Ürəklərdə
yaşayırsan
Dahi bəstəkar Qara Qarayevin əziz xatirəsinə
Dahilər hər saat, hər an
doğulmur,
Dahilər hər əsrin
möcüzəsidir.
Hər kiçik
təpədən uca dağ olmur,
Dahilər Tanrının göydə
səsidir.
Sən
də bu dünyaya dahi doğuldun,
Verdin musiqiyə ülviyyətini.
İstedadın ilə
birgə yoğruldun,
Xalqına payladın məhəbbətini.
İlk böyük
əsərin «Ürək
mahnısı»,
Ürəksiz bir əsər
yaratmadın sən.
Sinəndə gəzdirdin
ürək ağrısı,
Uzun gecələri yox,
yatmadın sən.
«İldırımlı yollar» yolların oldu,
Hər şeyin çətinin sevdin, aradın,
Əkdiyin çiçəklər
sanma ki, soldu,
Tarixə əbədi yazıldı
adın.
Yeni bir can verdin «Leyli-Məcnun»a,
Ərsəyə gətirdin «Yeddi
gözəl»i.
İstedad böyüklük
verir insana,
Əlinin üstündə Tanrının əli.
Xalqın yaratdığın
yaşatdın sən
də,
Yaratdın sən
«Alban rapsodiyası»,
Bulaqlar qaynadı
sənin qəlbində,
Hər bir əsərində
yurdun mayası.
Ölkələri gəzdi
süitaların,
Sən öz musiqinlə
el-el dolaşdın.
Həzinlik, ülvilik
dövlətin, varın,
Axar çaylar kimi
qaynadın, daşdın.
Xəzər neftçisini
vəsf elədin sən,
Coşqunsan Xəzər tək
elə özün də.
Səninlə fəxr
edir anamız Vətən,
Hikmətlər yaşayır hər
bir sözündə.
Vurğundur üçüncü
simfoniyana,
Hər bir sənət əhli, sənət dostları
Musiqin «Hamlet»i gətirdi cana
Qəlbində yaşatdın xoş
arzuları.
Uca bir zirvəsən, əlim çatmayır,
Səni vəsf eləmək
deyildir asan.
Sənin hər musiqin təravət yayır,
Həmişə qəlblərdə yaşayacaqsan.
Mərkəz Qacar
Mədəniyyət.-2009.-
5 fevral.-S.3.