Kapellhausda musiqi axşamı

 

Fevralın 10-da “Kapellhaus”da Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyası tələbələrinin, eləcə də Bülbül adına orta ixtisas və Q.Qarayev adına 8 saylı musiqi məktəbləri şagirdlərinin ifasında “Fortepiano musiqi axşamı” təşkil olunub.

Tədbirdə Məsimə Həşimova, Orxan Hüseynli, Nərminə Məcidova, Sabir Mütəllibov və digər istedadlı gənclərin təqdimatında məşhur dünya bəstəkarlarının əsərlərindən parçalar səsləndirilib.

Proqrama əsasən F.Şopen, F.Mendelson, A.Skryabin və Motsartın əsərləri daxil edilmişdi. Onu da qeyd edək ki, bu silsilədən olan növbəti konsert fevralın 17-də olacaq. (saat 19.00). “Skripka axşamı” adlı konsertin proqramında Motsart,Tortini, Paqanini, Venyavski və Qlazunovun əsərləri daxil edilib.

 

 

ELMİN

 

Mədəniyyət.- 2009.- 13 fevral.- S. 5.