Gənclər
məharətlərini göstəriblər
2 Fevral - Azərbaycan Gəncləri Günü ilə bağlı Cəlil Məmmədquluzadə
adına Naxçıvan Muxtar
Respublikası Ədəbiyyat Muzeyində də sərgi təşkil
olunub.
Sərgidə gənc yazarlardan
Arzu Nehrəmlinin “Tənha qu
nəğməsi”, Kamal Fərəcin “Mənim
gözəl Naxçıvanım”, Zaur Vedilinin “Vedi həsrəti”,
Könül Əsgərin “Mən bir sevgi yetimiyəm”, Qafar Qəribin “Gözünə döndüyüm şəkil”, Ülvi Bünyadzadənin “Bir
ölümün
acığına”, Rahib Tahirlinin
“Sonradan sonra”, İlqar Qulubəylinin “Ölüm
şairlərin əyləncəsidir”, Gülsadə İbrahimlinin “Vətən bir
incidir” və başqa
kitablar, qəzet və jurnal
materialları nümayiş olunub.
Tədbirdə çıxış edən muzeyin direktoru Sübhi Kəngərli Azərbaycanda gənclər
gününün keçirilmə tarixindən
və onların ölkəmizin inkişafı,
tanıdılması istiqamətindəki fəaliyyətindən
bəhs edib. Bu
bayramın yaranma tarixinin
ümummilli liderimiz
Heydər Əliyevin adı ilə bağlı olduğunu
xatırladan natiq, dahi
rəhbərin hər zaman gənclərə
diqqət və qayğı ilə
yanaşdığını bildirib.
Sonra muzeyin
elmi-kütləvi işlər şöbəsinin müdiri İradə Məhərrəmova
çıxış edərək ölkəmizdə, eləcə
də muxtar respublikada
gənclərə göstərilən dövlət
qayğısından, onların cəmiyyətdəki rolundan danışıb. Həmçinin
Naxçıvan Tibb Məktəbinin tələbəsi
Sahilə Əhmədova “Naxçıvan gəncləri
müstəqillik yollarında” mövzusunda
çıxış edərək qarşıda duran vəzifələrdən söz
açıb.
Günel Novruzova,
Naxçıvan
Mədəniyyət. - 2009.- 5 fevral.- S.6.