Azərbaycan və İslam
Dini Qurumlarla İş üzrə Dövlət
Komitəsinin sədri Hidayət Orucov:
"Azərbaycan İslam dünyasına böyük abidələr bəxş edib"
Dünyanın nəhəng fikir
adamları İslam dininin gözəlllyi, ali dəyərləri
haqqında həmişə heyranlıqla danışıblar,
bu dinə yüksək ehtiram göstəriblər. Zamanın
sərt küləklərı yüzillər boyu nəinki
İslam dininin dəyərini azaltmış, əksinə,
onun əbədiyaşarlığını təsdiq
etmişdir. Zaman göstərdi ki, bu qüdrətli din axar su
kimi, işıq kimi bir zərrə belə ləkə
götürmür. Dünyanın müxtəlif beynəlxalq
təşkilatlarının insan və cəmiyyətlə
bağlı qəbul etdiyi hüquqi və demokratik prinsiplər
daha əvvəllər, daha ali formada Qurani-Kərimdə öz
əksini tapıb. Və hər il Amerika və Avropanın
müxtəlif ölkələrində yüzlərlə
insanın bu dinə tapınması da islami dəyərlərin
aliliyindən, qüdrətindən və əbədiliyindən
xəbər verir. Bəşəriyyəti haqqa, ədalətə,
dostluğa, sülhə, insanpərvərliyə
çağıran İslam dininin inkişafı və təbliği
ilə əlaqədar İslam Konfransı Təşkilatının,
o cümlədən dövlətimizin gördüyü
işlər, təbii ki, təqdirəlayiqdir. Bakının
2009-cu il üçün İslam Mədəniyyəti
Paytaxtı elan olunması faktı da ölkəmizin İslam
dünyasındakı böyük nüfuzuna dəlalət
edir. Paytaxtımızda «Bakı - İslam Mədəniyyəti
Paytaxtı» mədəniyyət ilinin
açılışı ərəfəsində Dini
Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri
Hidayət Orucovdan aldığımız müsahibəni sizə
təqdim edirik:
- Bildiyiniz kimi, Bakı 2009-cu il
üçün İslam Mədəniyyəti Paytaxtı elan
olunub. Biz İslam mədəniyyətinə hansı töhf ələr
vermişik? Bizim yerimiz bu mədəniyyətin fonunda necə
görünür?
- Bakının İslam
Mədəniyyəti Paytaxtı elan olunması və bu bir ildə
keçiriləcək çoxsaylı və çoxsahəli
tədbirlər, ümumiyyətlə islam
sivilizasiyasını, islam mədəniyyətini daha
bütöv, daha yüksək səviyyədə təqdim edəcək.
Bu, ümumislam mədəniyyətinin öyrənilməsi və
dünyaya təqdim edilməsi baxımından yeni bir mərhələ
olacaq. Çünki sizin dediyiniz kimi, Azərbaycanın
özü də İslam mədəniyyətinə, İslam
sivilizasiyasına özünəməxsus çox
böyük töhfələr bəxş edib. Azərbaycan
Respublikası ilə İKT-nin hələ neçə illər
əvvəl, 1998-cı ildə «Qafqazda İslam
sivilizasiyası» mövzusunda keçirdiyi beynəlxalq tədbirdə
də bu fikir birmənalı olaraq vurğulandı. Ulu öndərimizin
o konfransdakı son dərəcə dərin məzmunlu,
mündəricəli çıxışı
iştirakçılarda çox böyük maraq doğurdu.
Mənim sonralar o konfransın iştirakçıları,
İKT-nin sədri hörmətli İhsanoğlu ilə
müxtəlif ölkələrdə görüşlərim
olub. Onlar ulu öndərimizin çıxışını
böyük minnətdarlıqla xatırlayırlar və
bildirirlər ki, o çıxış təkcə o gün
üçün, XX əsrin sahilləri üçün yox,
bütövlükdə bu günümüz və gələcəyimiz
üçündür. Bu baxımdan, mənim fikrimcə, bu
konfransın çox böyük əhəmiyyəti var.
Azərbaycan
İslam dünyasına böyük
abidələr bəxş edib. İslam mədəniyyətinə aid bir çox
abidələri qoruyub saxlayıb,
yaşadıb. Qurani-Kərimdə adı keçən
Naxçıvandakı Əshabi-Kəhfdən tutmuş
sonrakı dövrlərin, sonraki əsrlərın
yadigarı olan bir çox İslam abidələrinin
adını çəkmək olar.
Ümumiyyətlə, Azərbaycan xalqı islamı, mənəvi
dəyərləri, Qurani-Kərimin kəlamlarını, müdrik fikirlərini həmişə
yüksək qiymətləndirib. Milli-mənəvi və dini dəyərlərlə birlikdə bizim xalqımız həmişə yüksək
mədəniyyətin, maarifçiliyin - həm
dini, həm də dünyəvi maarifçiliyin, elmin
axtarışında olub.
- Son dövrlər Qərb və Şərq
qarşıdurmasından çox danışılır. Indi
buna qarşı «mədəniyyətlərarası dialoq»
konsepsiyası qoyulub. Ötən ilin sonunda Avropa
Şurasına üzv olkələrin mədənıyyət
nazirlərinin iştirak etdiyi beynəlxalq konfransı
xatırlamaq istəyırəm. O konfransın sonunda mədəniyyətlərarası
dialoqun inkişaf etdirilməsini nəzərdə tutan
«Bakı Bəyannaməsi» adlı yekun sənəd də qəbul
olundu. Onun real nəticələr verəcəyini gözləmək
olarmı?
- Birincisi, siz deyən məsələ
ilə bağlı Azərbaycanda heç bir problem yoxdur. O sahədə
Azərbaycan dünya üçün bir nümunə, bir
örnəkdir. Bu fikirləri elə-belə demirəm.
ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli
səfiri xanım Enn Dörsi bu yaxınlarda bəyan elədi
ki, Azərbaycan dünyaya təkcə neft, qaz və başqa məhsullar
yox, tolerantlıq da ixrac eləməlidir. Həmin fikri
başqa xarici diplomatlar da səsləndirirlər. Bu sözləri
Azərbaycan həqiqətləri ilə tanış olan bir
çox dövlətlərin başçıları, beynəlxalq
təşkilatların rəhbərləri və mütəxəssislər
də deyirlər. Dini və milli məsələlərlə
məşğul olan hər kəs bu fikirləri təsdiq etmək
məcburiyyətindədir. Hətta bizi sevməyən qüvvələr
də, qruplar da bu həqiqəti etiraf eləyirlər. Mən
bu fikri niyə vurğulayıram? Çünki tolerantlıq
mühiti olmayan ölkədə sivilizasiyaların, mədəniyyətlərin
dialoqundan danışmaq olmaz. Bir az da məsələni
konkretləşdirsək, belə ölkələrdə dinlərin,
konfessiyaların dialoqları aparılsa da, müsbət nəticə
verməz. Azərbaycan tarixən mədəniyyətiərin və
sivilizasiyaların qovuşduğu yer olub. Məsələn, Azərbaycanda
iudaizmin 2500 ildən artıq tarixi var. Azı 2500 il əvvəl
qaçqın yəhudilər Babilistandan, indiki Iraq ərazisindən
Cənubi Azərbaycana, sonra da Bakı, Şirvan, Dərbənd
də daxil olmaqla, bizim torpaqlara yayılıblar. Bu gün də
yəhudilər hər yerdə bəyan edırlər ki, Azərbaycan
keçmiş SSRİ-də yeganə öikədir ki, burada
heç vaxt antisemitizm, milli-dini diskriminasiya halları
olmayıb. Əlbəttə, bu fikır xalqımızın
yüksək mədəniyyətinin,
tolerantlığının göstəricisi kimi bizi sevindirməyə
bilməz. Yaxud xristianlıq yaranan zamanlardan bu din Azərbaycanda
yayılıb. Sonra islam da yarandığı ilkin vaxtlardan
ölkəmizdə geniş yayılıb. Onlardan əvvəl
də Azərbaycanda başqa mədəniyyətlər, dinlər
olubdur ki, onların təzahürləri bu gün də
yaşamaqdadır. Azərbaycanda bütün dini abidələr
qorunub saxlanılır. Məsələn, Şəkidə
Kiş abidəsini çoxumuz görmüşük. Yerli əhali
- müsəlmanlar bu qədim alban abidəsini qoruyub
saxlayır.
Mən uzun müddət
milli siyasət məsələləri ilə məşğul
olmuşam. Din də
milli siyasətin tərkib hissəsidir. Hazırkı işim də
müəyyən dərəcədə milli məsələlərlə
bağlıdır. Milli, dini məsələlərlə məşğul
olan xarici mütəxəssisiər dönə-dönə
qeyd ediblər ki, istər milli, istərsə də dini
tolerantlıq, insan hüquqlarının dini-milli zəmində
qorunması sahəsində, ümumiyyətlə, milli və
dini azlıqlara aid münasibətlərdə də Azərbaycanda
son dərəcə sivil, özünəməxsus, yüksək
bir təcrübə mövcuddur. Hətta onlar təklif edirlər
ki, Qərb, xüsusilə də Avropa ölkələri bu təcrübəni
öyrənməli və öz ölkələrində
yaymalıdırlar.
Keçən ilin iyun
ayında Almaniyada Azərbaycan gerçəkliyinə həsr
olunmuş bir konfrans keçirildi. Bu, Almaniya Bunderstaqı və
Azərbaycanın Almaniyadakı səfirliyinin təşəbbüsü
ilə çox yüksək səviyyədə
hazırlanmış bir tədbir idi. Azərbaycan həqiqətləri
o konfransda çox yüksək şəkildə söylənildi.
Mən orada həm məruzə ilə çıxış
etdim, həm də sonda söz dedim. Son sözümdə Azərbaycan
gerçəkliyini əyani görmək üçün
konfrans iştirakçılarını ölkəmizə dəvət
etdim. Bir neçə ay sonra onlardan bir qrupu Bakıya gəldi.
Onlar Azərbaycanda müxtəlif görüşlərdə
oldular. Hər yerdə bizdəki tolerantlıq mühitinə
heyran qaldıqlarını bildirirdilər. Hətta öz
ölkələrində - Almaniyada bəzi hallarda
ayrı-ayrı qüvvələr tərəfindən milli
azlıqlara qarşı göstərilən qeyri-sağlam
münasibəti də xəcalət hissi ilə etiraf etdilər.
Dünyada gedən
inteqrasiya prosesi «Bakı Bəyannaməsi»nə də nikbinliklə
baxmağa əsas verir.
- Bu ilin yanvannda ABŞ-ın yeni
seçilmiş prezidenti Barak Obama özünün andiçmə
mərasimindəki çıxışında İslam
dövlətlərinin əlini sıxmağa hazır
olduğunu bildirdi. Sizcə, bu, dünyadakı siyasi proseslərə
təsir edəcəkmi?
- Mən şəxsən
bır ziyalı və dövlət məmuru kimi ABŞ
prezidentinin bu sözlərinə çox böyük ümidlə
baxmaq istəyirəm. İstəyirəm ki, dünyadakı
ayrı-seçkilik hallarının aradan
qaldırılması üçün sağlam siyasət
yürütsün, Qərblə Şərq arasında saf
münasibətlərin formalaşması üçün
çalışsın. Eyni zamanda, Qafqazdakı münaqişələrin,
xüsusən Ermənistan - Azərbaycan - Dağlıq
Qarabağ münaqişəsinin həllində obyektiv olsun. Əgər
belə olarsa, mən əminəm ki, o, bu problemləri həli
edə biləcək və dünyada nüfuzu çox
qalxacaq.
- Bakının İslam Mədəniyyəti
Paytaxtı elan olunması ilə bağlı sizin rəhbərlik
etdiyiniz qurum hansı tədbirləri planlaşdırır?
- Nazirlər Kabinetinin təsdiq
etdiyi iş planı var. Əsasən Mədəniyyət və
Turizm Nazirliyi, Azərbaycan Milli Elmiər Akademiyası və
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
birgə həyata keçirəcəkləri tədbirlər
nəzərdə tutulub. Oradan bəzi məqamları diqqətinizə
çatdırıram. Bu ilin sentyabrında «İslam dəyərləri
ümumbəşəri dəyərlərin bır hissəsidir»
adlı beynelxalq konfrans keçiriləcək. Bu konfransın
keçirilməsində yuxarıda adlarını çəkdiyim
qurumlarla yanaşı, Qafqaz Müsəlmanları İdarəsi
də iştirak edəcək. Həmçinin bu il «İslam mədəniyyətində
Azərbaycan mədəni irsi», «İslamda mədəniyyət
və gözəllik amili» və bu səpkidə olan digər
silsilə beynəlxalq elmi-praktik konfransların keçirilməsi
nəzərdə tutulur. Bildiyiniz kimi, bu tədbirlər ilin
sonuna kimi davam edəcək.
Qorxmaz
Mədəniyyət.- 2009.- 18 fevral.- S. 16.