Gəmiqaya abidələri
- Azərbaycan mədəniyyətinin
tarixi incisidir
Ancaq erməni
saxtakarlığı bu
həqiqəti anlamır
Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyev demişdir: “...Bu, bildiyimiz
kimi, həm təbiətin böyük
bir abidəsidir, eyni zamanda insan
yaradıcılığının abidəsidir. Bu abidə Azərbaycanındır.
Azərbaycanın tarixini
əks etdirən abidədir”.
Azərbaycanın qədim abidələr diyarı olan Naxçıvanın hər
bir dağı haqqında nəsillərin
yaddaşında yaşamış
əfsanələr bəşər
tarixinin ilkin təkamül çağlarından
xəbər verir. Qədim
dünyanın ən müqəddəs yerlərindən
biri sayılan Gəmiqaya Ordubad rayonu ərazisində, Tivi və Nəsirvas
kəndlərindən şimal-şərqdə,
Kiçik Qafqazın ən yüksək zirvəsi olan Qapıcıqda yerləşir.
Gəmiqaya ulu babalarımızın əsrlər
boyu inanc yeri olmuşdur. Burada, dağın zirvəsində qədim türk elləri ilə bağlı iki təbii göl vardı: Göygöl və Qazangöl. Göygöl dəniz səviyyəsindən
3065 m, Qazangöl isə 3150 m hündürlükdə yerləşir.
Gəmiqayanın 4 tərəfindəki
oba, yaylaq, çay, çeşmə,
bulaq və dərə-təpələr
qədim türk soylarının adı ilə bağlıdır.
Burada qeydə alınan 100-dən artıq toponim Naxçıvan, 70-ə yaxın isə Zəngəzur ərazisindədir.
Tədqiqatçıların qənaətinə görə,
ermənilər heç
vaxt Cənubi Qafqazın yerli sakinləri olmamışlar.
Qədim
türk mədəniyyəti
üçün səciyyəvi
olan qayaüstü rəsmləri özündə
əks etdirən Gəmiqaya abidələri
Azərbaycan xalqının
tarixinin, mənəvi
mədəniyyətinin öyrənilməsi
üçün böyük
xəzinədir. Gəmiqaya
abidəsi ulu babalarımızın yaratdığı
incəsənət əsəridir.
Gəmiqaya qayaüstü
abidələri 3000-3500 metr
yüksəklikdə olan
Qaranquş yaylağındadır.
Lakin bundan başqa, bu tip təsvirlərə Qapıçay zirvəsindən
başlayaraq, Qəmişölən
və Nəbiyurdu yaylağınadək geniş
bir ərazidə rast gəlmək mümkündür. Təsvirlər
içərisində rast
gəlinən insan, maral, keçi, öküz, ilan, quş, araba, it, aslan, fantastik
heyvan, damğa, ov səhnələri Azərbaycan turkünün
qədim mifologiyası
ilə bağlıdır.
Naxçıvanın sərhəd
zonalarındakı dağ
kəndlərində Havüs,
Çaqasir, Yuxarı
Yaycı, Şada, Ərəfsə, Keçili,
Batabat, Keçəldağ
və Gəmiqaya yaylaqlarına erməni quldurlarının aramsız
silahlı basqınları
nəticəsində, onlarla
mədəniyyət abidəsi
dağılmış və
çox sayda insanlar qətlə yetirilmişdi. Gəmiqayadan
Şərur rayonun Teykara adlı ərazisinə qədər
yerləşən nadir
və zəngin maddi-mədəniyyət abidələrinin müqəddəratı
bu gün də böyük təhlükə qarşısındadır.
Belə gərgin və təhlükəli şəraitdə son illər Gəmiqayada tədqiqat işləri davam etdirilmiş, Qaranquş yaylağında
yüzlərlə yeni
qayaüstü təsvirlər
qeydə alınmışdır.
Gəmiqaya təsvirləri
və buradakı yurd yerləri Naxçıvan ərazisində
e.ə VII-I minilliklərdə yaşayan
qədim əhalinin həyat tərzini və mədəniyyətini
öyrənməyə əsas
verir. Naxçıvan
ərazisində 50-60 min
il bundan əvvəllər təsviri
incəsənətin geniş
və yüksək inkişaf tapdığını
Gəmiqaya petroqlifləri
daha parlaq şəkildə əks etdirir. Buradakı qəbirüstü abidələr
antik və orta əsr dövrlərini
öyrənmək üçün
ən dəyərli mənbədir. Təkcə
bunu qeyd etmək kifayətdir ki, Gəmiqayada xalqımızın etnogenezi
ilə bağlı mövcud olan müxtəlif işarələr
və tayfa damğaları özünün
tədqiqini gözləyir.
Gəmiqaya qayaüstü təsvirlərinin,
eləcə də Naxçıvanın digər
abidələrinin Azərbaycanın
mədəniyyət tarixinin
öyrənilməsində böyük elmi əhəmiyyət kəsb
etdiyini yaxşı anlayan şovinist erməni “tədqiqatçıları”
son illər nəşr etdikləri bir sıra məqalə
və kitablarda saxtakarlıqlara yol vermiş və verirlər. Bədnam A.Ayvazyan Ermənistan EA xəbərlərində
( 1982, ¹ 2) nəşr etdirdiyi “Naxçıvanın
qaya təsvirləri” adlı məqaləsində
Gəmiqayanı erməni
abidəsi kimi qələmə almışdır.
Məqalədə Gəmiqaya
toponimi Navazor, Tapanazor kimi saxta adlarla əvəz
olunmuşdu. Onun fikrincə, biz guya dağın əsl adını dəyişdirib, Gəmiqaya
adı vermişik. Məlumdur ki, Gəmiqaya toponimi şumer mənşəli
mifologiya ilə bağlıdır. Göründüyü
kimi, min illər boyu xalq arasında tanınan Gəmiqaya tarixi toponiminin adının dəyişdirməyə
heç bir əsas və ehtiyac yoxdur. Gəmiqaya və onun ətraf ərazilərinin əsassız
şəkildə “Qoktila
Mespon”, “Mastosla” bağlamaqla bu başı bəlalı “müəllif” açıq-aşkar şovinist mövqe tutmuş və Naxçıvanı
Ermənistan ərazisi
kimi göstərmişdir.
Naxçıvanın qədim
tarixi abidələrini
ermənilərə aid
etmək hərisliyi zaman-zaman davam etmişdir. Erməni millətçilərinin təşəbbüsü
ilə Naxçıvanın
bir sıra abidələri oğurlanmış
və məhv edilmişdir. Eyni zamanda bəzi tədqiqatçılar ağlasığmaz
saxtakarlıqlara yol vermişdilər. A.Ayvazyan
və B.Mkrtıyan orta əsr Azərbaycan
Eldəgizlər dövlətində
zərb olunmuş mis pulları (sikkələri) e. əvvəl XIX əsrə
aid hay sikkələri
kimi qələmə vermişdilər. Həmin
pullar Ermənistan Tarix Muzeyinin Numizmatika şöbəsində
tədqiq edildikdən
sonra ifşa olunmuşlar. Sübut olundu ki, bu sikkələr XIX əsrə aid deyil, 1136-1225-ci illərdə
hökmranlıq etmiş
Eldəgizlər sülaləsindən
olan Atabəylərə
məxsusdur. Şərqşünas-alim B.B.Piroqrovski Ermənistan EA-nın “Tarix-filologiya» jurnalında
(1971-ci il ¹ 3) erməni
saxtakarlığını tənqid etmişdir.
A.Ayvaziyan “Naxçıvanın
memorial abidələri
və relyefləri”
(1987) kitabında Naxçıvanın
e.ə. VI-I minilliklərə, antik dövrə, orta əsrlərə, xüsusilə
Atabəylər, Ağqoyunlu
və Qaraqoyunlu dövlətləri dövrünə
aid tarixi abidələrini erməni
abidələri kimi qələmə vermişdir.
Burada da Gəmiqaya toponimi Navazor və Tapanazor adlandırılmış,
qayaüstü rəsmləri
isə erməni abidələri kimi qeyd olunmuşdu. Gəmiqayaya gizli yolla, bədnam niyyətlərlə gələnlər
bu qədim Azərbaycan abidəsini erməniləşdirmək məqsədi
ilə bəzi qayalar üzərində müəmmalı işarələr
cızmışlar.
Gəmiqaya abidələri
Azərbaycanın mədəniyyət
tarixinin incisidir. Bu abidələr Azərbaycan xalqının
mədəniyyətinin bir
çox məsələlərini
öyrənilməsi üçün
nadir xəzinədir.
Hüseyn ƏLİYEV,
Naxçıvan
Mədəniyyət.- 2009.- 7 fevral.- S. 10.