Daha bir filmimiz Rusiya Dövlət Film Fondu tərəfindən bərpa olunub

 

Filmdə Azərbaycan mədəniyyətinin görkəmli nümayəndələri çəkilib

 

1954-cü ildə istehsal olunan Azərbaycanın ilk rəngli filmlərindən biri “Doğma xalqımıza” filmi Rusiya Dövlət Film Fondu tərəfindən bərpa olunub. Bu barədə Azərbaycan Dövlət Film Fondunun direktoru Cəmil Quliyevdən məlumat almışıq. “Doğma xalqımıza” adlı filmin rejissoru Hüseyn Seyidzadə, ssenari müəllifi Həsən Seyidbəyli, baş operatoru isə Əlisəttar Atakişiyevdir. Bir saatlıq filmdə görkəmli müğənnilər Rəşid Behbudov, Bülbül, məşhur rəqqaslar Qəmər Almaszadə, Leyla Vəkilova, Rəfiqə Axundova və başqaları çəkiliblər. Filmdə görkəmli Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyovun, Müslüm Maqomayevin, Qara Qarayevin, Tofiq Quliyevin, Əfrasiyab Bədəlbəylinin, Soltan Hacıbəyovun əsərləri səsləndirilib. Filmdə “Koroğlu”, “Nərgiz” operalarından, “Yeddi gözəl”, “Qız qalası”, “Gülşən” baletlərindən fraqmentlərdən də istifadə olunub.

 

 

İntiqam

 

Mədəniyyət.- 2009.- 20 fevral.- S. 10.