İnformasiya mərkəzi
açıldı
Fevralın 6-da M. Qorki
adına Mərkəzi Səyyar Kitabxana Fondunda Bakı Şəhər Mədəniyyət və
Turizm İdarəsinin
təşəbbüsü və dəstəyi, M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının yaxından
köməkliyi ilə
yaradılmış informasiya
mərkəzinin açlışı
oldu.
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin 6 oktyabr 2008-ci ildə imzaladığı “Azərbaycan
Respublikasında kitabxana-informasiya
sahəsinin 2008-2013-cü illərdə
inkişafı üzrə
Dövlət proqramı”
çərçivəsində həyata keçirilən
bu layihə, gələcəkdə əhalinin
informasiyaya olan tələbatını daha
geniş və operativ şəkildə ödənilməsi üçün
nəzərdə tutulmuşdur.
Sonra M.Qorki adına kitabxananın
müdiri Nüşabə
xanım Ələkbərova
kitabxana haqqında iştirakçılara məlumat
verdi. O, kitabxananın
yeni yaradılmış
saytı - www.baku-mskf.az
- barədə ətraflı
danışdı.
Qeyd etdi ki, bu
gündən sonra bura gələn oxucuların hər birinin informasiya alması üçün
hər cürə şərait yaradılmışdır. Milli
Kitabxanada olduğu kimi, burada da
bütün xidmət
növləri fəaliyyət
göstərəcək. Gələcəkdə
də Bakının hər hansı bir rayonunda belə
bir məkrəz açılarsa, həmin məkanda da oxucular Milli Kitabxananın xidmətindən
yararlanacaqlar.
Kitabxana fondundakı bütün kitablardan, kataloqdan, informasiya-elektron resurslarından
birbaşa istifadə etmək imkanına malik olacaqdır. Bütün bunlar
məkan problemini aradan qaldırmaqla oxucuların ehtiyaclarını
çox qısa bir zamanda həll
edəcək.
Bu mərkəzin
üstün cəhətlərindən
biridə ondan ibarətdir ki, əgər hər hansı bir oxucuya lazım olan bir kitab
burada olmasa, həmin kitab Milli Kitabxanaya sifariş verilir və bir saat
ərzində həmin
kitabın elektron variantını oxucu alıb istifadə edə bilər. Bu, təkcə kitaba aid deyil.
Eyni zamanda burada oxucular hər hansı qəzet və jurnalın da elektron variantını əldə edə biləcəklər.
Milli Kitabxananın direktoru Kərim Tahirov çıxış edərək
qeyd etdi ki, bu bilik
ocağı Azərbaycan
çərçivəsində Milli Kitabxananın lokal şəbəkəsinə
qoşulan ilk kitabxana müəssisəsidir. Lokal şəbəkəyə qoşulan
hər hansı bir kitabxana bura
daxil olmuş bütün qəzet və jurnalların materialları ilə
Bakı Şəhər Mədəniyət
və Turizm İdarəsinin müdiri Əlikram Əliyev bildirdi ki, bu
gün həyata keçirilən bu layihə kitabxana işi sahəsində çox dəyərli bir hadisədir. Bu
layihənin həyata vəsiqə alması kitabxana işinin inkişafından xəbər
verir. Bu işdə bizə Azərbaycan Respublikası
Mədəniyyət və
Turizm Nazirliyi və M.F.Axundov adına Milli Kitabxana yaxından kömək edib.
2009-cu ildə Bakı şəhəri üzrə
daha 4 kitabxanada belə bir informasiya
mərkəzi yaradılacaq. 2013-cü ilə qədər isə Bakıda fəaliyyət göstərən
bütün kitabxanalarda
analoji mərkəzlər
fəaliyyətə başlayacaq.
Tədbirdə çıxış
edən əməkdar
incəsənət xadimi
Azər Paşa Nemət, BDU-nun kitabxanaçılıq
fakültəsinin dekanı,
professor Xəlil İsmayılov,
xalq artisti Xuraman Qasımova, Azərbaycan Mədəniyyət
İşçiləri Müstəqil
Həmkarlar İttifaqının
Respublika Komitəsinin
sədri Cəmilə
Səfərova, AMEA-nın
Nizami adına Ədəbiyyat Muzeyin elmi katibi Məlahət
Kələntərli çıxış
edərək burada yaradılmış elektron
mərkəzinin mədəniyyətimizə
və kitab həvəskarlarına böyük
bir hədiyyə olduğundan danışdılar.
Sonda tədbir
iştirakçıları kitabxananın saytı ilə yaxından
Fərahim Dünyamalıoğlu
Mədəniyyət.- 2009.- 7 fevral.- S. 3.