Rüstəm İbrahimbəyovun
70 illiyi ilə bağlı tədbir
Fevralın 2-də AYB-də
yazıçı-dramaturq Rüstəm İbrahimbəyovun 70
illik yubileyinə həsr olunmuş tədbir keçirildi. Birliyin sədri, xalq yazıçısı Anar
yubilyarın həm Azərbaycanda, həm də ölkənin hüdudlarından kənarda
istedadlı ssenarist və rejissor kimi tanındığını
bildirərək, onun kino tariximizdə həyata keçirdiyi uğurlu layihələrdən
danışdı. Mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə kinematoqrafiya məktəbinin
yaradılmasında Rüstəm
İbrahimbəyovun böyük
xidmətlərini diqqətə
çatdırdı. Rəssamlar
İttifaqının sədri,
xalq rəssamı Fərhad Xəlilov isə yubilyarın ekran əsərlərindən
söz açdı, ona yaradıcılıq uğurları arzuladı.
Digər çıxış
edənlər də Azərbaycan mədəni irsinin dünyaya çatdırılmasında Rüstəm
İbrahimbəyov yaradıcılığının
xüsusi önəm kəsb etdiyini vurğuladılar. Sonda Yazıçılar Birliyi
adından Rüstəm
İbrahimbəyova xatirə
hədiyyəsi təqdim
olundu.
Mədəniyyət.-2009.-5 fevral.-S.5.