Bir başqa dünyanın adamları(na)
«Cırtdan» kukla
teatrını ilk növbədə
keyfiyyətli tamaşalarına
görə tanıyırlar.
Yaradıcı heyəti
cəmi altı-yeddi nəfərdən ibarət
olan teatrın fəaliyyəti yalnız paytaxt hüdudlarında deyil. «Cırtdan» kukla teatrı səyyar fəaliyyət göstərir. Ölkənin
demək olar ki, əksər bölgələrində, ən
ucqar kəndlərində
paytaxt teatrları ilə müqayisəyəgələr
qədər keyfiyyətli
tamaşalar görmək,
göstərmək elə-belə
məsələ deyil.
Truppanın rəhbəri
Səyyarə Əliyeva
ilə bu kiçik teatr truppasının qayğıları,
perspektivlər və planlar barədə söhbətləşdik. Bu yaradıcı
kollektivin uğurlarının
səbəblərini sorduq.
İlk növbədə
isə Səyyarə xanımın işi, ixtisası, fəaliyyəti
ilə maraqlandıq.
-1976-cı ildə
İncəsənət Universitetinin
«Mədəni maarif» fakültəsinin axşam
şöbəsini bitirdim.
Universitetdə oxuduğum
illərdə Balaxanıda
xalq teatrında işləmişəm. İkinci
kursda, sonra isə Sabunçuda yerləşən xalq teatrında rejissor assistenti, quruluş hissə müdiri kimi işləməyə
başladım. 10 il «Lalə» qızlar ansamblında qarmon ifaçısı kimi fəaliyyət göstərdim.
Sabir adına
Mədəniyyət evində
rejissor kimi işlədim, 1968-ci ildən
fəaliyyət göstərən
Balaxanı «Cırtdan»
kukla teatrının bazasında müstəqil
fəaliyyət göstərən
«Cırtdan» səyyar kukla teatrını yaratdıq. Bir müddətsə «Ümid
yeri» cəmiyyətinin
nəzdində fəaliyyət
göstərdik. İndi
də tamaşalar qoyuruq, fəaliyyətimizi
davam etdiririk. Teatrımızın bir özəlliyi də odur ki, biz
fonoqramdan istifadə etmirik. Hamı, aktrisalar, yəni personajlar canlı oxuyur, hətta çox vaxt, tamaşa göstərilən
yerdə alət varsa, musiqi də
canlı ifa olunur.
-Repertuarınızdakı
əsərləri necə
seçirsiniz?
- Əsərləri
özümüz seçirik,
hətta əksərini
özümüz yazırıq.
Tamaşada səslənən
mahnıların musiqisi
və mətni də bizə aiddir. Bu işi adətən aktrisalarımız
Sima Əliyeva və Nəzakət Məmmədova görür. Musiqi də, sözlər də yaddaqalan olur.
Söhbətə balacaların
sevimlisi olan bu balaca teatrın
aktrisası, qeyri-rəsmi
bəstəkarı, ifaçısı
Nəzakət xanım
(Məmmədova) tamaşalara
məzəli, ürəkaçan
mahnı parçaları
ilə qoşulur. Ovqat dəyişir. Yenə də rejissor Bəxtiyar Xanızadənin bir etirafını xatırlayıram:
«Uşaq olanda məni qəsəbənin
Yeni il şənliyinə
aparmışdılar. Bu
şənlik, bu tamaşa elə başqa, gözəl bir dünya idi ki, mən
hələ də onu unuda bilmirəm.
Və uzun illərdi ki, sanki tamaşalarımda həmin dünyanı bərpa etməyə çalışıram». Səyyarə
xanımdan tamaşalara
kimin quruluş verdiyini soruşuram.
- Tamaşaya mən quruluş verirəm. Amma əksərən yaradıcı heyətin işində konkret bölgü yoxdur. Hər kəs ideyasını, məsləhətlərini
söyləyir. Yetər
ki, sonda iş maraqlı olsun. Hazırda repertuarımızda 10-a yaxın
tamaşa var: «Tülkünün qış
sərgüzəştləri», «Dovşanın ad günü», «Şəngülüm,
Şüngülüm, Məngülüm»,
«Qırmızıpapaq», “Bozqurdun
nağılı”, «Xoruz
və pişik», «Tıq-tıq xanım», «Qoğal». Yaradıcı heyətimizdə minimum adam var - ona
görə də bir neçə personajı eyni adam oynayır. Demək olar ki, əksər rayonlarda olmuşuq. Bundan əlavə, uşaq evlərində, bayramlarda və tədbirlərdə də
çıxış edirik.
- Tamaşalarınızdan
birini görmüşəm.
Canlılığı, dinamikliyi,
uşaqlarla ünsiyyət
qurmaq keyfiyyəti nəhayət, bədii, yaradıcı səviyyəsi
ilə fərqli bir tamaşa idi.
- Bilirsiniz,
nağılları, əhvalatları
kitablardakı kimi qurmaq olmaz. Onları
bu günə, reallığa adaptasiya etmək lazımdır. Uşaq bu günü, onun qayğı və problemlərini görür.
Ona dəxlisiz əhvalat, fikir söyləmək olmaz. Bu günün ritmini, tempini tutmaq lazımdır. Həmçinin onların
uşaq olduğunu unutmamaq.
Uşaqlar danışılan
əhvalatlara inanırlar.
Biz tamaşanın sonunda onlarla dialoq aparırıq. Tamaşadan nə anladıqlarını, nə
götürdüklərini özümüz üçün
müəyyən edək
deyə.
- Uğurlarınızın
bir səbəbi bu. Bəs enerji
hardandır?
- Uşaqlardan
gəlir. Biz sadəcə
o enerjini alır və ötürürük.
Onların maraqla baxan gözlərindən gələn enerji ilə dağı dağ üstə qoymaq olar.
- Bu teatrın
əsas problem və qayğıları...
- Kuklaları
özümüz fikirləşirik,
rəsmini çəkirik.
Amma onların düzəldilməsi baha başa gəlir. Rekvizitlər bahadır.
- Səyyarə
xanım, Sabir adına Balaxanı Mədəniyyət evinə
yenicə rəhbər
təyin olunmusunuz. İşləriniz, planlarınız
artıb...
- Ən əsas otaqlar, zal almaq lazımdır.
İdarənin iki balaca otağı var. İlin sonuna otaq söz veriblər.
Otağımız olsa,
fəaliyyəti genişləndirmək
olar. Qəsəbə
nümayəndəliyi bizə
söz verib ki, ayın sonunadək
pul köçürüləcək
və rekvizit problemlərini həll edək.
Mədəniyyət evini ölü bir obyektdən canlı, qaynar bir müəssisəyə
çevirmək üçün
çalışırıq. Rəqs, rəsm, xalçaçılıq kursları
təşkil etməyi
nəzərdə tuturuq.
Qızlardan ibarət ansambl da yaradacağam.
Təki yer olsun. Həmçinin mədəniyyət evinin nəzdində fəaliyyət
göstərən xalq
teatrının da fəaliyyətinə imkanlar
olar. Hələ ki, yer məhdudiyyətimiz
var. Çalışacağıq ki, insanların mədəni istirahəti ilə yanaşı, uşaqların mədəni
tərbiyəsi işində
də yardımçı
olaq. İş orasındadır ki, bu işə maraq var. Sakinlərin, uşaqların marağı
çoxdu və istedadlı uşaqlar da az deyil.
Çalışırıq ki, Balaxanı Mədəniyyət evi yüksək səviyyyədə
fəaliyyət göstərsin.
- Bu işdə
sizə uğurlar!
Aliyə
Mədəniyyət.- 2009.- 18 dekabr.- S. 15.