İlin yekunları
Başa çatmaqda olan
2009-cu il ölkəmizin mədəni həyatında
önəmli hadisələrlə yadda
qaldı. Bu hadisələr təkcə
ölkə daxilində deyil, ölkə
xaricində də Azərbaycan mədəniyyətinin təbliği
fonunda baş verdi. İl ərzində
mədəniyyət və incəsənət sahəsində
yüzlərlə tədbir keçirildi,
bir çox mədəniyyət
ocaqları əsaslı bərpa edildi,
çoxsaylı yubileylər qeyd olundu. Bu sırada ölkə
daxilində uğurla həyata keçirilən
bir çox beynəlxalq
layihələrlə yanaşı, onlarla xarici dövlətdə Azərbaycan Mədəniyyəti
Günləri də təşkil edildi. Bir sözlə, 2009-cu il mədəniyyətimizin
hərtərəfli inkişafında xüsusi
bir mərhələ kimi
yadda qalacaqdır. Bu
baxımdan Mədəniyyət və Turizm
Nazirliyinin müvafiq
şöbələrinin gördükləri işi
qısa hesabat şəklində
oxucularımıza təqdim edirik.
* * *
2009-cu ildə incəsənət şöbəsi tərəfindən
ölkəmizdə və onun
hüdudlarından kənarda 100-ə yaxın dövlət əhəmiyyətli
tədbir keçirilmişdir. Dövlət teatrlarında yeni və
bərpa olunmuş tamaşalar
hazırlanmış, Azərbaycan incəsənət
ustalarının dünyanın müxtəlif məkanlarına
səfərləri təşkil edilmiş,
ölkə daxilində və xaricdə müxtəlif təsviri-tətbiqi
sənət sərgiləri keçirilmişdir.
Aprelin 13-də Azərbaycan Respublikasının
Prezidenti cənab İlham
Əliyevin iştirakı ilə Azərbaycan Dövlət Gənc
Tamaşaçılar Teatrının binasının əsaslı
təmirdən sonra
açılışı keçirilmişdir.
Publikada gedən teatr prosesini canlandırmaq və yaradıcı
kollektivlərin bədii axtarışlarına yardım etmək
məqsədilə teatrlara dövlət sifarişi yolu ilə 29
tamaşanın hazırlanması tövsiyə edilmişdir.
Azərbaycan Dövlət Akademik
Milli Dram Teatrı
yanvarın 20-dən 30-dək Ankara və Kayseri şəhərlərində, İrəvan
Dövlət Azərbaycan Dram Teatrı Tbilisi şəhərində, Qax
Dövlət Kukla Teatrı Estoniyanın Vilyandi şəhərində qastrol
səfərlərində olmuşlar.
“Bakı - İslam Mədəniyyətinin
Paytaxtı - 2009” elan olunması ilə əlaqədar
tədbirlər planına əsasən, 6-13 mart
tarixində Muzey Mərkəzində
«Qadın portretləri» adlı sərgi, «Şərq və Qərb
moda təqdimatı», habelə Azərbaycan
qadın bəstəkarlarının əsərlərindən
ibarət konsert təşkil edilmişdir.
2009-cu il
martın 20-də İçərişəhərdə
respublikanın teatr-tamaşa və konsert müəssisələrinin
iştirakı ilə Novruz bayramına həsr
olunmuş tədbir keçirilmişdir.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyev, YUNESKO və İSESKO-nun
xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva, YUNESKO-nun
Baş katibi cənab K.Matsuura, mədəniyyət və siyasət
xadimləri iştirak etmişlər.
2009-cu ilin martında I Beynəlxalq Muğam müsabiqəsi, aprelin
2-də Gəncə şəhərində I Ümumrespublika
Dekorativ-tətbiqi sənət Festivalı çərçivəsində
ilk regional sərginin
açılışı keçirilmişdir.
Xalq artisti Teymur Mustafayevin anadan
olmasının 70 illiyinə, xalq rəssamı
Məmmədağa Hüseynovun 80 illiyinə,
xalq artisti Ramiz Mirişlinin 75 illiyinə,
Asəf Zeynallının 100 illiyinə, Çingiz
Sadıxovun 80 illiyinə həsr olunmuş
tədbirlər keçirilmişdir.
2009-cu il mayın 2-dən 29-dək İstanbul şəhərində «V TÜRKSOY
Fotoqraflar Görüşü»ndə fotoqraf Əqdəs Bağırzadə iştirak etmişdir. Azərbaycan Respublikası Prezidentinin
2009-cu il «Uşaq İli» elan edilməsi
haqqında 22 dekabr 2008-ci il
tarixli 103 nömrəli Sərəncamına
uyğun olaraq, 2009-cu il iyun ayının 1-də
Azərbaycan Dövlət Filarmoniyasında Uşaqların
Müdafiə Günü münasibətilə
konsert keçirilmişdir.
«Bakı - İslam Mədəniyyətinin
Paytaxtı - 2009» tədbirləri çərçivəsində
2009-cu il 15-19 dekabr
tarixlərində Azərbaycan Respublikasında Küveyt
Mədəniyyət Günləri keçirilmişdir.
Mədəniyyət siyasəti şöbəsi
il ərzində respublikanın kitabxana, muzey, klub müəssisələri, digər mədəniyyət
ocaqlarının fəaliyyətinin
yaxşılaşdırılması istiqamətində
işləri davam etdirmiş,
Azərbaycan xalqının qeyri-maddi irsinin, milli kulinariyanın
inkişafı və təbliği ilə bağlı iş aparmış, bu sahələrin
fəaliyyətini əlaqələndirmiş, müvafiq
normativ hüquqi sənədlərin
layihələrini hazırlamışdır.
Azərbaycan Respublikası Prezidentinin
2008-ci il 6 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə
inkişafı üzrə Dövlət Proqramı»nın
icrası ilə əlaqədar kitabxana-informasiya
şəbəkəsinin informasiyalaşdırılması, kitabxanalarda elektron kataloq və elektron
kitabxanaların yaradılması, kitabxanaların
veb-saytlarının təşkili və İnternetdə
yerləşdirilməsi istiqamətində bir
sıra işlər həyata keçirilib.
"Bakı-İslam Mədəniyyətinin
paytaxtı-2009” tədbirləri çərçivəsində
I Bakı Beynəlxalq kitab sərgi-yarmarkası
keçirilib. Sərgi-yarmarkada
20-dən çox xarici
ölkənin nəşriyyat və poliqrafiya
müəssisələrinin nəşrləri, Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı,
Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət
və Turizm Nazirliyinin
təşəbbüsü ilə çap
olunmuş kitablar, o cümlədən M.F.Axundov
adına Azərbaycan Milli
Kitabxanasının fondunda saxlanılan kitablar nümayiş etdirilib.
Novruz bayramı günlərində
- 19-22 mart tarixlərində İçərişəhər
Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində
Azərbaycan xalq tətbiqi sənət
ustaları və sənətkarlarının məmulatlarının
satış-sərgisi keçirilib. Meydan boyu 50 nəfər usta və sənətkar üçün
xüsusi masalar qurulmuş, onların fəaliyyəti üçün lazımi şərait
yaradılmışdı.
Nazirliyin 16 iyun
2009-cu il tarixli 259
saylı əmrinə əsasən, Azərbaycanın qeyri-maddi mədəni irsinin
dəstəklənməsinin mərkəzi və yerli təminat mexanizmlərinin monitorinqi
keçirilib. Monitorinq
zamanı toplanmış məlumatlar əsasında sahənin
mövcud vəziyyəti təhlil edilmiş, monitorinqin yekun nəticələri nəzərə
alınmaqla, müvafiq konsepsiya,
proqram və layihələri
hazırlanmışdır.
Oktyabrın əvvəllərində Bakıda İslam ölkələrinin Beynəlxalq Mətbəx
Festival-Çempionatı keçirilib.
“Bakı – İslam Mədəniyyətinin
Paytaxtı - 2009” ili çərçivəsində
14-16 dekabrda Mədəniyyət və Turizm Nazirliyi AMEA ilə
birlikdə Azərbaycanın görkəmli şairi
və mütəfəkkiri İmadəddin Nəsiminin
yaradıcılığına həsr olunmuş
II Beynəlxalq Nəsimi Elmi Konfransı keçirib.
Dekabrın 20-də Şəki rayonunun
Daşüz kəndində yerləşən
Respublika Atçılıq Turizm Mərkəzində Prezident
Kuboku uğrunda
çövkən milli oyunu
üzrə yarışlara start verilib. Mədəniyyət və
Turizm Nazirliyinin təşkilatçılığı
və Şəki Şəhər İcra
Hakimiyyətinin dəstəyi ilə keçirilən
yarışlarda Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ,
İsmayıllı, Yevlax, Ağdam,
Goranboy, Ağcabədi və Ağstafa rayonlarını təmsil edən 12
komanda mübarizə aparıb.
* * *
Bu il Elm və Təhsil şöbəsi üçün məzmunca çox
maraqlı, tədbirlərlə zəngin, rəngarəng və
heç şübhəsiz, gərgin il olub.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 27 avqust tarixli 309 s nömrəli Sərəncamı ilə təsdiq
edilmiş «2009-2013-cü illər üçün Azərbaycan Respublikasında uşaq musiqi, incəsənət
və rəssamlıq məktəblərinin fəaliyyətinin
yaxşılaşdırılması üzrə İnkişaf Proqramı»nın
icrasını təmin edən müəyyən işlər görülüb. Sentyabrın
1-də Azərbaycan Dövlət Gənc
Tamaşaçılar Teatrında Azərbaycan
Respublikasının mədəniyyət və turizm
naziri Əbülfəs Qarayevin
iştirakı ilə «2008/2009-cu tədris ilinin
yekunları və respublikanın uşaq musiqi, incəsənət və rəssamlıq
məktəblərinin qarşısında
duran vəzifələr» mövzusunda
keçirilən müşavirədə «2009-2013-cü illər
üçün Azərbaycan
Respublikasında uşaq musiqi,
incəsənət və rəssamlıq məktəblərinin
fəaliyyətinin yaxşılaşdırılması
üzrə İnkişaf
Proqramı»nın icrası ilə əlaqədar görülmüş işlər haqqında məlumat verilmiş,
məktəblərin idarə olunması, təhsilin məzmunu
və strukturu, məktəblərdə təlim-tərbiyə
işinin təşkilində mövcud problemlərin aradan
qaldırılması, uşaq və gənclərin
dünya standartlarına uyğun,
müasir tələblərə cavab verən təhsilə yiyələnməsi, gənc nəslin estetik tərbiyəsi, istedadlı
uşaqların üzə çıxarılması,
onların yaradıcılıq potensialının inkişaf etdirilməsi üçün
əlverişli şəraitin yaradılması kimi məsələlər müzakirə edilmiş, respublikada bədii
təhsilin keyfiyyətinin yüksəldilməsi və sürətli
inkişafının təmin edilməsi sahəsində
qarşıda duran vəzifələr
müəyyənləşdirilib. Şöbə beynəlxalq
əməkdaşlıq sahəsində də bir
sıra işlər görüb.
Respublika Mədəniyyət Müəssisələri
İşçilərinin Hazırlıq və
İxtisasartırma Mərkəzinin beynəlxalq əməkdaşlıq
əlaqələrinin yaradılması məqsədilə
Qazaxıstan Respublikasının Elm və
Təhsil Nazirliyinin və Belarus
Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin rəhbərliyi ilə müvafiq danışıqlar aparılıb.
Şöbə ölkə daxilində də tədbirlər
keçirib.
Cari ilin 21 aprelində Azərbaycan, Böyük Britaniya, Gürcüstan, Fransa, Rusiya nümayəndələrinin
iştirakı ilə "Turizm - mədəniyyətlərarası
dialoqu təmin edən amil
kimi" adlı Tələbələrin
I Beynəlxalq Bakı Konfransı keçirilib.
Ölkədə fortepiano ixtisası
üzrə musiqi təhsilinin inkişaf etdirilməsi, uşaq və yeniyetmələrin estetik tərbiyəsinin yüksəldilməsi,
gənc istedadların üzə çıxarılması,
istedadlı uşaqlarla pedaqoji
işin aktivləşdirilməsi,
şagirdlərin ifaçılıq səviyyəsinin
yüksəldilməsi məqsədilə 2009-cu ilin aprel ayında Gənc
pianoçuların respublika müsabiqəsi
keçirilib. Müsabiqədə
respublikanın rayon və şəhərlərindən
300-dən çox şagird
iştirak edib.
Şöbənin xarici
ölkələrdə keçirdiyi tədbirləri
də əhəmiyyətli olub.
18-22 martda Estoniya
Respublikasının Narva şəhərində
keçirilmiş İ.S.Bax
adına gənc pianoçuların Beynəlxalq müsabiqəsində
Bakı şəhər G.Şaroyev
adına 35 saylı Uşaq Musiqi Məktəbinin şagirdləri uğurla iştirak ediblər.
Rusiya
Federasiyası Mədəniyyət Nazirliyinin
dəvətinə əsasən 2009-cu il
noyabrın 11-də Moskvada Beynəlxalq Musiqi Evində keçirilmiş
MDB iştirakçı-dövlətlərin gənc klassik musiqi
ifaçılarının konsertində Prezident
təqaüdçüsü Elvin Xoca Qəniyev iştirak edib.
* * *
Hesabat dövründə nəşriyyat,
reklamın təşkili və informasiya
sahəsində cari ilin
iş planında nəzərdə tutulan tədbirlər həyata keçirilmiş,
bir sıra mühüm
nəşr layihələri gerçəkləşdirilmişdir.
Azərbaycan xalqının tarixi
adları, tarixi və mədəniyyət
sərvətləri ilə bağlı işarələrin hüquqi və fiziki şəxslər
tərəfindən istifadəsinə icazə verilməsi
qaydaları haqqında kollegiya məsələsinə
baxılmış, müvafiq qərar qəbul
edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin müvafiq Sərəncamına
əsasən 50 nəfər yaşlı və 20 nəfər
gənc yazıçıya xüsusi təqaüdlərin
verilməsi ilə əlaqədar məsələlər
operativliklə həll olunmuşdur.
15-16-dekabr 2009-cu il tarixlərində Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin 18 may 2009-cu il tarixdə “Azərbaycan
Yazıçılar Birliyinin
yaradılmasının və “Ədəbiyyat qəzeti”nin nəşrə
başlamasının 75 illik yubileyinin keçirilməsi haqqında” 375
nömrəli sərəncamına uyğun
olaraq yubiley tədbirlərinin
təşkil olunması və keçirilməsində
şöbə yaxından iştirak etmişdir. Nazirliyin
tabeliyində olan “Mədəniyyət” qəzeti,
“Mədəni-maarif” və “Pəncərə” jurnalları
redaksiyalarının fəaliyyəti ilə bağlı cari məsələlərə
baxılmış, müvafiq qərarlar qəbul
edilmişdir.
Xalq yazıçısı İsa Muğannanın, İlham
Rəhimlinin, Mustafa Çəmənlinin,
Məsud Əlioğlunun, Tofiq
Bakıxanovun, Zəlimxan Yaqubun, Tariyel Məmmədovun, Hüseyn
Abbaszadənin, Cavanşir Quliyevin,
Rəhilə Gülgünün və digər
müəlliflərin kitabları çap
edilmişdir.
6 may 2009-cu il
tarixdə R.Behbudov adına Mahnı
Teatrında 4 nominasiya üzrə (nəsr,
poeziya, ədəbi tənqid və publisistika, orijinaldan bədii
tərcümə) elan olunan
“Qızıl Kəlmə” Ədəbi Mükafatının təqdimetmə
mərasimi keçirilmişdir.
İyun ayının 1-də Nazirliyin təşəbbüsü ilə M.
F. Axundov adına Milli
Kitabxanada ölkədə fəaliyyət
göstərən nəşriyyat və poliqrafiya
müəssisələri rəhbərlərinin respublika müşavirəsi keçirilmişdir.
Tədbirdə 30-dan yuxarı nəşriyyat və poliqrafiya müəssisəsinin nümayəndəsi
iştirak etmişdir.
Hesabat dövründə şöbə
bir sıra beynəlxalq tədbirlərdə
iştirak etmişdir.
Belə ki, 22-28 yanvarda Qahirədə, 11-15 fevralda
Belarusda, 18 fevral-5martda Misir
Ərəb Respublikasında, 25-28 fevralda
Bişkekdə, 1-2 apreldə Düşənbədə, 6
aprel-1 mayda Tehranda və
sair dövlətlərdə keçirilən
müxrəlif məzmunli tədbirlərdə nümayəndə
heyətlərimiz təmsil olunmuşdur.
19-23 noyabr
2009-cu il tarixdə İqtisadi
Əməkdaşlıq Təşkilatının (İƏT)
Mədəniyyət İnstitutunun İran İslam
Respublikasının Məşhəd şəhərində keçirdiyi Çap və
bağlama sənəti üzrə I Beynəlxalq
sərgisində şöbənin nümayəndəsi iştirak etmişdir.
5 iyun 2009-cu il
tarixdə Moskva şəhərində
keçirilən VI Beynəlxalq “Kitab sənəti”
Müsabiqəsində iştirak edən
11 Azərbaycan kitabından 3-ü müxtəlif nominasiyalar üzrə 2-ci və 3-cü yerlərə
layiq görülmüşdür.
10-12 sentyabr
2009-cu il tarixlərində Muzey
Mərkəzində Azərbaycanda ilk dəfə
olaraq I Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası təşkil olunmuş, onun yüksək
səviyyədə keçməsi təmin edilmişdir.
Həm mətbuatda, həm də oxucular
arasında böyük marağa
səbəb olan sərgi-yarmarkada 20 xarici ölkədən təxminən 35-ə
yaxın, Azərbaycandan isə 60-dan artıq yerli
nəşriyyat və poliqrafiya müəssisəsi
iştirak etmişdir.
22 dekabrda görkəmli jurnalist
Nəsir İmanquliyevə həsr olunmuş “Xəbərin rəngi”
kitabının təqdimat mərasimi keçirilmişdir.
11 dekabrda İSESKO ilə birlikdə M.F.Axundov adına Milli Kitabxanada “Bakı - İslam
Mədəniyyətinin Paytaxtı - 2009” tədbirləri
çərçivəsində Ə.Xaqaniyə həsr olunmuş simpozium, 17 dekabrda R.Behbudov adına
Dövlət Mahnı Teatrında Rəfiq Zəka Xəndanın
70 illik yubileyi keçirilmişdir.
Mədəniyyət.
- 2009.- 30 dekabr.- S. 2-3.