Kürdəmirdə saz-söz gecəsi
Abduləziz Xanəhmədoğlu
saz-söz sənəti ilə məşğul olan bir ailədə
dünyaya gəlmişdir. Atasının sazından çıxan
şirin musiqini dinləyə-dinləyə
və bəzən də atasının arabir yazdığı kiçik şeirləri eşidə-eşidə böyüyən Abduləzizin
qəlbi - ürəyi
bu gözəl sazın bir də şeriyyətin üzərində köklənir.
Sənsiz günlərim,
Ömrün nəğmə
payı, Söz ürəyə toxunanda,
Müəllim ömrü,
Bir günəş parladı, Gecikmiş etiraf, Ömürdə qalan izlər və sair kitabları
ilə Abduləziz Xanəhmədoğlu yaradıcılığı
rəngarəngliyi, öz
çoxşaxəliliyi, öz
dəyəri ilə böyük oxucu auditoriyası qazanmışdır. Onun şeirlərində sevgi var, duyğu var, sabaha böyük
inam, ümid var, insana, vətənə
torpağa bağlılıq,
qəhrəmanlıq var. Ümumiyyətlə onun yaradıcılığı insanı
ruhlandırır, ümidli
sabaha çağırır.
Abduləziz Xanəhmədoğlu
nəğməkar şairdir.
Bir çox bəstəkarlarımız onun
yaradıcılığına müraciət etmiş, sözlərinə mahnılar
yazmışlar.
10 kitab müəllifi
Abduləziz Xanəhmədoğlu Kürdəmir rayon Carlı
kəndində müəllim işləyir. Öz işinə
böyük ürəklə bağlı olan müəllim
Müəllim ömrü kitabında rayonumuzun
tanınmış müəllimlərinin həyat və fəaliyyəti
haqqında ətraflı məlumatlar vermişdir.
2009 - cu il Abduləziz
müəllim üçün xüsusilə əlamətdar
olmuşdur. Belə ki, o Bir günəş parladı kitabına
görə Qızıl qələm mükafatına layiq
görülüb.
Bu münasibətlə
Kürdəmir Rayon Mərkəzləşdirilmiş Kitabxana
Sistemi binasında Abduləziz Xanəhmədoğlu ilə
görüş keçirilib. Tədbirdə Kürdəmir
Rayon İcra Hakimiyyəti əməkdaşları və rayon
ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əliyeva Məryəm.
Mədəniyyət.- 2009.- 11 fevral.- S. 13.