Nailiyyətlər də var, nöqsanlar da...
Mədəniyyət və Turizm Nazirliyinin növbəti kollegiyası Abşeronda keçirildi
Abşeron Rayon İcra Hakimiyyətinin
konfrans zalında Mədəniyyət və
Turizm Nazirliyinin Sumqayıt Şəhər
Mədəniyyət və
Turizm İdarəsi və Abşeron Rayon Mədəniyyət və
Turizm Şöbəsinin
fəaliyyətinə dair
kollegiya iclası keçirildi. İclasda mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev, nazir müavinləri Ədalət Vəliyev, Teymur Mehdiyev, Sevda Məmmədəliyeva,
aparat rəhbəri Firudin Qurbanov və nazirliyin digər məsul şəxsləri, habelə,
Sumqayıt Şəhər
İcra Hakimiyyətinin
başçısı Vaqif
Əliyev, Abşeron
Rayon İcra Hakimiyyətinin
başçısı Zakir
Fərəcov, Şumqayıt
şəhərinin və
Abşeron rayonunun mədəniyyət işçiləri
iştirak edirdilər.
İclasdan əvvəl
kollegiya üzvləri
və qonaqlar ümummilli lider Heydər Əliyevin adını daşıyan
şəhər parkında
ulu öndərin abidəsini ziyarət edib, önünə tər çiçəklər
qoydular. Mərasim iştirakçıları Heydər
Əliyev muzeyinin ekspozisiyası ilə də tanış oldular.
Tədbiri giriş
sözü ilə açan Əbülfəs
Qarayev bildirdi ki, Mədəniyyət və Turizm Nazirliyinin mədəniyyət
müəssisələrinin fəaliyyətinə həsr
edilmiş səyyar kollegiyaları artıq bir ənənəyə çevrilib. İndiyə
qədər ölkənin
8 rayonunda səyyar kollegiyaların keçirildiyini
deyən nazir, respublikamızın müsbət
imicinin formalaşmasında
mədəniyyətin rolunu
və yerini vurğuladı. Qeyd etdi ki, xalqın
mənəvi dəyərlərinin
daşıyıcısı sayılan mədəniyyət
və onun mühüm tərkib hissəsi olan turizm ölkənin çoxşaxəli palitrasını
nümayiş etdirir, Azərbaycanın dünya
birliyinə fəal inteqrasiya edilməsinə şərait yaradır: «Mədəniyyət elə
bir sahədir ki, məhdud çərçivəyə sığmır
və istehsalatın bütün sahələrinə
müəyyən qədər
təsir edir. Beynəlxalq aləmdə Azərbaycanın imicinin formalaşmasına, tanıdılmasına
və təbliğinə,
ölkəmizin mədəniyyət
və turizm üzrə mötəbər
beynəlxalq qurumlarda layiqli təmsil olunmasına əsas verir. Mədəniyyət və turizm xalqın mənafeyinə xidmət edən sahələrdir. Mədəniyyət
xalqın maddi-mənəvi
dəyərlərinin qiymətləndirilməsinə,
turizm isə onun tanıdılmasına
xidmət edir. Bu sahələrdə iş nə qədər keyfiyyətli qurulsa, ölkəmizin imicinə bir o qədər müsbət təsir edər.
Uzun illər
Azərbaycan mədəniyyəti
və turizmi sovet hakimiyyətinin təsiri altında olub. Bu, bir tərəfdən
bizim dəyərli və zəngin irsə sahib olmağımıza
səbəb olub, digər tərəfdən
isə totalitarizm mexanizmləri Azərbaycan
mədəniyyətinin və
turizm potensialının
tanıdılmasına, xarici
bazara çıxmasına
əngəllər törədib.
Bu gün isə fərəhlə qeyd edə bilərik ki, 20 ilə yaxın müddətdir ki, müstəqilik. Ulu öndərimizin bünövrəsini qoyduğu
siyasətin məntiqi
davamı kimi, son illərdə Azərbaycanın
beynəlxalq səviyyədə
geniş tanınması
reallıqdır.
Dövlətimizin başçısı
İlham Əliyevin uğurlu siyasəti sayəsində ölkəmiz
regionun lider dövlətinə çevrilib.
Eyni zamanda Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın səmərəli
fəaliyyətinin nəticəsidir
ki, Azərbaycan
YUNESKO-da və
İSESKO-da layiqincə
təmsil olunur. Son bir neçə ildə Azərbaycan mədəniyyətinin inciləri
sayılan “Qobustan” və “İçərişəhər”
qoruqları, muğam sənəti, aşıq musiqisi və Novruz bayramının
YUNESKO-nun mədəni irsinin
reprezentativ siyahısına
daxil edilməsi buna əyani sübutdur. İndi Azərbaycan müxtəlif
festivallarda və baxışlarda fəal iştirak etməklə yanaşı, tez-tez bir sıra sərgilərə
və beynəlxalq tədbirlərə ev sahibliyi edən ölkə kimi də çıxış
edir».
Əhalisinin sayı
6 milyarddan çox olan Yer kürəsinin
mədəniyyət xəzinəsinə
Azərbaycanın artıq
beş qiymətli töhfə verdiyini deyən Ə.Qarayev bunu çox böyük müvəffəqiyyət
kimi qiymətləndirdi:
«Ona görə də bu gün
regionlarımızda mədəniyyət
sahəsi ilə bağlı tədbirlər
keçirəndə daha
çox müasir tələbləri nəzərə
alırıq. Azərbaycan
artıq tərəqqiyə
qədəm qoymuş
ölkələrin sırasındadır.
Ona görə də mədəniyyət
ocaqlarının, turizm
müəssisələrinin yüksək səviyyədə
xidmət təqdim etmələri olduqca vacibdir. Etiraf edək ki, bu
gün kitabxanaların,
muzeylərin və digər mədəniyyət
müəssisələrinin işi istədiyimiz səviyyədə deyil.
Biz işimizi dövlətin
mədəniyyət siyasətinə
uyğun olaraq yeniləşdirməliyik».
Nazirliyin regionlarla
iş sektorunun müdiri Azər Əhmədzadə, Sumqayıtın
və Abşeron rayonunun mədəniyyət
və turizm qurumlarının fəaliyyəti
haqqında xüsusi komissiya tərəfindən
hazırlanmış arayış
təqdim etdi. Onun məruzəsində mədəniyyət müəssisələrinin
fəaliyyətinin bütün
spektri əhatə olunmuşdu. Məsələyə
obyektiv yanaşma işdə yol verilmiş bəzi nöqsanları da aşkara çıxardı.
Kollegiya iclasında
Sumqayıt Şəhər
Mədəniyyət və
Turizm İdarəsinin
müdiri Namiq Qaffarov, Abşeron Rayon Mədəniyyət və
Turizm Şöbəsinin
müdiri İlham Manafov da çıxış
etdilər. Onlar təmsil etdikləri qurumların fəaliyyətində
müsbət dəyişiklikləri
qeyd etməklə yanaşı, mədəniyyət
müəssisələrinin işinin keyfiyyətini yaxşılaşdırmağa yönəlmiş bir sıra mühüm məsələləri də
qaldırdılar. Çıxışlardan
məlum oldu ki, bütövlükdə
mədəniyyət obyektlərinin
maddi-texniki bazası, onların təchizat səviyyəsi nəzərəçarpacaq
dərəcədə yaxşılaşıb.
Belə ki, Sumqayıt şəhər
rəhbərliyinin köməyi
ilə burada mərkəzi kitabxana binasının, Dövlət
Rəsm Qalereyasının,
Nəriman Nərimanov
adına və “28 May”
mədəniyyət evlərinin,
2 saylı Uşaq İncəsənət məktəbinin
təmiri ilə əlaqədar böyük
iş görülüb.
Sumqayıt Tarix Muzeyinin yenidən qurulması ısə başa çatmaq üzrədir. Şəhərdə
yeni parklar salınıb, fəvvarələr
inşa edilib. 1968-ci ildən fəaliyyət göstərən Sumqayıt
Dövlət Musiqili
Dram Teatrı 2009-cu ildə
yeni ünvana köçüb. Mədəniyyət
işçilərinin 95 faizi
ali və orta ixtisas təhsillidir.
Abşeron Rayon İcra
Hakimiyyəti 2010-cu ili
mədəniyyət ili
elan edib. Bununla əlaqədar müvafiq tədbirlərin
keçirilməsi nəzərdə
tutulur. Artıq Görədil, Məhəmmədi,
Fatmayı kəndlərindəki
klublar təmir edilib. Xarici turistlərə göstərilən
obyektlər sırasına
biri də əlavə edilib - Abşeron rayonu ərazisində yerləşən
Yanardağ dövlət
qoruğu elan edilib. Yaxın gələcəkdə Qobu
kəndində respublika
etnoqrafiya muzeyi yaradılacaq.
Şöbə müdirləri
öz çıxışlarında
etiraf etdilər ki, işlərində, həqiqətən də,
nöqsanlar mövcuddur.
Hər iki çıxışçı bildirdi ki, Əbülfəs
Qarayevin tövsiyələrini
nəzərə alaraq
işlərini çatışmazlıqların
aradan qaldırılması
istiqamətində quracaqlar.
Natiqlər eyni zamanda bu gun göz önündə olan uğurlu layihələrin həyata
keçirilməsində onlara
yaxından köməklik
göstərmiş Mədəniyyət
və Turizm Nazirliyinin rəhbərliyinə
və icra başçılarına təşəkkür
etdilər.
Sumqayıt Şəhər
İcra Hakimiyyətinin
başçısı Vaqif
Əliyev və Abşeron rayonunun icra başçısı
Zakir Fərəcov respublikanın yeni mədəniyyət siyasətinin
məqsədləri, vəzifələri
və prinsipləri barədə məlumat verərək ölkənin
mədəni-maarif sisteminin
inkişafında dövlətin
rolundan danışdılar.
Qeyd etdilər ki, əvvəllər yalnız qalıq prinsipi əsasında subsidiyalaşdırılan bu
mühüm sahənin
maliyyələşdirilmə səviyyəsi ilbəil artır.
Mədəniyyət və turizm naziri Əbülfəs
Qarayev konstruktiv və işgüzar şəraitdə keçən
kollegiya iclasına yekun vuraraq, nazirliyin müvafiq şöbə və bölmələrinə lazımi
tövsiyələr verdi:
- İxtisasartırma
kurslarının işinə
nəzarət gücləndirilsin;
- Musiqi məktəblərinin audiotexnika
təchizatı ilə
bağlı Nazirlər
Kabineti tərəfindən
qəbul edilmiş Dövlət Proqramının
həyata keçirilməsinə
nəzarət artırılsın;
- Muzeylərin
fondlarının zənginləşdirilməsinə
dair Mədəniyyət
və Turizm Nazirliyinin müvafiq şöbəsi tərəfindən
respublika əhəmiyyətli
proqram tərtib edilsin;
- Sumqayıt
şəhəri və
Abşeron rayonu ərazisində yerləşən
respublika əhəmiyyətli
tarixi abidələrin
qorunması və monitorinqi, eyni zamanda bütün heykəltaraşlıq-monumental komplekslərinin reyestrləşdirilməsi
tamamlansın;
- Sumqayıt
şəhərinin və
Abşeron rayonunun turizm infrastrukturunun genişləndirilməsi ilə
yanaşı, yeni turizm marşrutlarının
yaradılması, bu ərazilərdə yerləşən
tarixi abidələrin
daha geniş təbliğ edilməsi və turizm şirkətləri vasitəsilə
tanıtdılması prosesi
genişləndirilsin.
Yığıncağın sonunda vurğulandı ki, sayca 9-cu olan bu kollegiya iclası
da özündən əvvəlkilər kimi uğurlu nəticələrə
stimul olacaqdır...
Fəxriyyə ABDULLAYEVA
Mədəniyyət.- 2009.- 11 dekabr.- S. 4.