Bakıda II Beynəlxalq Nəsimi Elmi Konfransı keçirildi

 

İlin son günləri olmasına baxmayaraqBakı İslam Mədəniyyətinin Paytaxtıçərçivəsində tədbirlər davam edir. Geridə qoyduğumuz həftə II Beynəlxalq Nəsimi Elmi Konfransı ilə əlamətdar oldu. Mədəniyyət Turizm Nazirliyinin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birgə təşkilatçılığı ilə Bakıda keçirilən bu tədbir Azərbaycanın görkəmli mütəfəkkiri şairi İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuşdu. AMEA-nın Rəyasət Heyətinin böyük zalında təşkil olunan konfransı Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik Bəkir Nəbiyev açdı. Akademik İmadəddin Nəsiminin Hələb şəhərində yerləşən türbəsində yenidənqurma genişləndirmə işlərinin, əməkdaşlıq məsələlərinin müzakirəsinin planlaşdırıldığını qeyd etdi: «2008-ci ilin noyabrında İmadəddin Nəsiminin uyuduğu Hələb şəhərində böyük şairin həyat yaradıcılığına həsr olunmuş I Beynəlxalq Elmi Konfrans keçirilmiş, Hələb vilayətinin müvafiq dövlət orqanlarında Nəsiminin məqbərəsinin vəziyyəti, onun bərpası istiqamətində azərbaycanlı suriyalı mütəxəssislərin əməkdaşlığı, Hələb şəhərinin memarlıq üslubu nəzərə alınmaqla kompleksdə Azərbaycan memarlıq elementlərini əks etdirən yenidənqurma genişləndirmə işlərinin aparılmasına dair ilkin razılıq əldə edilib».

Sonra mədəniyyət turizm naziri Əbülfəs Qarayev çıxış edərək İmadəddin Nəsiminin Azərbaycan dili uğrunda aparılan mübarizədə göstərdiyi xidmətlərini yüksək qiymətləndirildiyini bildirdi: «İmadəddin Nəsiminin adı Azərbaycan xalqının mədəniyyət tarixində qızıl hərflərlə yazılıb. Bu il 640 illik yubileyi qeyd olunan Nəsiminin xatirəsinə həsr edilən tədbirlər, onun məqbərəsinin yenidən qurulması ilə bağlı görülən işlər Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi tapşırığı əsasında həyata keçirilir. Əsası ulu öndər Heydər Əliyev Suriya Prezidenti Hafiz əl-Əsəd tərəfindən qoyulmuş Azərbaycan-Suriya əlaqələri son dövrlər daha yüksək səviyyəyə qalxıb, ikitərəfli münasibətlərin sürətli inkişafı üçün münbit şərait yaranıb. Suriya Prezidenti Bəşər Əsədin 2009-cu ilin iyulunda Azərbaycana səfəri çərçivəsində çoxsaylı ikitərəfli sənədlər imzalanıb».

Konfransda AMEA-nın prezidenti, akademik Mahmud Kərimov Nəsimi yaradıcılığından söz açaraq onun əvəzolunmaz xidmətlərinə toxundu: «İmadəddin Nəsimi hər bir qəzəlində insanın ürəyinə yol tapmağa nail olub». Hələb vilayəti qubernatorunun mədəniyyət məsələləri üzrə müavini Məhəmməd Qəccə 600 il ərzində böyük şairin qorunub saxlanılmış qəbrinin hər iki xalq üçün əziz olduğunu bu birləşdirici amilin xalqlarımız dövlətlərimiz arasında münasibətlərin daha da gücləndirilməsinə təkan verə biləcəyini qeyd etdi. Sonra alimin müşaiyəti ilə tədbir iştirakçılarına Nəsiminin məqbərəsi ilə bağlı görüntülər nümayiş etdirildi.

Toplantıda Hələb vilayətinin müftisi, doktor Mahmud Ökkəm, suriyalı nəsimişünas-alimlər İsam Qəsəbçi Məhəmməd Kamal, habelə İran İslam Respublikasından professor Cavad Heyət çıxış etdilər. Bundan başqa açılış mərasimində Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə iştirak edirdi.

Konfransın ikinci günü, yəni dekabrın 16-da Nəsimiyə həsr edilmiş elmi məruzələr dinlənildi. AMEA-nın müxbir üzvü Rafael Hüseynov, Hələb Universitetinin professoru Məhəmməd Kamal, AMEA-nın müxbir üzvü Teymur Kərimli, filologiya elmləri doktoru Nüşabə Araslı digərləri öz məruzələrində böyük şairin yaradıcılığını, həyat fəaliyyətini müxtəlif tərəflərdən təhlil edən məruzələrlə çıxış etdilər.

Konfransın üçüncü günü filologiya elmləri doktorları Şəfəq Əlibəyli, Sevil Mehdiyeva, Afina Əlizadə digərlərinin çıxışları dinlənildi. Bunun ardınca konfransın işinin nəticələri müzakirə olundu. Toplantının sonunda «Nəsimi» filminin nümayişi oldu.

 

 

Mehparə

 

Mədəniyyət.- 2009.- 18 dekabr.- S. 6.