Batika qədim Azərbaycan sənət növüdür

 

Tatyana Ağababayeva Malaziya təəssüratlarını bölüşdü

 

Rəssam ailəsində dünyaya göz açan Tatyana Ağababayeva Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini Sankt-Peterburq Bədii Sənaye Akademiyasının tekstil şöbəsini bitirib. Əsas məşğuliyyəti batikadır, akademiyada təhsil alan zaman ilk dəfə olaraq batika sənətini xalq yaradıcılığı nümunəsi kimi deyil, peşəkar səviyyədə öyrənib. Atası Odtəkin Ağababayev Azərbaycanın əməkdar rəssamıdır. Anası Valentina Ağababayeva da rəssamdır.

 

Qədim tarixə malik Azərbaycan torpağı həmişə zəngin mədəniyyət nümunələri ilə diqqəti cəlb edib. Əksər sənət növlərinin vətəni məhz Azərbaycan olub. Beynəlxalq arenalarda keçirilən tədbirlərdə biz zaman-zaman bunun şahidi olmuşuq. Dekabr ayının 11-dən 13-nə qədər Malaziyada keçirilən Batika üzrə Beynəlxalq Qurultayda Azərbaycanı təmsil edən Tatyana Ağababayeva bu müsəlman ölkəsində öyrəndiklərindən heyrətə gəlib.

Dediyinə görə, batika qədim Azərbaycan sənət növü olub, kəlağayı mənasını verir. Keçmişdə qəliblər vasitəsilə hazırlanan bu sənət növü bu günümüzə qədər gəlib çatıb. Dekabr ayının 11-dən 13-nə qədər Malaziyada keçirilən Batika üzrə Beynəlxalq Qurultayda Azərbaycanı təmsil etdim. Orada batikanın çox qədim sənət növü olduğunu görəndə heyrətə gəldim. Demək olar ki, bizim kəlağayılar da eyni dövrdə yaranıb. Batikalar üzərindəki naxışlar metal ağac üzərində oyulmuş qəliblər vasitəsilə vurulur. İndoneziya Malaziya batikanın vətəni hesab olunur. Bu naxışlar o qədər ustalıqla hazırlanır ki, ilk baxışdan bunun əl işi, yaxud qəlib forması olduğunu ayırd etmək çətin olur».

Müsahibimiz deyir ki, Azərbaycanda kəlağayıların istehsalı Rəna İbrahimbəyova Cəlil Tariverdiyevin səyi ilə yenidən bərpa edilib. Bir neçə il əvvəl onlar Basqalda rəssamlar üçün simpozium təşkil ediblər. Təşkilatçıların sponsorların ciddi səyi nəticəsində bu qədim sənət növü özünün yeni istehsal dövrünə başlayıb: «Simpoziumda iştirak edən rəssamlar özlərinin yeni naxış formalarını nümayiş etdirdilər. Burada təqdim etdiyim naxış ornamentlərimi Basqalda istehsal olunan kəlağayılardan haqqında danışdığımız qurultaya gedərkən aparmışdım. Bu qurultayın məqsədi iştirakçıların öz ölkəsində batika sənətinin inkişafı sənət nümunələrini nümayiş etdirməsi idi. 23 ölkədən iştirak edən nümayəndələr öz mühazirələrində batikada istifadə edilən rənglərdə təbii boyalara üstünlük verilməsini vurğulayırdı. Ən maraqlısı o idi ki, Basqalda yalnız təbii boyalardan istifadə olunur».

T.Ağababayevanın dedyinə görə, Azərbaycandan apardığı sənət nümunələrini görəndə tədbir iştirakçıları heyrətə gəlib: «Eynilə Malaziyada olan bu sənət növünün Azərbaycanda çox qədim tarixə malik olması hamının təəccübünə səbəb oldu. Çünki onlar elə hesab edirdilər ki, batikanın vətəni yalınız Malaziyadır».

Rəssam xanım öz mühazirəsində eyni zamanda müasir Azərbaycan rəssamlarının yaradıcılığına da yer ayırıb. Rəssamlarımızın işləri tədbirdə slaydlarla nümayiş etdirilib. Bu, qurultay iştirakçılarının diqqətini cəlb edib: «Qeyd edim ki, qurultay çox yüksək səviyyədə keçdi. Ölkənin kraliçası prezidentin xanımı da burada iştirak edirdilər. Malaziya müsəlman ölkəsi olduğundan bu üç gün ərzində özümü Azərbaycanda olduğu kimi hiss etdim. Hər addımda eşitdiyim «salaməleyküm» kəlməsi mənə çox doğma idi. Qurultay planlı şəkildə təşkil edilmişdi. 24 mərtəbəli nəhəng hoteldə böyük sərgi salonunda müxtəlif batika nümunələri iştirakçılara təqdim olunmuşdu. Qurultaya əsasən Malaziyaya yaxın ölkələrin nümayəndələri dəvət almışdı. Burada İndoneziya, Şri-Lanka, Sinqapur, Hindistan, Avstraliya, İngiltərə, ABŞ, Çin, Yaponiyadan gələn rəssamlar öz əsərlərini nümayiş etdirirdilər».

Söhbətimizin sonunda T.Ağababayeva 2009-cu ilin onun üçün uğurlu olduğunu dedi. Belə ki, ilin əvvəlində Muzey Mərkəzində sərgisi keçirilib: «Burada təkcə batika deyil, qrafika rəsm işlərimi nümayiş etdirdim. Bu yaxınlarda Muzey Mərkəzinin rəhbərliyi Mədəniyyət Turizm Nazirliyinin təşəbbüsü ilə mərkəzin saytı açılıb. Bu, biz rəssamların işlərinin reklamı üçün böyük əhəmiyyət kəsb edir».

 

 

Fəxriyyə ABDULLAYEVA

 

Mədəniyət.- 2009.- 23 dekabr.- S. 13.