Qədim Bakı” kitabının təqdimatı
Fevralın 19-da M.F.Axundov
adına Milli Kitabxanada Azərbaycanın bir sıra şəhərləri
(Bakı, Şuşa və s.) haqqında kitabların müəllifi,
akademik Çingiz Qacarın “Qədim Bakı” adlı
kitabının ingilis dilindəki nəşrinin təqdimat mərasimi
“Bakı-İslam Mədəniyyətinin Paytaxtı-2009” tədbirləri
çərçivəsində reallaşdı.
Azərbaycan Mədəniyyətinin Dostları Fondu tərəfindən dəstəklənmiş “Qədim Bakı” kitabının ingilis variantı Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən nəşr edilmişdir.
Kitabda İslam mədəniyyətinin
paytaxtı elan olunmuş Bakı şəhərinin tarixi, mədəniyyəti,
bu şəhərə məxsus ənənələr
haqqında məlumat verilir, həmçinin nadir sənədlər,
fotoşəkillər nümayiş olunur.
Tədbirdə
çıxış edən mədəniyyət və turizm
naziri Əbülfəs Qarayev müəllifin Qacar nəslindən
olduğunu qeyd etdi: “Bugünkü təqdimat yenə
Bakının adı ilə bağlıdır. Bakı qədimliyi
ilə bərabər, həm də çox müasirdir.
Müasir Bakını biz bu gün yaşayır və
görürük. Qədimliyi ilə yanaşı, müasirləşən
Bakının günü-gündən inkişaf etməsi və
gözəlləşməsi paytaxt sakinləri ilə
yanaşı şəhərimizin qonaqları tərəfindən
də maraqla qarşılanır. Biz Bakının qədimliyini,
mədəni irsini qorumağa
çalışmışıq və buna davam edirik. Mən
inanıram ki, bu kitabı vərəqləyən hər bir
insan Bakı haqqında geniş məlumat əldə edəcək”.
Mərasimdə Azərbaycanda səfərdə olan
İSESKO-nun baş direktoru Əbdüləziz Osman Əl-Tuveycri,
Azərbaycan Mədəniyyətinin Dostları Fondunun
icraçı direktoru İbrahim Quliyev, Gürcüstanın mədəniyyət
nazirinin müavini Marine Çokaşvili və başqaları
çıxış edərək kitab barədə
düşüncələrini iştirakçılarla
bölüşdülər.
Qeyd edək ki, “Qədim
Bakı” kitabı Azərbaycan və rus dilində də nəşr
olunub.
Turan
Mədəniyyət.- 2009.- 20 fevral.- S. 8.