Tofiq Quliyevin həyat və yaradıcılığına həsr
edilmiş fotosərgi
11 fevral 2009-cu il də
Muzey Mərkəzində Azərbaycan Dövlət Film Fondu və
Dövlət Foto-Kino Sənədləri Arxivinin birgə təşəbbüsü
ilə xalq artisti, Dövlət mükafatı laureatı və
görkəmli bəstəkar Tofiq Quliyevin həyat və
yaradıcılığına həsr edilmiş fotosərgi
keçirildi.
Tədbiri giriş
sözü ilə Dövlət Film Fondunun sədri Cəmil
Quliyev açdı. Sonra söz Bəstəkarlar
İttifaqının katibi Lalə Hüseynovaya verildi. O,
T.Quliyevin həyat və yaradıcılığından geniş
danışdı. Milli musiqimizin və kinomuzun
inkişafındakı əvəzsiz xidmətlərini
xüsusi qeyd etdi... Daha sonra respublikanın xalq artistləri -
Oqtay Zülfüqarov, Canəli Əkbərov və
kinoşünas Aydın Kazımzadə çıxış
etdilər.
Tədbirin sonunda xalq
artisti, bəstəkarın oğlu Eldar Quliyev
danışdı. Başda Dövlət Film Fondunun sədri C.
Quliyev olmaqla, tədbirin təşkilatçılarına və
burda iştirak edənlərə öz dərin minnətdarlığını
bildirdi.
Savalan Fərəcov
Mədəniyyət.-
2009.- 13 fevral.- S. 5.