XX əsrin faciəsi
Zülmət
gecənin qanlı olayı
“Xalqımızın qəhrəman oğulları, igid
övladları torpaqlarımızın müdafiəsi
uğrunda şəhid olublar. Onlar qəhrəmanlıq zirvəsinə
ucalıblar. Ancaq bütün bu tarixin içində Xocalı
faciəsi heç vaxt , heç zaman yaddan çıxmayacaq. O
da ondan ibarətdir ki, bir tərəfdən bu, hər bir
Xocalı sakininin doğma torpağına, millətinə Vətən
sədaqətliliyi nümunəsidir, ikinci tərəfdən də
Ermənistanın millətçi, vəhşi qüvvələrinin
Azərbaycana qarşı edilən soyqırımıdır -
vəhşiliyin görünməyən təzahürüdür.
Bütün bunlara görə də Xocalı
soyqırımını millətimiz heç zaman unutmayacaq”.
Heydər Əliyev
Min doqquz yüz doxsan
ikinci ilin fevral ayının iyirmi beşindən iyiri
altısına keçən gecə XX əsrin Xatın,
Xirosima, Naqasaki və sairə kimi qanlı faciələri
sırasına Xocalı adlı daha bir soyqırım da əlavə
olundu. Həmin gecə dünyanı sarsıdan qanlı bir
tarix yazıldı. Sovet ordusunun 366-cı alayı Seyran
Ohanyanın rəhbərliyi altında müdafiəsiz
Xocalı şəhərinə hücum edildi. O zaman 613 nəfər
dinc sakin qətlə yetirildi. Onlardan 106 nəfəri qadın,
59 nəfəri uşaq və yeniyetmə, 70 nəfəri
ahıl-ixtiyar qoca olmuşdu. Eyni zamanda səkkiz ailə tamam məhv
edilir. İyirmi beş uşaq hər iki ailə
başçısını, iki yüz otuz nəfər isə
ailə başçısından birini itirir. Dörd yüz səksən
yeddi nəfər əlil , min iki yüz yetmiş beş nəfər
isə əsir düşür...
Yaxşı
yadımdadı, Xocalı faciəsindən bir neçə ay
sonra Respublika Ali Soveti tərəfindən Deputat - İstintaq
Komissiyası yaradıldı. Çoxları elə bildi ki,
dövrün mötəbər qurumu qaranlıq məsələlərə
aydınlıq gətirəcək. Ancaq komissiyanın gəldiyi
nəticə elə kağız üzərində qaldı.
Müqəssirlər məsuliyyətə cəlb
olunmadı...…
Faciə haqda
deputat-istintaq komissiyasının məlumatı həyatı və
hüququ baxımdan həqiqətə uyğun idi. Belə ki,
faciə baş verməzdən əvvəl Qarabağ od tutub
yanırdı. Atəş səsləri səngimirdi. Torpaq, Vətən
uğrunda şəhid olanların sayı günbəgün
artırdı. Ermənistanın işğalçı ordusu
isə heç bir müqavimətə rast gəlmədən
sovet ordusuna arxalanaraq irəliləyirdi. Qarabağın Həsənli,
Malıbəyli,Cəmilli və başqa kəndləri od tutub
yanır, əhalisi baş götürüb doğma ata-baba
yurdlarından qaçırdılar. Respublika
rəhbərliyi isə
bunlara biganə və laqeyd qalırdı.
Bəzən erməni
quldurlarını faşistlərlə eyniləşdirirlər.
Ancaq faşizmin ən qəddar nümayəndələri belə,
bu bədnam millətin törətdiyi vəhşilikləri
etməmişdilər. Məlumdur ki, alman faşizmi
işğal etdikləri ölkələrin tarixi memarlıq
abidələrini dağıtmamışdılar. Azğın
erməni quldurları isə Xocalıda insanların
başlarının dərisini soymuş, müxtəlif əzalarını
kəsmiş və adamları diri-diri torpağa
basdırmışdılar. Bu tarixdə görünməmiş
bir faciə və çox ağır cinayət idi. O vaxt hadisə
yerində olub faciəni ilk dəfə qələmə alan və
qar üstündə səssizcə “uyuyan” qanlı cəsədləri
lentə köçürən fransız jurnalisti Janiv Yunet
yazır: “Biz Xocalı faciəsinin şahidi olduq. Yüzlərlə
cəsəd gördük. Bunların içində
qadınlar, uşaqlar, qocalar və şəhərin müdafiəçiləri
var idi. Sərəncamımıza vertolyot verilmişdi.
Gördüklərimizi göydən kamera ilə çəkirdik..
O zaman ermənilər vertolyota atəş açdılar. Biz çəkilişi yarımçıq buraxaraq
geri qayıtmaq məcburiyyətində qaldıq.
Mən müharibə
haqqında çox şey eşitmişdim. Alman faşizminin qəddarlığı haqqında
oxumuşdum. Ancaq ermənilərin 5-6 yaşında
uşaqları öldürərkən
etdikləri vəhşiliklər
faşistləri belə
kölgədə qoyurdu.
Biz xəstəxanada və məktəblərdə
çoxlu yaralı gördük”. Ermənilər
dünya ictimaiyyətinə
həmin hadisələri
guya azərbaycanlıların
özləri tərəfindən
törədildiyi barədə
yalan rəy formalaşdırmağa cəhd
göstərdilər. Lakin
dünya ictimaiyyəti
bu cür uydurmalara inanmadı. Erməni mənşəli
avropalı jurnalist öz vəhşi soydaşlarının Xocalıda
törətdikləri soyqırım
haqqında hələ
o vaxt yazırdı:
“Ermənilər Xocalıda
öldürdükləri 100 nəfəri yan-yana düzərək körpü
qurdular. Mən bu körpüdən,
cəsədlərin üstündən
keçərkən ayağımı
körpə bir uşağın sinəsinə
basanda elə titrədim ki, qələmim , bloknotum yerə düşərək
qana bulaşdı. Erməni qatillərinin bu ağlasığmaz cinayətləri önündə
özümü tamam itirdim, bədənim
tir-tir əsdi”.
Onu da yada salaq ki, 9 dekabr
1948-ci il tarixdə, 260 saylı qətnamə ilə qəbul
edilmiş “Soyqırımı cinayətinin
qarşısının alınması və cəzalandırılması
haqqında” konvensiyanın müəllifi BMT-də bu
soyqırıma laqeyd qaldı. Bu faciəyə ulu öndər
hakimiyyətə gələndən sonra ölkə daxilində
siyasi qiymət verildi. Məhz ümummilli liderimiz Heydər Əliyevin
25 fevral 1997-ci il tarixli sərəncamı ilə hər il həmin
gün 17.00-da respublikamızın ərazisində, Xocalı
soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti
olaraq bir dəqiqəlik sükut elan edilməsi qərara
alındı. Bu mühüm sənəddə Azərbaycan
tarixində ilk dəfə olaraq yurddaşlarımıza
qarşı törədilmiş kütləvi
qırğınların rəsmi adı çəkildi,
xalqımıza qarşı törədilmiş etnik
düşmənçilik siyasətinin kökü
açıqlandı. 2001-ci ildə Azərbaycan Avropa
Şurasına üzv qəbul edildikdən sonra, o vaxt Azərbaycanın
AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri
İlham Əliyev ermənilərin XIX əsrin əvvəllərindən
XX əsrin sonlarınadək xalqımızın başına
gətirdiyi ağlasığmaz müsibətlər və
Xocalı soyqırımı haqqındakı həqiqətləri
Avropa ölkələri parlamentlərinə
çatdırdı.…
Bu günə qədər
Xocalı şəhidlərinin xatirəsini əbədiləşdirmək
üçün dövlət tərəfindən bir sıra
mühüm tədbirlər həyata keçirilib. Bakıda,
digər şəhər və rayon mərkəzlərində,
həmçinin xarici ölkələrdə
diasporlarımızın maddi və mənəvi dəstəyi
ilə Xocalı qurbanlarına abidələr
ucaldılmış , xarici dillərdə kitablar dərc
edilmişdir. Bu faciə haqqında məlumatlar orta məktəb
proqramlarına daxil edilmişdir.
Əminik ki, ölkə
rəhbəri cənab İlham Əliyevin rəhbərliyi sayəsində
yaxın gələcəkdə Xocalı faciəsi öz beynəlxalq
hüquqi-siyasi qiymətini alacaq.Onun təşkilatçıları
, ideoloqları və icraçıları tarixin ədalət
məhkəməsindən heç cür yaxa qurtara bilməyəcəklər.…
Savalan FƏRƏCOV
Mədəniyyət.-
2009.- 27 fevral.- S. 4.