Yenidən doğuldun sən
Ölməz şairimiz B.Vahabzadənin xatirəsinə
«Hara gedir bu dünya?» -
deyə haray çəkərdin,
Öz dilini danana sən
qənim kəsilərdin.
Qanlı Yanvar gecəsi
ah-nalə çəkən səndin,
«Bizi susdurmaq asan
olmayacaq» - söylərdin.
Deyərdin, vətənimin
qoy beli bükülməsin,
Düşmənin
qarşısında millətim əyilməsin.
Vətən
üçün canından keçən o igidlərin,
Şəhidlərin
adları tarixdən silinməsin.
Sındırdın
özümüzü kəsən o qılıncları,
Qələminlə
susdurdun sən ağılsız başları.
Alnının
qırışını, çatılan o qaşları,
Əməyin - zəhmətinlə
qazandın ağ saçları.
O tayda qəm içində
böyük ulu Şəhriyar,
Bu tayda dərd çəkirdi
bizim dahi Bəxtiyar.
Arzu-diləkləriydi, -
milləti birləşərək
Qoy, azad bir vətəndə
yaşasınlar bəxtiyar.
Xalqının
düşməninə dünyanı etdilər dar,
Oğuz türkləri
üçün onlar idi havadar.
Bir şam kimi
yandılar; - Şəhriyarla Bəxtiyar
Ölümləri ilə
onlar yenidən doğuldular.
Sevda Kərimova,
15 saylı Uşaq Musiqi
Məktəbinin müəllimi
Mədəniyyət.- 2009.- 20 fevral.- S.
13.