Mövzu mədəniyyətdən
olanda
Maddi-mənəvi irsimizə güzgü
tutan «Space»nin
100-cü «Mədəniyyət saatı»na
Mədəni sərvətlər yaratmaq,
sənət əsərləri
ilə dünya meydanına çıxmaq
xalqın həyatında
diqqətəlayiq hadisədirsə,
mədəni sərvətləri
yaşatmaq və qorumaq ondan da,
önəmli məsələdir. Yaradılmışların
qorunması xalqın mədəni səviyyəsini,
mənəvi yetkinliyini
göstərir.
İndi şou-biznesə meylin artması sənətin ciddi janr və
sahələrinə diqqətin
nisbətən azalması,
mədəniyyət sahəsində
çalışanların yaradıcılıq və
həyat fəaliyyətini
çətinləşdirir. Çünki yaranan hər hansı təxəyyül
məhsulu ümumilikdə
bəşəriyyətə, köhnə təbircə
desək, kütləyə
ünvanlanır, onun malına çevrilir.
Kütləviləşmə müəyyən anlamda müsbət hal olsa da, digər
tərəfdən bu,
professionallığın ona
güzəştə getməsinə,
getdikcə yerini ona verməsinə səbəb olur. Təbii ki,
bu öz-özlüyündə
təhlükəli hədd
olduğundan, son istinad
yeri mental xüsusiyyətlər
və mədəniyyətdir.
Elə Azərbaycan
mədəniyyətinin yalnız
xəbər proqramlarının
sonundakı kiçik,
qeyri-peşəkar, səthi
süjetlərlə təbliğinin
məhdudlaşmadığını, onun dinamik inkişaf
yolunu tutduğunu göstərən bir proqramın - «Mədəniyyət
saatı»nın
yaranması da bu zərurətdən doğmuşdur. 14 noyabr
2006-cı il. Bu tarixdə «Space» TV-nin efirindən «Mədəniyyət saatı»
adlı bir veriliş ekrana çıxaraq, həyatın
hər məqamında
mədəniyyətin olduğunu
izhar etdi.
O gündən
bu günə mədəniyyətimizin tele-təəssübkeşləri
bu verilişi düz 100 dəfədir ki, Azərbaycan tamaşaçısına mədəni-mənəvi
qida kimi təqdim edir. «Salam. Efirdə «Mədəniyyət
saatı»dır...» demək, o qədər çətin olmasa da, ən azı
yüz dəfə «bizə baxın» demək və buna tutarlı zəmin yaratmaq bir o qədər də asan deyil.
Bu missiyanı
daşıyan yaradıcı
gənclər - proqramın
rəhbəri İmran
Məcidov, redaktoru Rasim İsmayılov, rejissoru Elməddin Alıyev, aparıcısı
İdris Cəfərov,
müxbirləri Tünzalə
Məlikova və Fərqanə Gülməmmədova,
prodüseri Əşrəf
Rzayev və səhifələrimizə yansımayan
digər yaradıcı
qrup üzvləri bu 100 saylı 3 yaşlının sevincini
yaşayırlar.
«Mədəniyyət
saatı»nı ölkə kanallarında yayımlanmağa başlayan
mədəniyyət proqramlarının
qaranquşu, böyük
qardaşı hesab edən İmran Məcidov (proqramın rəhbəri) iki ili başa vurmalarının
sevincini yaşadıqlarını
deyir: «Mədəniyyət
və Turizm Nazirliyi ilə «Space» TV-nin birgə layihəsi olan veriliş iki il ərzində Azərbaycan xalqının
böyük, zəngin
və qədim mədəniyyətini, onun
yaddaşını yenidən
vərəqləyib. Bu sahədə baş verən, demək olar ki, bütün
yenilikləri, mədəni
hadisələri ekrana
daşıyıb. Qarşıladığımız
əcnəbi teatrlar, kino yenilikləri, bizə qonaq olan və bizim
qonağı olduğumuz
ölkələrdə mədəniyyətimizin
nümayişi, musiqimizin
təbliği, yazarlarımızın
dünyaya çıxmaq
cəhdini, dünya ədəbi mühiti ilə qarşılıqlı
əməkdaşlığı, sənətkarların yubiley
mərasimlərini, unudulan
sənət birincilərini
xatırlamaq da bu zaman kəsiyinə
təsadüf edib. Niyyətimiz təkcə bütün bunları çəkib göstərmək olmadı,
həm də mədəniyyətimizin təbliğatı
idi. Təvazökarlıqdan kənar olsa
da, deməliyik ki, bunu bacardıq.
Hələ göstərdiyimiz xidmətin mükafatını
da aldıq. Qəzetinizin elan etdiyi «Mədəniyyət
mövzusunda ən yaxşı jurnalist işi» müsabiqəsində
ötən il
qalib olduq. Deməli, zamanı boşuna xərcləməmişik.
Bu yerdə pərdənin görünməyən tərəfindən
də danışmaq istərdim. Ciddi proqramın olduqca
zarafatcıl, kiçik,
lakin çox mehriban bir heyəti
var. Qocaman və zəngin mədəniyyətimiz
haqqında bu heyət olaraq nəsə etmək bizi çox sevindirir».
Sonra “Rasim redaktordu, məncə, o, daha yaxşı danışa bilər”- deyən proqram rəhbəri estafeti Rasim İsmayılova verdi. «Birincisi, mədəniyyətdə
nə baş verirsə, o ekrana yansımalıdır. Xəbərdən qaçmaq olmaz. Həftə ərzində baş verən hadisələri çevik və tematik xəbər olaraq qruplaşdırıb
tamaşaçılara təqdim
edirik. Bizdə tematik xəbər
üstünlük təşkil
etdiyindən təqdimata
da üstünlük veririk. Tamaşaçı bu və ya digər hadisə,
proses haqqında müfəssəl məlumata
malik olmalıdır.
Bundan başqa, tamaşaçımızı
təəccübləndirməyi, bilgiləndirməyi də
qarşıya məqsəd
kimi qoymuş və buna nail olmuşuq. Məsələn, elə musiqi
alətləri, unudulmuş
sənət adamlarını
ekrana çıxarırıq
ki, tamaşaçı
onları gördükdə
məmnun olur. Digər tərəfdən isə bu vəziyyət həmin sənət adamına stimul verir, həm də cəmiyyətin yaddaşını vərəqləyir.
Onsuz mümkün deyil. Çünki hər şeyin
özülü var və biz də bunları nəzərə
alırıq. Bu gün gündəmdə olmayan mədəniyyət
və incəsənət
insanlarını kütləvi
tamaşaçıya çatdırmaq
lazımdır.
Jurnalist olaraq cəmiyyətə bunu ötürüb, həm də vətəndaşlıq borcundan
çıxırsan».
İki il öncə, Azərbaycan teleməkanında
eybəcər bir şou-biznes bumu yaşandığı əcaib
dönəmdə efirə
«Mədəniyyət saatı»
çıxdı və
bu boşluğu az da olsa
doldurdu. Amma bu rəyə,
yəni ilkliyə arxayınlaşıb yol almağı da düzgün saymaq olmaz. Çünki az qala bütün kanallarımızda
mədəniyyətlə bağlı
verilişlər açılıb.
Deməli, rəqabət hissi
də yaranmalıdır.
Bu, həm də inkişafa çağırış
olduğundan «Mədəniyyət
saatı»nı
quranlar bu detalı unutmurlar.
Ciddi, akademik bir mədəniyyət
saatı verilişinin
azad, yenilikçi və iddialı heyət tərəfindən
ərsəyə gəlməsi
alqışa, təbrikə
layiqdir. Elə mədəniyyətimizin təəssübünü çəkən
«Mədəniyyət»çilər
olaraq, biz də həmkarlarımız haqqında
bir-iki söz demək istədik.
Həmidə Nizamiqızı
Mədəniyyət.- 2009.- 7 fevral.- S. 3.