İstiqlal Muzeyində «Xocalı həqiqətləri» adlı tədbir-sərgi keçirildi

 

Fevralın 24-də İstiqlal Muzeyinin ekspozisiyasında Xocalı faciəsinin 17-ci ildönümü ilə əlaqədar «Xocalı həqiqətləri» adlı tədbir-sərgi keçirildi.

Tədbiri giriş sözü ilə İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi açdı. Sonra sözü mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyevaya verdi. O, Xocalı həqiqətləri və respublika prezidenti İlham Əliyevin bu soyqırımla bağlı imzaladığı sərəncamlar barədə danışdı... Daha sonra, Azərbaycan Respublikasının Milli qəhrəmanları - T.Hüseynovun və F.Rüstəmovun doğmaları, «Azərbaycan uğrunda» qəzetinin redaktoru Xatirə Əziz və şairə Zəminə Xınalı çıxış etdilər. Xocalı sakini - məktəbli Mərhəmət Həsənzadə şeir oxudu.

Tədbirdə, eyni zamanda Xocalı sakinləri, Azərbaycan Prezident Qvardiyasının əsgərləri, Daxili Qoşunların, Sərhəd Qoşunlarının və Ali Hərbi Dənizçilik məktəbinin müdavimləri iştirak edirdi.

Tədbir başa çatdıqdan sonra muzeyin ekspozisiyasında Xocalı sakinləri və şəhid ailələri tərəfindən verilən şəxsi əşyalar, muzeyin fondunda saxlanılan nadir qəzetlər, kitablar və Xocalı faciəsini əks etdirən fotoşəkillərdən təşkil edilmiş sərgiyə baxış keçirildi.

 

 

Savalan Fərəcov

 

Mədəniyyət.- 2009.- 25 fevral.- S. 2.