordinatları təyin olunmaqla, lazımi texniki tədbirlər
əsasında mənbə neytrallaşdırılır".
Palçıq vulkanı xilaskarımızdır
Xəzər
yarandıqdan sonra "Qəfil dəniz qabarması hadisəsinin
Xəzərdə iki dəfə baş verməsi Xəzərdibi
relyefdə açıq-açığına
özünü göstərir. Xəzərsahili ərazilərdə
də hadisənin özünəməxsus əlamətlərinə
təsadüf olunur. Bu mənşəli relyef dəyişmələri
Yerin quru səthində göllərin, şəlalələrin,
vadilərin, çökəkliklərin (Qazaxıstanda
Manqışlaq çökəkliyi) yaranmasına da səbəb
olur. Təbiət hadisəsi fəlakətlə bərabər,
təbiət gözəlliyi yaratsa da, bu, həmişə belə
olmur.
Bakını zəlzələnin
qarşısıalınmaz nəticələrindən
palçıq vulkanlarının xilas etdiyini deyən
müsahibimiz bəzi faktları da açıqlayır. O,
müşahidələrinə əsaslanaraq Ceyranbatan
gölü sahilində baş vermiş palçıq
vulkanının karteri uçduğundan təbii sistemə
hava dolduğunu qeyd edir: "Yəni
yeraltı kanal əmələ gəlib. Ona görə də
başqa bir mənbədə yayılma baş verib. Bu mənbə
49 dərəcə 32 meridianla 40 dərəcə 27-ci paralelin
kəsişdiyi ərazinin altında yerləşir. Buradan
ayrılan qollar Mərəzə, Şamaxı istiqamətində
hərəkət etməlidir. Həmin ərazidə otlayan
qoyunların vaxtaşırı hürkməsi, gecələr
isə kütləvi öskürməsi müşahidə
olunmaqdadır. Zəlzələ yarandığı andan nə
qədər gec baş verərsə, bir o qədər də
gücü artır, baş verəsi təkanların sayı
çoxalır".
İxtiraçı həmin
əlamətləri yerindəcə təyin etməklə, mənbənin
koordinatlarını dəqiqləşdirib,
yaratdığı qurğu sayəsində süni zəlzələ
yaratmaqla bu dəhşətdən yaxa qurtarmağın
reallığından dönə-dönə bəhs edir. Bu məsələdə
ən azı heyvanların hissiyyatına güvənmək
lazımdır. Ümumiyyətlə, ani olaraq baş verən
zəlzələ və sunami dalğaları qəflətən
dəniz qabarması ilə nəticələnir. O, bu kəşfi
ilə belə dəhşətlərin
qarşısını almaqda iddialıdır.
Şəmsi VÜSAL
Mədəniyyət.-2008.-20 dekabr.-S.14.