Bu qala bizim Qala

 

Qədim yaşayış məskəni olan Abşeron yarımadasının tarixi eradan əvvəlki dövrləri əhatə edir. Burada aparılan arxeoloji qazıntılar zamanı aşkar edilmiş kurqanlar, ocaq izləri və qəbirlər bunu bir daha sübut edir.

Yarımadanın ən qədim yaşayış məskənlərindən biri bu coğrafi ərazinin şimal-şərqində yerləşən Qala kəndidir.

Qala kəndində və ona bitişik olan ərazidə 215 memarlıq və arxeoloji abidə mövcuddur. Burada e.ə. III minilliyə aid tarixi mühit qorunub saxlanılır. Qala kəndinin ərazisində e.ə. III minillikdən XX əsrə qədər tarixi əhəmiyyət daşıyan memarlıq abidələri - 5 məscid, 3 hamam, 4 ovdan, yaşayış evləri, kənd təsərrüfatı təyinatlı binalar, sərdabələr, məqbərələr, kurqanlar, qəsrin qalıqları s. mövcuddur. Beş minillik tarixə malik Qala kəndində bir neçə məhəllə olub. Bunlardan Tərəkəmə, Balaverdi, Hacı Ramazan, Çənbərəkənd məhəllələri bu günədək öz tarixi adları ilə tanınır.

2008-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü rəhbərliyi ilə Qala Tarixi-Etnoqrafiya Qoruğunun ərazisində açıq səma altında ilk arxeoloji-etnoqrafik muzey kompleksiyaradılıb. Kompleksin ərazisində Abşeron yarımadasında aşkar edilmiş arxeoloji, memarlıq abidələri toplanıb bərpa edilib. Bu ərazidə e.ə. III minilliklərə aid kurqanlar, yaşayış digər memarlıq abidələri ilk görünüşündə olduğu kimi qurulub. 1,2 hektar ərazidə olan muzey kompleksində Azərbaycanın tarixi incilərini seyr etmək üçün gözəl şərait yaradılıb. Bütövlükdə burada 22938 eksponat var.

Abşeron yarımadasının şərq hissəsində aşkar edilmiş abidələrin geniş öyrənilməsinə XX əsrin 60-cı illərindən başlanıb. Aparılmış elmi tədqiqatlar nəticəsində aşkar edilmiş çoxsaylı pefroqliflər Orta Tunc Dəmir dövrlərini əhatə edir.

Abşeron yarımdasında tapılmış, e.ə III-II minilliklərindən başlayaraq eramızın orta əsrlərinə qədərki tarixi əhatə edən qayaüstü rəsmlər öz mövzu süjetlərinə görə çox rəngarəngdir. Burada ov, müqəddəs nikah s. səhnələr təsvir olunmuşdur. Yarımadanın şərq hissəsinə aid olan ibadət mərkəzlərindən biri olmuş Bəndüstü abidəsində müqəddəs nikah mərasimi heyvanların qurban kəsilməsi təsvirləri var.

Arxeoloji araşdırmalar Qala kəndində 5000 il əvvəl Tunc dövrünə aid yaşayış məskəninin olmasını sübut etsə , onun müasir dövrümüzə gəlib çatmış tarixi məişət təsərrüfat tikililəri XVI-XIX əsrlərin əvvəllərinə aid edilir.

Qala Tarix-Etnoqrafiya Qoruğunun ərazisində mövcud olan tarixi yaşayış binalarının əksəriyyətini dublalı evlər təşkil edir.

Plan quruluşuna görə, dublalı evlər iki otaqdan ibarətdir. Otağın biri qonaq, digəri isə mətbəx hissə adlanırdı.

Mətbəx hissədə təndir, yemək su qızdırmaq üçün ocaq olurdu. Mətbəxin bir küncündə isəsuaxanyerləşirdi. Suaxandan paltar yumaq İslam qaydalarına uyğun olaraq namazdan əvvəl qüsl etmək üçün istifadə olunurdu. Qalanın yaşayış evlərində rast gəlinən dekorativ elementlərdən biri çıraq Quran qoymaq üçün divarlardakı taxçalardır. Muzey kompleksi ilə tanışlıqdan məlum olur ki, Qala kəndində bir sıra sənədlər inkişaf etmişdi. Bu sənədlərdən biri Azərbaycanda ən qədim sənətkarlıq növlərindən sayılan dulusçuluqdur. Müxtəlif mənbələrə görə, Azərbaycanda dulusçuluq sənəti e.ə. II minilliyə təsadüf edir. Qalada arxeoloji qazıntılar zamanı aşkarlanan məmulatlar bədii cəhətdən çox maraqlıdır.

Bundan başqa, burada ən inkişaf etmiş sənət növlərindən biri olan dəmirçilik sənəti barədə dolğun məlumat almaq olar.

Ümumiyyətlə, Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksində arxeoloji qazıntılar zamanı aşkar olunmuş yaşayış yerləri, qədim orta əsrlərdən müasir günümüzə qədər bu yerlərdə yaşamış sakinlərin məişəti, təsərrüfatı, sənətkarlıqları haqqında əyani tanış olmaq olur. Yeri gəlmişkən, istər Qala Arxeoloji - Etnoqrafik Muzey Kompleksi ilə, istərsə kənddə olan memarlıq arxeoloji abidələrlə tanış olarkən bu yerlərdə İslam dininə, onun adət-ənənələrinə böyük hörmətlə yanaşıldığının şahidi olursan. Yerli əhali indi orta əsrlərdə tikilmiş məscidlərdə dini ayinlər icra edirlər.

Diqqətçəkən başqa bir məsələ isə XIV əsrdə inşa edilmiş Qum hamamıdır. Arxeoloji qazıntılar zamanı bu tikilinin planı təyinatı dəqiq müəyyənləşdirilmişdir.Bu tipli hamamlarda soyunaqdan fərqli olaraq yuyunma zalında hovuz yoxdur.

Bu da əbəs deyil. Müsəlman adətlərinə görə, başqa bir adamın bədəninə toxunmuş su murdar sayılır. Bu isə şərq hamamlarının xristian yuyulma yerlərindən müasir saunalardan gigiyenik cəhətdən üstünlüyünü göstərir. Qala hamamının xüsusiyyətlərindən burada namaz qılmaq üçün ayrıca otağın olmasıdır. Bütün bunlar onu deməyə əsas verir ki, müsəlmanlar üçün hamam elə bir yerdir ki, o insanın həyat tələbatını ödəməklə bərabər, eyni zamanda dini xarakter daşıyır. Qala kəndi buradakı muzey kompleksi ilə tanış olan hər bir şəxs Azərbaycan xalqının qədər qədim bir xalq olduğunun şahidi ola bilər.

 

 

Fərahim Dünyamalıoğlu

 

Mədəniyyət.- 2009.- 18 fevral.- S. 7.