Əqli mülkiyyət hüquqlarının təminatı piratçılığa qarşı mübarizə haqqındaqanun layihəsi

 

 Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin (MHA) sədri Kamran İmanov bildirib ki, ölkədə piratçılığa qarşı iki istiqamətdə işlər görülür. Əsas diqqət qanunvericilik bazasının gücləndirilməsinə yönəldilib. Prezident İlham Əliyevin tapşırığına əsasən, agentlikƏqli mülkiyyət hüquqlarının təminatı piratçılığa qarşı mübarizə haqqındaqanun layihəsi hazırlayaraq müvafiq dövlət qurumuna təqdim edib. Bu qanun layihəsi beynəlxalq standartlara cavab verən, yüksək səviyyədə hazırlanmış sənəddir. Digər tərəfdən Azərbaycanın İnzibati Xətalar Cinayət məcəllələrinə müəyyən dəyişikliklər edilərək, müəlliflik hüquqlarının pozulması ilə əlaqədar nəzərdə tutulmuş sanksiyalar sərtləşdiriləcəkdir. Digər tərəfdən Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin (MHA) Əqli Mülkiyyət Mərkəzinin yaradılmasını nəzərdə tutur. Əqli mülkiyyət hüquqlu mallar bu mərkəzdə xüsusi nişanla (holoqram) işarələnəcəkdir. Beləliklə, bazardakı malın qanuni ya pirat olduğu ortaya çıxacaq.  

 

 

 Turan

 

Mədəniyyət.-2009.-5 fevral.-S.2.