Gənclər bəyanat verdi

 

     Xocalı faciəsinin ildönümü ilə əlaqədar Gənclər üçün Təhsil Mərkəzinin rəhbərliyi və üzvləri “Ana Harayı” abidəsini ziyarət etdilər. Öncə ziyarət iştirakçıları abidə qarşısına güllər qoydular və torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş insanların ruhunu böyük ehtiramla yad etdilər. Daha sonra Azərbaycan dünya gənclərinə ünvanlanan bəyanat səsləndirildi. Gənclər Azərbaycana qarşı aparılan erməni təcavüzünə, terror siyasətinə, kütləvi şəkildə insan hüquqlarının pozulmasına son qoyulmasını, bu ağrılı münaqişənin sülh və danışıqlar yolu ilə aradan qaldırılmasına dəstək verilməsini, zəbt olunmuş torpaqların qaytarılmasını, qaçqın və məcburi köçkünlərin öz yurd-yuvalarına dönməsini, onların hüquqlarının bərpa edilməsini tələb etdilər.

   Bəyanat ölkəmizdə və xaricdə fəaliyyət göstərən beynəlxalq təşkilatlara göndərildi.

  

   ELMİN

 

Mədəniyyət. - 2009.- 27 fevral.- S.3.