III Respublika elmi-praktik konfransı keçirildi

 

   Tədbirdə Azərbaycan turizminin inkişaf perspektivləri müzakirə edildi

  

   Azərbaycan Turizm İnstitutunda (ATİ) Mədəniyyət Turizm Nazirliyi ATİ-nin birgə təşkilatçılığı iləTurizm rekreasiya: problemlər perspektivləradlı III Respublika elmi-praktik konfransı keçirildi. Tədbirdə müxtəlif ali təhsil müəssisələrinin, turizm agentlikləri mehmanxanaların nümayəndələri, turizm sahəsində tədqiqatla məşğul olan mütəxəssislər iştirak edirdilər.

   Konfransı giriş sözü ilə açan ATİ-nin rektoru Cəfər Cəfərov turizmin prioritet sahələrdən birinə çevrildiyini vurğulayaraq bildirdi ki, turizm sənayesinin keyfiyyətli kadrlarla təmin olunması məqsədilə yaradılan Turizm İnstitutu fəaliyyətə başladığı gündən təhsilin beynəlxalq standartlara uyğun şəkildə həyata keçirilməsi turizm sahəsində elmi tədqiqatların aparılması istiqamətində işlər görülür: «Təhsil sahəsində müəyyən uğurlarımız var institutda ilk buraxılışla yanaşı, ikidiplomlu müdavimlər olacaq. ATİ son iki həftə ərzində daha üç böyük şəbəkənin-Universitetlər Assosiasiyasının, Avrasiya Universitetlər Birliyinin Rusiya Turizm Xidmət Sənayesində çalışan Universitetlər Assosiasiyanın üzvü olub. İnstitutda ayrıca olaraq tədqiqat inkişaf mərkəzi yaradılıb. Ötən dövrü həm konfransların keçirilməsində institutun işində keyfiyyət illəri kimi səciyyələndirmişik. Müəllimlərin seçiminə diqqətlə yanaşırıq. Çünki müəllimlərin tədqiqatçı mütəxəssis olması çox önəmlidir".

  

   Turizm obyektlərinin əməkdaşları mütəxəssis olmalıdır

  

   Turizm fəaliyyəti ilə məşğul olan təşkilatların bu konfransda iştirakının önəmini diqqətə çatdıran mədəniyyət turizm naziri Əbülfəs Qarayev bildirdi ki, bu gün Azərbaycanın turizm potensialı ayrıca nəzərdən keçirilməməlidir. Dünya turizm sənayesində gedən proseslərin ölkəmizə regiona da təşkil etdiyini deyən nazirin sözlərinə görə, bu gün ən perspektivli sahələrdən olan turizm Azərbaycanda ildən-ilə kifayət qədər böyük həcmdə yeni yerlərinin açılmasına imkan açacaq bir istiqamətdir: «Bugünkü tələbələr sabah bu sahədə çalışacaq. 2010-cu ildə institutun ilk buraxılışı gözlənilir. Bundan sonra əminəm ki, bizim turizm infrastrukturunda hazırlıqlı peşəkar kadrların sayı çox olacaq. Bu gün Azərbaycana gələn turistlərə xidmətlərlə bağlı problemlərimiz var. Servis xidmətlərinin keyfiyyəti bir nömrəli problemdir. Bununla yalnız turizm sənayesinin nümayəndələri, turistlər deyil, biz gündəlik həyatımızda rastlaşırıq. Hələ imkanları ənənəvi turizm xidmətlərinə yönəldirik daha çox vəsait əldə etmək istəyirik. Bizim əsas məqsədimiz ondan ibarətdir ki, bu ali təhsil ocağını bitirəcək insanlar Azərbaycan turizm sənayesinə yenilik, müasir düşüncə, yanaşma gətirsin. Bu məqsədlə institutun hər il 100 nəfərə qədər tələbəsi müxtəlif ölkələrdə təcrübə keçir. Builki buraxılışdan sonra mütləq turizm şirkətləri hotellərin qarşısına qoyduğumuz lisenziyalaşdırma qaydalarını ciddiləşdirməyi nəzərdə tuturuq. Hələlik turist şirkətləri, yaxud hansısa hotelin işləməsi üçün lisenziya almağın əsas şərti, heç olmasa, bir nəfərin turizm təhsilli olmasıdır. Amma növbəti ildə belə olmayacaq. Lisenziya almaq istəyən hər bir turizm obyektinin əməkdaşlarının 40-50 faizi turizm təhsilli olmalıdır. Ona görə ATİ, BDU, Naxçıvan Dövlət Universiteti turizm fənninin tədris olunduğu digər ali təhsil ocaqlarının məzunları turizm sənayesinə yeni təfəkkür gətirməlidirlər".

  

   Üç dəfə imtahandan keçə bilməyən tələbəyə diplom verilməyəcək

  

   Təhsil müəssisələrində yeni tətbiq olunan Boloniya prosesinin üstünlüklərindən danışan nazirin sözlərinə görə, yeni sistem tələbələrə təhsillərini davam etdirməyə imkan verir: «Bu baxımdan mən Bolonya sisteminin tərəfdarıyam. Bu, tamamilə Avropa şərtlərinə cavab verən təhsil sistemidir. ATİ Azərbaycanda ilk ali məktəbdir ki, burada təhsil Boloniya sistemi üzərində qurulub. Ancaq bu, tələbələrə təhsilə laqeyd yanaşmağa şərait yarada bilməz. Mən institut rəhbərliyinin qarşısında şərt qoymuşam ki, ballarını yığmaq üçün iki, yaxud üç dəfə imtahana gəlib onu keçə bilməyən tələbəyə diplom verilməsin. Bizə professional lazımdır yalandan gəlib-gedən tələbə bu sahəyə gərək deyil».

   Ölkədə turizmin inkişaf prosesinə gəldikdə isə nazir qeyd etdi ki, dünyada baş verən böhran Azərbaycan turizminə heç bir təsir göstərməyib. Bu günlərdəBakı - İslam mədəniyyətinin paytaxtıilinin bağlanış mərasiminin keçirildiyini qeyd edən Ə.Qarayev bu müddətdə çoxlu tədbirlər keçirildiyini bildirdi: «Tədbirlərlə əlaqədar şəhərimizə gələn qonaqları qəbul etməkdə, onlara lazımi xidməti göstərməkdə bizə ATİ, Dillər Universiteti, BDU-nun tələbələri böyük kömək etdilər. Gənclər bu işin gedişinə çox böyük maraqla yanaşırdılar. Lakin bu tədbirlərdən kənara çıxanda görürük ki, mərkəzləşdirilmiş qaydada, proqram əsasında turizm xidmətlərinin göstərilməsi üçün turist şirkətlərinin böyük əksəriyyəti istədiyimiz səviyyədə deyil. Azərbaycanla bağlı təbliğatı genişləndirməyi planlaşdırırıq. Bu məqsədlə daha 5 xarici telekanalla danışıqlar aparmışıq. Dünyanın aparıcı telekanallarında ölkəmizin turizm potensialını əks etdirən reklam çarxları gedəcək. Azərbaycan beynəlxalq tədbirlərə ev sahibliyi edir, bu tədbirlərin iştirakçıları ölkəmizi tanıyır. Bu fürsətdən istifadə etmək lazımdır".

  

   Azərbaycan turizmi böhran keçirməyib

  

   Ə.Qarayev qeyd etdi ki, dünya turizmi böhrandadır bu səbəbdən ötən il bəzi ölkələr 20 faizə qədər gəlirlərini itiriblər. Nazirin sözlərinə görə, elə ölkələr var ki, daha çox itkiyə məruz qalıblar bunu gizlətməyə çalışırlar: «Azərbaycan isə 0,1 faiz belə itirməyib. Bu ilin 9 ayı ərzində ölkəmizə gələnlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə geriləmə olmadığını göstərdi. Lakin böyük irəliləyiş yoxdu. Dünya iqtisadi maliyyə böhranı içərisində stabil olaraq bu rəqəmi saxlamaq böyük işdir. Bunun səbəbi ölkədə gedən proseslər, prezident İ.Əliyevin həyata keçirdiyi siyasət, iqtisadi-sosial durumla əlaqədardır. Üstəlik, ölkəmizin görkəmi elə cəlbedicidir ki, istər-istəməz buraya maraq azalmır. Biz elə bir regionda yaşayırıq ki, burada bütün ölkələr maraqlanırlar. Bununla yanaşı, bütün inkişaf etmiş ölkələrdə olduğu kimi, bizdə sənaye sifariş verməlidir. Məsələn, yeni yaradılan özəl turizm kompleksinin rəhbəri instituta sifariş etməlidir, pulunu ödəməlidir bir neçə nəfərin mütəxəssis kimi hazırlanmasına oradan təminat almalıdır. Bu gün ölkəmizdə fəaliyyət göstərən hotellərin əksəriyyətinin baş menecerləri əcnəbilərdir. Bunun da səbəbi özümüzdə bu işin öhdəsindən gələ biləcək mütəxəssislərin az olmasıdır. Çalışıb turizm sənayesini mükəmməl bilən, yüksək ixtisaslı kadrların sayının artmasına nail olmalıyıq».

   Üç bölmədə davam etdirilən tədbirdə turizm rekreasiya ehtiyatlarının tədqiqinin nəzəri praktiki əhəmiyyəti, milli turizmin müasir vəziyyəti, təhlükəsizlik məsələləri, inkişaf perspektivləri, ekoturizm onun inkişaf problemləri müzakirə edildi. Konfransda həmçininTurizm təhsilində akkreditasiya keyfiyyət”, “Heydər Əliyev müstəqillik illərində turizm sahəsində beynəlxalq əməkdaşlığın genişlənməsi”, “Azərbaycanda turizmin inkişafının tarixi mərhələləri”, “Turizmdə xidmət keyfiyyətinin mahiyyəti əhəmiyyəti digər mövzularda məruzələr dinlənildi.

   Sonda tədbir iştirakçıları institutun foyesində tələbələrin əl işlərindən təşkil edilən sərgi ilə tanış oldular.

 

Fəxriyyə ABDULLAYEVA

 

Mədəniyyət. - 2009.- 23 dekabr.- S. 6.