«Almaniya - səyah ətlər
ölkəsi»
Azərbaycan
Turizm İnstitutunda bu adda sərgi keçirilib
Fevralın 24-də Azərbaycan
Turizm İnstitutunda Almaniyanın ölkəmizdəki səfirliyi
ilə birgə «Almaniya-səyahətlər ölkəsi»
adlı sərgi təşkil edilib. Sərgidə
Almaniyanın memarlıq, incəsənət, turizm və digər
sahələrini əhatə edən 25 plakat və “Bura
Almaniyadır” adlı qısametrajlı film nümayiş
etdirilib.
Tədbiri giriş
sözü ilə açan ATİ-nin xarici dillər
kafedrasının müdiri Kifayət Ağayeva
fotoqrafiyanın hamı tərəfindən incəsənətin
bir növü kimi qəbul edildiyini deyərək
vurğulayıb ki, bu incəsənət növünün
müasir tərzdə yaşaması böyük imkanlara yol
açır: «Bu gün hər bir insan öz daxili
dünyasını, hisslərini fotokamera vasitəsilə ifadə
etmək, duyğularını əks etdirmək imkanı əldə
edib».
Almaniyanın ölkəmizdəki
səfirliyinin katibi Robert Tesner də sərgi barədə
fikirlərini söyləyib. Sərgidə nümayiş
etdirilən plakatların təmsil etdiyi ölkənin səfirliyi
tərəfindən ATİ-yə hədiyyə edildiyini deyən
R.Tesner, adıçəkilən institutla əməkdaşlığı
bundan sonra da davam etdirəcəklərini bildirib.
Qeyd edək ki, sərgidə
Norveçin ölkəmizdəki səfiri, Koreya səfirliyinin
əməkdaşları və digər nümayəndələr
iştirak edib. Tədbir iştirakçılarının bu
cür sərgilərin keçirilməsində əsas məqsədləri
ölkələrinin təbliğatlarını təşkil
etmək, eyni zamanda tələbələrdə ölkələri
haqda dolğun təsəvvür yaratmaqdır.
Fəxriyyə
Mədəniyyət.- 2009.- 25 fevral.- S. 7.