“100 saniyə” Beynəlxalq Film Festivalında Azərbaycan birinci olub

 

Tehranda keçirilən “100 saniyə” Beynəlxalq Kino Festivalı Azərbaycan rejissoru Ramiq Mehdi üçün uğurlu olub. Müsabiqədə iştirak edən Azərbaycan filmləri arasında “Yeni dalğa” Prodüser Mərkəzində istehsal olunmuş  Respublika Mehdinin “Atəş” filmi festivalın baş mükafatına layiq görülüb. “Yeni dalğa” Prodüser Mərkəzinin direktoru Rasim Həsənov bildirib ki, beynəlxalq tədbirdə bizim bu qələbəmiz bir daha sübut edir ki, Azərbaycan kinomatoqrafiyasında çalışan istedadlı gənclərimiz var. Qeyd edək ki, filmin ssenari müəllifi İradə Səyyadır. Filmdə insanın arzu və imkanları arasındakı prosesdən söhbət gedir.

 

 

Mədəniyyət.- 2009.- 25 fevral.- S.1.