Prezident Kuboku həmişəlik Şəkidə
qaldı
Şəkidə Mədəniyyət
və Turizm Nazirliyinin xətti ilə keçirilən Prezident Kuboku uğrunda 4-cü Çövkən
Milli Oyunları başa çatdı. Dekabrın 19-dan start götürən
turnirdə 12 komanda 3 yarımqrupa bölünməklə
mübarizə aparırdılar.
Şəki Daşüz
Atçılıq Mərkəzində
keçirilən turnirə
dünən final oyunu və təntənəli
bağlanış mərasimi
ilə yekun vuruldu. Finalda Ağdam təmsilçilərini
2-0 hesabı ilə məğlub edən Şəki komandasının
üzvləri ardıcıl
olaraq üçüncü
dəfə kuboku başları üzərinə
qaldırdılar. Qeyd
edək ki, yarışların şərtinə
görə kuboka 3 dəfə yiyələnən
komanda həmişəlik
olaraq bu mükafatı özündə
saxlayır. Oyun başa çatdıqdan sonra turnirin təntənəli bağlanış
mərasimi keçirildi
və kubok qalib Şəki komandasına təqdim edildi. Həmçinin sürpapaq oyunu üzrə qalib olmuş Oğuz komandası, papaq üzrə qalib İsmayıllı komandası
və atların yorğa yürüşü
üzrə qalib Ağcabədi komandasına
da mükafatlar təqdim olundu.
Turnir çərçivəsində elan edilmiş milli idman oyunları
mövzusunda rəsm müsabiqəsinin ilk 3 qalibi
də yarış təşkilatçılarının xüsusi diplom və mükafatlarına layiq görüldü. Eyni zamanda,
ənənəvi olaraq
Şəkidə keçirilən
Çövkən Milli
Oyunlarının inkişafına
verdiyi dəstəyə
görə, mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev Şəki Rayon İcra Hakimiyyətinin xüsusi diplomu və ildən-ilə genişlənən
milli idman oyunlarının yüksək
səviyyədə təşkilinə görə, Şəki rayon İH-in başçısı Nazim
İbrahimov Mədəniyyət
və Turizm Nazirliyinin xüsusi diplomu ilə təltif olundular. Şəki rayon İH-in başçısının
müavini Zərinə
Cavadova və Daşüz Atçılıq
Mərkəzinin direktor
müavini Elman Qədirov isə fəxri fərmana layiq görüldülər.
Bayram əhval-ruhiyyəli bağlanış
mərasimində mədəniyyət və
turizm nazirinin müavini
Ədalət Vəliyev, Şəki rayon
İH-in başçısı
Nazim
İbrahimov,
o cümlədən Azərbaycan Milli Konservatoriyasının rektoru,
professor Siyavuş Kərimi, Teatr Xadimləri İttifaqının sədri Azərpaşa Nemətov, xalq artisti Rasim
Balayev,
yazıçı
Dilsuz Mustafa və başqa ziyalılar da iştirak edirdilər.
Mərasimdə turnir iştirakçılarının
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevə müraciəti
oxundu. Müraciəti imzalayanlar prezident İ.Əliyevi qarşıdan
gələn Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəylik
Günü münasibəti
ilə təbrik edərək, dövlət
səviyyəsində göstərilən
qayğı nəticəsində
milli idman oyunlarının ildən-ilə
ölkəmizin mədəni
həyatında daha möhkəm yer tutduğunu vurğuladılar.
Sonda məlumat üçün
bildirək ki,
2006-cı ildə keçirilən
Çövkən Milli
Oyunlarının keçici
kubokuna Ağstafa komandası, 2007 və
2008-ci illərdə isə
Şəki komandası
sahib çıxıb.
P.S. Turnirdən
hazırlanmış geniş
yazı ilə növbəti sayımızda
tanış ola
bilərsiniz.
Səbuhi,
Şəki
Mədəniyyət.- 2009.- 23 dekabr.- S. 3.