"Qırxıncı qapı" təqdim olundu

 

  Detallarla zəngin bir film

  

   Fevralın 25-də Səməd Vurğun adına Dövlət Rus Dram Teatrında Mədəniyyət Turizm Nazirliyinin sifarişi ilə "Ritm" prodakşnda istehsal olunan "Qırxıncı qapı" tammetrajlı bədii filmin təqdimat mərasimi keçirildi. Onu da qeyd edək ki, film İsveçrənin FOKAL şirkətinin AVANTİ proqramının qalibi olub. "Qırxıncı qapı"nın ssenari müəllifi rejissoru Elçin Musaoğlu, operatoru Abdulrəhim Beşarat, rəssamı Elxan Nəbiyev, bəstəkarı Natəvan Faiq, səs rejissoru Məsud Behnam, montajçı Kavə İmani, prodüserlər Xaqani Savalan Elçin Musaoğludur. Filmdə Həsən Səfərov, Rövşən Ağayev, Gülər Nəbiyeva, Elmira Şabanova, Rafiq Əzimov b. aktyorlar çəkilib. "Qırxıncı qapı"nın çəkilişləri Azərbaycanda aparılıb.

 

   "Qırxıncı qapı"nın titrlərinə qədər baş verənlər

 

   Film 14 yaşlı uşağın taleyindən bəhs edir. "Qırxıncı qapı" bədii filmində hadisələr XX əsrin 90-cı illərinin əvvəllərində Bakının 40 km-liyində yerləşən bir qəsəbədə cərəyan edir. Qəsəbənin sakinləri yaşadıqları qəsəbəni "Qırxıncı qapı" adlandırırlar. Film qəhrəmanın - 14 yaşlı Rüstəmin (Həsən Səfərov) uşaqlalarla futbol oynayarkən çağırılması ilə başlayır. Məlum olur ki, Rüstəmin Moskvaya çörəkpulu ardınca getmiş atasının ölüm xəbəri gəlib. Anası (Gülər Nəbiyeva) ilə Rüstəm həmin çətin illərdə yaşamaq üçün mübarizə aparırlar. Ana iki yüz yaşı olan xalçanı satmaq istəyir. Rüstəm isə atasından yadigar qalan xalçanı satmağa əngəl olur onlar Moskvada olan dayısının zənginə ümid edirlər. Buna görə ana-balanın qulaqları daim qonşuluqda yaşayan nənənin (Elmira Şabanova) telefon zənginin səsində olur. Amma vəziyyət getdikcə çətinləşir. Ümidlər doğrulmur. Ana məcbur qalıb xalçanı satmaq üçün kəndin varlı-hallı adamı sayılan Surxaya verir. Rüstəm isə atasız-anasız böyüyən Edikə qoşulmalı olur. Ediklə Bakıya gəlir burada "Bakı qavroşları"na qoşulur. Maşın yuyub evə çörəkpulu gətirən Rüstəm xalçanı Surxaydan geri alır. O, Surxayı qarajda bir xanımla görür qapını bağlayıb açarı özü ilə götürür. Kənddə rüsvay olacağından qorxan Surxay xalçanı açarla dəyişməyə məcbur olur. Bakıda da Rüstəmin işi düz gətirmir; gərək kimin üçünsə işləyəsən. Rüstəm isə küçə uşağı kimi, tək özünə işləmək istəyindədir. Beləliklə onun düşmənləri peyda olur. Dəfələrlə onlar tərəfindən döyülməsinə baxmayaraq, Rüstəm işindən Bakıdan əl çəkmir. Edikin onu oğru dünyasına dəvətini qəbul etməsə , o artıq bu yolun başlanğıcına qədəm qoyur. Sonda Rüstəm İsa peyğəmbərin Allaha "Məni niyə tək qoydun, ay Allah?" ifadəsi ilə həmişə keçdiyi işıq dirəklərindən birinin yanıb söndüyü körpüdə ölmüş atasınının ruhunu çağırır: "Məni niyə tək qoydun, ay ata?" Ardınca körpünün bütün dirəklərinin işıqları yanır. Titrlər...

 

   Bütöv bir mövzunu özündə gizlədən film

 

   "Qırxıncı qapı" ümumilikdə detallarla dolu bir filmdir. Bu detallarla rejissor (Elçin Musaoğlu) obrazların xarakterini hadisələrin mahiyyətini aça bilmişdir. Tam məsuliyyətlə deyə bilərik ki, "Qırxıncı qapı" detalları ilə yadda qalan bir ekran əsəridir. Son zamanlar Azərbaycanda çəkilən bədii filmlərlə müqayisədə "Qırxıncı qapı"nın səmimi dialoqları diqqəti cəlb edir. Filmin qəhrəmanları heç bir yerdə özündən böyük "danışmır", onlar yalnız düşdüyü situasiyalarda öz sözlərini söyləyirlər.

   Filmin kənd çəkilişlərində kiçik, amma bu ekran əsərinin elə mürəkkəb olmayan süjet xəttinə xələl gətirən səhnələr var. Misal üçün, Rüstəmin atasının dəfn səhnəsi. Azərbaycanın heç bir yerində ölü basdırılarkən torpaq birbaş kəfənə bürünmüş ölünün üzərinə tökülmür. İkinci bir anlaşılmazlıq Surxayla bağlıdır. Surxay əlini ondan istəyən Rüstəmin anasının çiyninə elə dükanının qarşısında - bütün kənd camaatının gözü önündə qoyur bununla da müqabilində qadından istədiyini tamaşaçılara ona izah edir. Buna cəsarət edən Surxay, Rüstəm tərəfindən açarlanmış qarajında əylənmək üçün gətirdiyi qadınla qalarkən qorxur. Rüstəmə yalvarır ki, onu kənddə biabır etməsin xalçanı açarla dəyişir. Camaatın gözü qarşısında abırsızlıq edən şəxs məncə, öz halalca qarajında rüsvay olmaqdan çəkinməli deyil.

   Ümumiyyətlə, son zamanlar ölkəmizdə çəkilən bir çox filmlərdə ("Ovsunçu", "Girov") Azərbaycan kəndinin siması lazımi səviyyədə verilmir. Amma Azərbaycan kəndlərinin özünəməxsus bir xüsusiyyəti var ki, bunu dünyaya olduğu kimi çatdırmaq daha maraqlıdır, nəinki özündən əlavələr etməklə.

   Beləliklə, Azərbaycanda bir filmin təqdimatı oldu. Buna sevinməkdən başqa çarə yoxdur. Elçin Musaoğlunun "Qırxıncı qapı" tammetrajlı bədii filminə sevinmək lazımdır. Çünki bu film bir daha göstərdi ki, Azərbaycanda tammetrajlı film çəkə biləcək yeni rejissorlar var onlarla bu işi davam etdirmək olar. Elçin Musaoğlu isə özünün bu işi ilə ən azından tammetrajalı film işləyə biləcəyini ortaya qoydu.

 

 

   İntiqam Hacılı

 

   Mədəniyyət.- 2009.- 27 fevral.- S.10.