Bəhram Mansurovun doğum günü qeyd olundu

 

Fevralın 11-i Azərbaycan musiqi sənətində xüsusi rolu ilə seçilən xalq artisti, tarzən Bəhram Mansurovun doğum gününün 98-ci ildönümü idi.

Tarzən Bəhram Mansurov İçərişəhərdə dünyaya gəlib. Tar çalmağı atasından əmisindən öyrənsə , püxtə bir tarzən kimi yetişməsində ünlü sənətkarımız Mirzə Sadığın rolu böyük olmuşdur.

Orta məktəbi bitirən Bəhram sənədlərini texniki peşə məktəbinə verməsinə baxmayaraq, musiqiyə olan sevgisi onu M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasına gətirib çıxarır. 1932-ci ildə isə M.Maqomayevin dəvəti ilə Opera Balet Teatrına gəlir ömrünün sonuna kimi burada çalışır.

Opera Balet Teatrında solist kimi çalışdığı illərdə Rübabə Muradova, Mais Salmanov, Baba Mirzəyev başqa sənətkarların daha şövqlə oxuduqlarında B.Mansurov çalğılarının rolu danılmazdır.

Özündən əvvəlkilərdən eşidib öyrəndiyi muğam dəstgah parçalarını improvizə edən Bəhram Mansurov YUNESKO tarixinə düşən ilk azərbaycanlıdır.

F.Əmirov bu sənətçi haqqında öz xatirələrində demişdir: «O, elə böyük bir ilhamla çalırdı ki, az qala özündən bixəbər görünürdü. Onun ifa etdiyi «Əlif çahargah» başqa muğamlarda məhz Bəhram Mansurova məxsus mizrab gedişləri aydın görünür.”

Tarzənin ifasında nota köçürülmüş muğamlar dəyərli folklor nümunələri kimi əhəmiyyət daşıyır. Ölməz sənətkarın ifaçılıq sənəti daim xalqımızın yaddaşında qalacaqdır.

 

 

F.Dünyamalıoğlu

 

Mədəniyyət.- 2009.- 13 fevral.- S. 3.