İstiqlal şairi ölməzdir
Xalq şairi Bəxtiyar Vahabzadənin
ölümündən bir həftə
keçir.Çoxları üçün milli ədəbiyyatın
canlı təcəssümü hesab edilən şair azərbaycanlıların
milli şüurunun formalaşmasına öz
möhürünü vurmuş şəxsiyyət kimi dəyərləndirilir.
Onun əsərlərində müasir
insanın hissləri, mənəvi-əxlaqi kefiyyətləri,
ideal və arzuları müxtəlif bədii boyalarla əks
olunmuşdur.
1925-ci ildə Azərbaycanın
gözəl diyarlarından birində - Şəki şəhərində
doğulmuş B. Vahabzadə 1934-cü ildə ailəsi ilə
Bakıya köçmüşdür. Orta təhsilini
Bakıda almış və sonralar BDU-nun filologiya fakültəsində
oxumuş və təhsilini davam etdirərək filologiya elmləri
doktoru olmuşdur. Uzun illər BDU-da professor kimi pedaqoji fəaliyyət
göstərmişdir. Bədii yaradıcılığa
"Ana və şəkil" adlı ilk şerini çap
etdirdikdən sonra başlamışdır. O vaxtdan dövri mətbuatda
şeirləri, elmi məqalələri ilə müntəzəm
çap olunur. "Mənim dostlarım" adlı ilk
kitabında toplanmış lirik şeirlərdə faşizmə
qarşı mübarizədə qalib çıxmış
xalqın duyğu və düşüncələri əksini
tapmışdır. Onun lirik şeir və poemalarında, mənzum
pyeslərində müasir dövrün problemləri lirik-fəlsəfi
planda, yeni əlvan boyalarla təsvir edilir. "İkinci səs",
"Vicdan", "Yağışdan sonra", "Yollara iz
düşür", "Fəryad" və "Hara gedir bu
dünya", "Özümüzü kəsən qılınc",
"Cəzasız günah", "Dar ağacı",
"Rəqabət" pyesləri Azərbaycan Dövlət
Akademik Milli Dram Teatrında tamaşaya qoyulmuşdur. O, tənqidçi-ədəbiyyatşünas
kimi də fəaliyyət göstərmişdir. Azərbaycan ədəbiyyatının,
bütövlükdə XX əsr poetik fikrinin görkəmli nümayəndəsi,
xalq şairi Bəxtiyar Vahabzadənin adı təkçə
respublikamızda deyil, onun sərhədlərindən
çox-çox uzaqlarda da mütəfəkkir şair, lirik
dramaturq, istedadlı alim və publisist, qeyrətli və cəsarətli
ictimai xadim, sadə və səmimi insan kimi məşhurdur. Xüsusilə
də Turkiyədə, İranda, İraqda onun əsərləri
ilə tanış olmayan az adam tapılar. Təsadüfi deyil
ki, onun əsərləri - şeir kitabları, dramları və
publisist yazıları dünyanın çox dillərində,
o cümlədən ingilis, fransız, alman, fars, türk,
polyak, ispan, macar və köhnə sovet ölkələrinin
dillərinə tərcümə edilmiş və bu əsərlər
çox böyük maraq və sevgi ilə
qarşılanmışdır.
B.Vahabzadə 70-dən
artıq şeir kitabının, 2 monoqrafiyanın, 11 elmi
publisist kitabın və yüzlərlə məqalənin
müəllifidir. O, tarixi və müasir mövzuda 20-dən
artıq iri həcmli poemanın müəllifidir. Azərbaycan
ədəbiyyatının milli-mənəvi köklər
üzərində inkişaf etməsində böyük xidmətləri
olan şairin, həmçinin klassik poeziyamızın sənətkarlıq
məsələlərinin öyrənilməsində,
müasir ədəbiyyatımızın müxtəlif
problemlərinə dair bir sıra məqalələr toplusu,
elmi-monoqrafik tədqiqatları var.
Ədibin əsərlərində
müasirlik hissi güclüdür. O, həmişə
insanı düşündürən, həyəcanlandıran
fikirləri diqqət mərkəzinə çəkir.
Bədii
yaradıcılığın, poeziyanın da təsirli olmasının
səbəbi təkcə istedada deyil, həm də bu
istedadın konkret əmələ, əqidəyə istiqamətlənməsidir.
Zamanı ləngitmək,
saatı, anı saxlamaq - bu ən qədim Faust arzusu bu gün
də insanın böyük arzusu olaraq qalır.
Zaman üzərində
qələbə məhz onu ləngitməkdədirmi?
Şairə görə,
ağlın qələbəsi sürətdirsə, ürəyin
qələbəsi etirafdı. Şairə görə
bütün hökmləri ürək verməlidir.
Çünki ağıl çox seyi görür, qəbul
edir, amma ürək yox.
Yaşamaq
yanmaqdır
Yanasan
gərək,
Həyatın
mənası
Yalnız
ondadır.
Şam
əgər yanmırsa,
yaşamır
demək
Onun
da həyatı
Yanmağındadır!
* * *
Bizim
sənət dünyasının
Qırıq
telli sazıyam,
Bircə
bundan razıyam ki,
Özümdən
narazıyam.
B. Vahabzadənin
müşahidə dairəsi, toxunduğu problemlər və
düşüncələr axarı çox geniş və
vüsətlidir.
Sənətkarın yaradıcılığı
onun şəxsi həyəcanını, duyğu və
düşüncələrini, dünyanı şairanə
qavrayışının ifadəsidir. Lakin yalnız sırf fərdi
təsir bağışlayan bu münasibət əsərlərdə
elə yüksək səviyyədə ümumiləşdirilir
ki, dərin ictimai-siyasi məna kəsb edir. Şairin poetik təfəkkür
mədəniyyəti təbiətcə millidir. Amma o, millilikdən
ümumbəşəri fövqə qalxır.
Ədibin dramaturgiya sahəsində
də müvəffəqiyyətləri az olmayıb. Onun
“Vicdan”, “İkinci səs”,”Yağışdan sonra”, “Yollara iz
düşür” səhnədə müvəffəqiyyətlə
göstərilmişdir. Rəğbət qazanmış bu
tamaşaların səciyyəvi xüsusiyyəti nədir?
Bu əsərlərdə
şair-dramaturq çox ciddi əxlaqi məsələlərdən
bəhs edir. Burada fəlsəfi
mövqedən ziddiyyətləti
işıqlandırır.
Onun səhnə əsərlərində
poeziya ilə dramaturgiya bir-biri ilə qovuşur. Ədibin dramaturgiyasında
münaqişə, əsasən psixoloji planda, surətlərin
daxili aləmində, bir-biri ilə qarşılıqlı
münasibətlərində inkişaf edir və demək olar
ki, hər bir epizod mənəvi sarsıntılarla, keçidlərlə
doludur. Vahabzadənin haqqında az yazılmayıb, şairin
yaradıcılığı bütövlükdə, yaxud
yaradıcılığının ayrı-ayrı tərəfləri
müxtəlif yönlərdən və fərqli elmi səviyyələrdə
dəfələrlə araşdırılıb.
Şairin
“Gülüstan” poemasından başlamış “Şənbə
gecəsinə gedən yol”, “Şəhidlər” poemasınadək
- bütün əsərlərinə oxucu marağı
gündən-günə çoxalır. Onun nəsri də
poetik yaradıcılığı ilə vəhdət təşkil
edir.
Turan
Mədəniyyət.- 2009.- 20 fevral.- S .5.